”İlk nəfəs” geni
ABŞ-ın Cincinnati Uşaq Xəstəxanasının mütəxəssisləri ana bətnində ağciyərin inkişafını və doğum zamanı körpənin nəfəs almasını təmin edən “Foxa2” adlı geni kəşf etdilər. Buna görə ana bətnindəki təhlükəsiz mühitdən çətinliklərlə dolu dünya həyatına qədəm qoyduğu ilk anda alınan ilk nəfəsin də bir gen tərəfindən idarə edildiyi müəyyənləşdirilmiş oldu.
Vaxtından əvvəl doğumlarda ümid
Cincinnati Uşaq Xəstəxanasının həkimləri “Foxa2” adı verilən genin kəşf olunmasını ağciyər qüsuru ilə dünyaya gələn yarımçıq körpələrin müalicəsində mühüm bir addım olacağını düşünürlər.
Hamiləliyin ilk altı ayında ağciyərlər hələ tamamilə inkişaf etmir. Buna görə də erkən doğulan körpələr tənəffüs çətinlikləri yaşayırlar. Bu genin kəşf olunması həm erkən doğulan körpələrin, həm də ağciyər qüsurlu uşaq və böyüklərin daha yaxşı müalicə olunmasına imkanı verir.
Kifayət qədər hava almağı təmin edir
Dr. Jeffrey Whitsett mövzuyla əlaqədar olaraq, “ “Foxa2”-nin doğumdan sonra ciyərlərdəki kiçik hava yollarının təhrif olmasının qarşısını alaraq kifayət qədər hava almağı təmin edən və ciyərləri xəstəliklərdən qoruyan bir gen qrupuna nəzarət etdiyini təyin etdik. Bunun sayəsində ağciyər xəstəliklərinə qarşı yeni müalicə üsulları tapıla bilər” -dedi.
Genetik quruluşun qüsursuzluğu
İnkişafda olan elmin ortaya qoyduğu nəticə bunu göstərir ki, canlılar əsla təsadüflərlə mövcud ola bilməyəcək dərəcədə qüsursuz bir nizama və son dərəcə kompleks bir quruluşa sahibdir. İnsan Genomu Layihəsi ilə əlaqədar gündəmdə olan insan genindəki qüsursuz quruluş bunu bir daha gözlər önünə sərir. “Foxa2” adlı gen də bu qüsursuz quruluşu sübut edən bir başqa nümunədir.
İnsan hüceyrəsindəki DNT-lərdə 200.000-ə yaxın gen var. Hər gen aid olduğu zülal növünə görə sayı 1000 ilə 186.000 arasında dəyişən nükleotidlərin xüsusi bir sıralamada düzülməsindən meydana gəlir. Bu genlər insan bədənində fəaliyyət göstərən təxminən 200.000-ə yaxın zülalın kodlarını saxlayır və bu zülalların istehsalına nəzarət edirlər. Üç milyard hərfdən ibarət olan DNT-dəki məlumatlar A-T-G-C hərflərinin bir-birinin ardınca xüsusi və mənalı bir sırada düzülməsi ilə meydana gəlir. Ancaq bu sıralamada tək bir hərf səhvi belə edilməməlidir.
Ensiklopediyalarda səhv yazılmış bir söz və ya hərf səhvinə önəm verilməz, hətta çox vaxt belə bu səhvlər hiss edilməz. Bundan fərqli olaraq DNT-də hər hansı bir pillədəki, məsələn, 1 milyard 719 milyon 348 min 632 -ci pillədəki bir hərfin səhv kodlanması kimi bir səhv belə hüceyrə üçün, dolayısilə, insan üçün çox ciddi nəticələrə yol aça bilər. Məsələn, uşaqlarda müşahidə olunan hemofiliya (qan xərçəngi) xəstəliyi bu tip səhv kodlanmanın nəticəsidir.
Genetik quruluşdakı müxtəlif pozuntuların səbəb olduğu bir çox irsi xəstəlik vardır. Hər biri çox ciddi olan bu xəstəliklərin tək səbəbi genetik koddakı milyardlarla hərfdən yalnız bir və ya bir neçəsini səhv yerdə olmasıdır. Məsələn, Monqolizm və ya Daun sindromu geniş yayılmışdır. Səbəbi isə hər hüceyrədəki 21-ci cüt xromosomlarda əlavə olaraq bir xromosomun da olmasıdır. Başqa bir nümunə isə Huntigton xəstəliyidir. Xəstə 35 yaşına qədər sağlam olduğu halda bu yaşdan sonra birdən-birə qol, qıç və üz əzələlərində nizamsız hərəkətlər başlayır. Müalicəsi olmayan bu ölümcül xəstəlik beynə də təsir etdiyi üçün xəstənin yaddaşı və düşünmə bacarıqları də gedərək zəifləyər.
“Foxa2” geninə qayıdacaq olsaq, elmin kəşf etdiyi kimi bu genin varlığı insanın ilk nəfəsini sağlam bir şəkildə ala bilməsini təmin edir.
Əgər düşünsək, bu günə qədər yer üzündə yaşamış hər insanda bu gen ən doğru sıralama ilə hər insanın DNT-sində tam da olmalı olduğu yerində mövcud olmuş və heç səhv etmədən vəzifəsini yerinə yetirmişdir. Bu genin öz quruluşundakı və ya yerləşdiyi yerdə ən kiçik bir səhv bəlkə də, bu qədər insanın “ilk nəfəsi” heç ala bilməməsinə səbəb olacaqdı.
Bütün genetik xəstəliklərin göstərdiyi əhəmiyyətli bir həqiqət var: canlılardakı genetik quruluş o qədər həssas, balanslı və qüsursuzca hesablanaraq planlanmışdır ki, bu nizamdakı ən kiçik bir dəyişiklik belə ciddi problemlər meydana gətirir. Yalnız bir hərfin çatışmaması və ya artıq olması ölümcül xəstəliklərə, həyat boyu davam edəcək şikəstliklərə və ya “ilk nəfəs” -in alına bilməməsinə səbəb ola bilir. Bu səbəbdən bu dərəcədə həssas bir tarazlıq və nizamın təsadüfən meydana gəldiyini və təkamül nəzəriyyəsinin iddia etdiyi kimi mutasiyalar yoluyla inkişaf etdiyini söyləmək qeyri mümkündür.
Necə ki, hər əsərin və ya hər məlumatın bir yazıçısı və sahibi varsa, genlərdəki məlumatın da bir sahibi və yaradıcısı vardır. O Yaradıcı üstün və güclü, sonsuz elm və ağıl sahibi olan Rəbbimiz Allahdır.