İman edənlərə nəsib olan Elm
Möminlər Quranı çox yaxşı bilən, Qurandakı hikmətləri yaddaşlarında saxlayaraq həyatlarının hər anında Quranda tərif edilən gözəl əxlaqı yaşamağa səy göstərən, Peyğəmbərimizin həyatını özlərinə nümunə götürən kəslərdir.
Dünya həyatının həqiqi üzünü bilib, əsl həyatı olan axirət üçün hazırlıq edən bir möminin Allaha qarşı olan qorxusu və sevgisi çox dərindir. Dərin iman sahibi olan möminlərdə böyük bir ağıl, fərasət, bəsirət meydana gələr. İman edənlərə nəsib olan bu elm, onları Allahın məmnun olmadığı bütün pis rəftarlardan, ruh hallarından, düşüncələrdən uzaq tutar. Unutduqları və yanıldıqları hər hansı bir şey üçün və ya etdikləri səhvlər üzərində israr etməzlər, dərhal səhvini düzəltmə istiqamətində səy göstərərlər. Allah Quranda möminlərə belə buyurur:
” O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər. (Ali-İmran surəsi-134, 135)
İnsan qəflətə düşə bilən, unudan, yanıla bilən, səhv edə bilən bir varlıqdır. Hər an bir çox mövzuda yanlış düşünə, səhv bir qərar verə, düzgün olmayan bir rəftar sərgiləyə bilər. Bu səbəblə də, Allahın sonsuz şəfqəti və mərhəməti insanlar üçün çox böyük bir lütf, çox böyük bir nemətdir. Səhv edən mömin dərhal səhvindən ibrət götürməli, peşman olub doğruya yönəlməli, vaxt itirmədən Uca Allaha sığınaraq və bir daha o səhvi təkrarlamamaq üçün səy göstərməlidir.
Böyük islam alimi İmam Gazali Həzrətləri həqiqi elm sahiblərinin Uca Allaha olan dərin bağlılıqlarını və necə bir həssaslıq içində olduqlarını Dəlalətdən Hidayətə adlı əsərində belə izah etmişdir:
Həqiqi alim günahı ancaq yanılmaq kimi edər. O günah işləməkdə əsla təkid etməz. Çünki həqiqi elm günahın öldürücü bir zəhər, axirətin də dünyadan daha xeyirli olduğunu öyrədəndir. Bunu bilən kimsə daha xeyirli olanı daha pisə dəyişməz. Bu elm insanların çoxunun məşğul olduğu müxtəlif elmlərlə əldə edilməz … Həqiqi elm isə sahibində Allaha qarşı vahimə və qorxunu artırar. Bu qorxu özüylə günahları arasına girər. Ancaq bəşərin xilas ola bilmədiyi səhvlər müstəsnadır. Bunlar imanın zəifliyini göstərməz. Mömin səhvlərə düşsə də çox tövbə edəndir. Günah işləməkdə təkid etməz. (Zəlalətdən Hidayətə, İmam-ı Gazali, s. 95, Tərcümə: Prof. Dr. Əhməd Subhi Furat, Şamil Nəşriyyat – İst.)
Möminlər səhv etməməyə, Allah (cc)-in sərhədlərini qorumağa çox diqqət göstərərlər. Eyni şəkildə səhvlərdən sonra tövbə edib sonsuz mərhəmət sahibi Uca Allah (cc)-dən bağışlanma diləmək də çox üstün bir mömin xüsusiyyətidir.