Header

Dabbətül-Ərz, Axır zamandakı internet texnologiyasına işarə edir

Aa4a

Dabbətül-Ərz, Axır zamandakı internet texnologiyasına işarə edir

Dabbətül Ərz axır zamanda ortaya çıxacaq əlamətlərdən biridir. Dabbətül Ərz mövzusuyla əlaqədar çox sayda hədis vardır və Dabbətül Ərz mövzusu Quranda da yer alır. Dabbənin axır zaman əlaməti olaraq ortaya çıxacağının xəbər verildiyi ayə Nəml surəsinin 82-ci ayəsidir:

O söz (Qiyamət) onların başlarının üstünü aldığı zaman onlar üçün yerdən elə bir heyvan (dabbə) çıxardarıq ki, onlarla danışıb insanların ayələrimizə yəqinliklə inanmadıqlarını söyləyər. (Nəml surəsi, 82)

Ayədə xəbər verildiyinə görə;

1.Dabbə, yerdən məmulatdır.

2.Dabbə, “danışan”, müəyyən bir mesaj verən bir şey ya da varlıqdır və bu çıxışı bütün insanlara istiqamətlidir.

internet

Hədislərdə də Dabbətül-Ərzin bir addımda uzun məsafələr qət edəbiləcəyi, insanlarla danışacağı və hər yerə gedəcəyi izah edilir. Dabbənin, yerdən məmulat olduğunun bildirilməsi, metal, dəmir, mis, sink, kobalt, xrom kimi yerdən çıxan mədənlərdən ibarət olan bir quruluşu olacağını göstərir. Bu maddələr, indiki vaxtda istifadə edilən kompyuterlərin təməl quruluşunu meydana gətirir. İnsanlarla danışması və çox qısa müddətdə uzun məsafə qət edə bilməsi də, internet şəbəkəsinə işarə edir. Bilindiyi kimi, internet vasitəsiylə artıq məlumata çatmaq da, məlumatı ötürmək də, insanlarla danışıb görüşmək və ünsiyyət qurmaq da son dərəcə sürətli və asan olmaqdadır. İnternet şəbəkəsi vəsiləsiylə, Quranın insanlara anladılması da daha sürətli olacaq.

Axır zamanda internet, İslam əxlaqının yer üzünə hakimiyyəti baxımından əhəmiyyətli bir vasitə olacaq. İnternet, hz. İsa (ə.s)-ın nüzulu və hz. Mehdi (ə.s)-ın zühuru dövründə, bu iki müqəddəs şəxsə, İslam əxlaqını rahatlıqla izah etmək, Quran əxlaqının dünya hakimiyyətini təmin etmək üçün təqdim edilmiş xüsusi bir imkandır. İndiki vaxtda din əxlaqının təbliği, dinsiz materialist ideologiyaların etibarsızlığının izah edilməsi üçün edilən işlərdə internet texnologiyası böyük fayda verir. İnternet vəsiləsiylə, müsəlmanların çata bilmədiyi heç bir nöqtə qalmır və Allahın diləməsiylə İslam əxlaqı dünyanın dörd bir yanına sürətlə yayılır.

Həmçinin, “dabbə” sözünün ərəbcədə “və Minkir” deyilən, yəni naməlum söz şəklində istifadə edilmiş olması, bunun o dövrdə bilinməyən, tanınmayan bir varlıq olduğunu ifadə edir. Böyük təfsirçi Almalılı Həmdi Yazır bu nöqtəyə belə işarə edir:

“Bu ayədə” dabbə “deyə nəkrə (naməlum ad) olaraq gəldiyindən bununbildiyimiz dabbələrdən tam fərqli bir möminlərlə kafirləri xüsusi nişanlaolması ağıla gəlir …”

Almalılı Həmdi Yazır kimi təfsirçilərin xaricində bəzi lüğət yazıçıları da, söz mənası olaraq “dabbə”-nin hərəkət edən hər cürtexniki aləti də ifadə edə biləcəyini söyləmişlər.Necə ki, kompyuter də, hərəkətləri və hərəkətli görünüşləri köçürən, tezliklərlə məlumat axışı təmin edən bir texniki alətdir. Ancaq daha əhəmiyyətli olan, axır zamanın işarələrindən olan bu yerdən məmulat“dabbə”-nin“insanlarla danışması”dır. Dünyada internetin çatmadığı bir ölkə, bir millət, bir cəmiyyət demək olarki, qalmamışdır. Həm də, qabaqcıl texnologiyanın məhsulu olan internet hər cəmiyyətə öz dili ilə xitab edir.

slider3

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313