Mehdinin Bəddiüzzaman olduğu iddiası tamamilə səhvdir
Yenə bəzi Nurçu məzhəbindən olan qardaşlarımız axırzamanda bu üç vəzifəni yerinə yetirərkən Risaləi Nuru özünə proqram etməsi səbəbiylə hz. Mehdi (ə.s)-ın etdiyi bütün işlərin Ustada düşəcəyini də iddia edirlər. Ustadın əsl memar olduğunu, hz. Mehdi (ə.s)-ın isə haşa bir inşaat ustası kimi, hazır olan bir proqram üzərində vəzifəsini icra edəcəyini iddia edirlər. Bilavasitə də hz. Mehdi (ə.s)-ın işinin guya çox asan olacağını fikirləşərək, axırzamanın ən şiddətli dövründə vəzifə alacaq olan gəlmiş-keçmiş ən böyük vəli və qütbü əzəm (dövrünün ən böyük, ən mübarək şəxsi) vəzifəsini, sanki kiçik hesab edərək yanaşırlar. Yenə eyni kəslər hz. Mehdi (ə.s)-ın ustadın tələbəsi mövqeyində olacağını da ifadə edərək Risalələrə tamamilə tərs düşən bir məntiqdədirlər. Halbuki Ustad hz. Mehdi (ə.s)-ın bir qabaqcıl əsgəri, ona yer hazırlayan, zəmin quran bir xidmətçisi olduğunu risalələrində çox açıq bir şəkildə ifadə etmişdir.
LAKİN, (ÖZÜMÜN) O İRƏLİDƏ GƏLƏCƏK OLAN, ƏCAİB (Çaşdıran və heyrət oyandıran şey; bənzəri görülməyən; qəribə), MÜBARƏK ŞƏXSİN BİR XİDMƏTÇİSİ VƏ ONA ZƏMİN HAZIRLAYAN BİR DÜMDARI (əsgəri, ordunun geridən gələn təhlükəsizlik qüvvəsi) VƏ O BÖYÜK RƏHBƏRİN PİŞDARI (qabaqcıl əsgəri) OLDUĞUMU ZƏNN EDİRƏM. … (Barla Lahikası, səh. 162)
Bədiüzzaman Səid Nursi Həzrətləri Risalələrin heç bir yerində belə bir məntiq bidirməmişdir. Həmçinin, bu məntiqlə düşünüldüyü təqdirdə, Bədiüzzamanın bütün xidmətlərinin; özünün həm Nəqşi, həm Qədri istiqaməti olması səbəbiylə Qədri təriqətinin qurucusu və bu səbəbdən, Ustadın müəllimi olan Əbdülqadir Gilani Həzrətlərinə keçəcəyi kimi bir vəziyyət söz mövzusu olacaq. Bu səbəbdən Ustadın tələbələri üçün də eyni vəziyyət keçərli olacaqdır.
Onların arasından, hz. Mehdi (ə.s)-ın üç vəzifəsindən birini bir istiqamətdə yerinə yetirildiyini iddia edənlər varsa onların da etdikləri gərək ilk olaraq Əbdülqadir Gilani Həzrətlərindən Səid Nursi Həzrətlərinə, və Səid Nursi Həzrətlərindən də şagirdlərinə keçərdi. Belə olduğu təqdirdə də nə Səid Nursi Həzrətləri, nə də Nur camaatının mənsubları axırzamanın böyük Mehdisi ola bilməzlər yalnız, Əbdülqadir Gilani Həzrətləri hz. Mehdi (ə.s) ola bilərdi. Ancaq Əbdülqadir Gilani Həzrətləri, Ustadın “bir cür Mehdi və mücəddid” (yəni Mehdiliyin bir növü olaraq) hökmündə gördüyü möhtərəm bir şəxsdir. Hz. Mehdi (ə.s) zamanında reallaşdırılması lazım olan 3 böyük vəzifəni bir yerdə yerinə yetirə bilmədiyi üçün axırzamanın Mehdi (ə.s)-ı adını almamışdır.
Bəzi Nurçu məzhəbindən olanların Risalələrin ruhuna əks olan şərhlər etmələri, Ustadı və Risalələri lazım olduğu kimi anlaya bilmədiklərini göstərir. Beləliklə, Nur tələbələri Ustadın hz. Mehdi (ə.s) və hz. İsa (ə.s) haqqındakı son dərəcə açıq və dəqiq olan izahlarını çox fərqli şəkildə şərh edirlər, bu da nəticə etibarı ilə öz aralarında müxtəlif qrupların, fərqli cəbhələr meydana gəlməsinə səbəb olur. Onların bu hərəkətləri əslində həm Ustadı, həm də Risalələri lazım olduğu kimi anlayıb qavraya bilmədiklərini üzə çıxardır. Çünki öz aralarında fərqli qruplara ayrılan Nurçuların bir qismi Ustadın hz. Mehdi (ə.s) olduğunu, digər qismi hz. Mehdi (ə.s)-ın və hz. İsa (ə.s)-ın artıq gəlib-yaşayıb və vəfat etdiklərini, kimisi hər ikisinin də vəfat etdiklərini, ruhları dabbətül Ərzdə toplandığını və bu an vəzifədə olduqlarını, kimisi hz. Mehdi (ə.s)-ın
Risalələr olduğunu, kimisi də hz. Mehdi (ə.s)-ın gözə görünməyəcəyini, yəni mənəvi şəxs kimi olduğunu, kimisi hz. İsa (ə.s)-ın da, hz. Mehdi (ə.s)-ın da mənəvi şəxs olduqlarını, kimisi də bütün bu fikirlərin hamısını bir kənara buraxaraq axırzamanda tək bir Mehdi deyil, üç ayrı-ayrı Mehdilərin çıxacağını, eyni anda zühur edəcəklərini, biri siyasət, biri diyanət, birinin də səltənət aləmində vəzifə yerinə yetirəcəkləri kimi son dərəcə səhv bir fikir irəli sürərək ortaya çıxırlar. Halbuki ortaya qoyulan bütün bu məntiqlər və əlaqədar olan kəslər, həm də eyni düşüncəni müdafiə edənlər çox böyük bir utanc vəsiləsidir. Çünki irəli sürdükləri bu iddiaların hamısı Risalədə yazılanlarla qəti olaraq ziddiyyət təşkil edir və bütün bunlar yalnız Risalələrin ruhundan ayrı, Ustadın düşüncələrindən uzaq, səhv fikirlərdən ibarətdir.
Sırf hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın bu əsrdə bir şəxs olaraq gələcəklərini qəbul etməmək, onların illər öncə gəlib keçdiklərini demək, mehdiyyəti yalnız bir etibar mövzusu kimi dərk etmək ya da Ustada qarşı mənəvi bir qoruma hissinə dəstək olmaq, -Ustadı tənzih edirik- onu yalançı mövqeyinə salan, son dərəcə açıq olan ifadələrini şərh edərək qarışıq mənada, aydın olmayan, təşbehli izahlarla dolu ifadələr kimi göstərən bir zehniyyət təhlükəlidir.
Ustad hz. Mehdi (ə.s)-a dərin bir sevgi və hörmətlə bağlıdır, onun qabaqcıl bir əsgəri və köməkçisidir. Ustad, hz. Mehdi (ə.s)-a eşqlə, dərin bir sevgi və sədaqətlə bağlı bir şəxs olmasına baxmayaraq və özü şəxsən Risalələrində hz. Mehdi (ə.s)-ın xidmətçisi, qabaqcıl əsgəri, dümdarı olduğunu bildirərək ona olan sevgisini, hörmətini, heyranlığını çox açıq bir şəkildə ifadə etməyinə baxmayaraq, Ustadı -öz iradəsi xaricində- sanki mehdilik mövqeyi üçün yarışan, haşa hz. Mehdi (ə.s)-dan üstün olma iddiasında olan, hz. Mehdi (ə.s)-ın özündən haşa aşağı bir mövqedə görən şəxs kimi göstərməyə çalışırlar, bu da son dərəcə xoşagəlməz və çirkin hərəkətdir. Hz. Mehdi (ə.s) axırzamanda Ustadın hazırladığı risalələr ilə təbliğ işlərini görəcək, Risaləi Nuru özünə hazır bir proqram edib onunla birinci vəzifəsini yerinə yetirəcək, hansı ki, bu, onun, Risaləi Nurun ruhunu çox yaxşı qavramış olduğunu, Ustadı çox yaxşı anladığını, Risalələri anlama və izah etmə gücünün çox yüksək olduğunu göstərir. Bu vəziyyət, iki möhtərəm şəxsin də bir-birlərinə dərin bir sevgi və hörmət ilə bağlı olduqlarının açıq bir ifadəsidir.
Birinci vəsifəsi: Fənn və fəlsəfənin tasallutiylə (təsiriylə) və maddiyyun və tabiiyyun taunu (materializm və darvinizm idealogiyasının) bəşər içinə intişar etməsiylə (yayılması ilə), hər şeydən əvvəl fəlsəfəni və maddiyyun (materializm, darvinizm və ateizm idealogiyasını), fikrini tam susduracaq bir tərzdə imanı qurtarmaqdır. İmanlıları dəlalətdən mühafizə etmək (iman edənləri azğınlıqdan qorumaq) və bu vəzifə üçün təqdiqatların aparılması, araşdırılması çox vaxt tələb etdiyinə görə Həzrəti Mehdinin, o vəzifəni (yəni fənn və fəlsəfəni) şəxsən özünün yerinə yetirməyə vaxtı olmayacaq. Çünki Məhəmməd (s.ə.v)-in şəriətindəki səltənəti ilə məşğul olduğundan digər işlərə vaxt qalmır.
HƏR HALDA O VƏZİFƏNİ ONDAN ƏVVƏL BİR TAYFA BİR İSTİQAMƏTDƏ OLARAQ YERİNƏ YETİRƏCƏK. O ŞƏXS (HZ. Mehdi (ə.s)), O TAYFANIN UZUN TƏDQİQATLARI NƏTİCƏSİNDƏ YAZDIQLARI ƏSƏRLƏRİ ÖZÜNƏ HAZIR BİR PROQRAM EDƏCƏK, ONUN İLƏ O BİRİNCİ VƏZİFƏNİ TAM YERİNƏ YETİRMİŞ OLACAQ. BU VƏZİFƏNİN İSTİNAD ETDİYİ QÜVVƏ VƏ MƏNƏVİ ORDUSU, TƏK İXLAS, SƏDAQƏT VƏ TƏSANÜD (BİRLƏŞMƏ) SİFƏTLƏRİNƏ TAM SAHİB OLAN BİR QİSİM ŞAGİRDLƏRİDİR. NƏ QƏDƏR DƏ AZ OLSALAR, MƏNƏVİ CƏHƏTDƏN BİR ORDU QƏDƏR QÜVVƏTLİ VƏ QİYMƏTLİDİRLƏR. (Emirdağ Lahikası-1, səh. 231)
Ustadla Hz. Mehdi (ə.s) arasında belə güclü bir mənəvi əlaqə var ikən bəzi Nurçu qardaşlarımızın mehdiyyət mövzusunu Nurçular tərəfindən bir növ yarış halına gətirmələri və Ustadın adını -Bədiüzzaman Səid Nursi Həzrətlərini tənzih edirik- bu mövzuya alət etmələri son dərəcə səhvdir.
Hz. Mehdi (ə.s) bütün bu iddiaların tam əksinə hal-hazırda yaşadığımız dövrdə zühur edəcək, siyasət, səltənət və diyanət sahəsindəki üç vəzifəni bir yerdə icra və tətbiq edəcək. Ustadın ona axırzamanın böyük Mehdisi, ən böyük Mücəddidi, ən böyük Müctəhidi, Mehdi Əli Rəsulu, ən böyük Hakim, Mürşid və Qütb-ü Əzəm deməsi də bu səbəblərdəndir.
….HƏRÇƏND, HƏR ƏSRDƏ HİDAYƏT EDİCİ BİR CÜR MEHDİ VƏ MÜCƏDDİD GƏLİR VƏ GƏLMİŞDİR, LAKİN HƏR BİRİ BU ÜÇ VƏZİFƏLƏRDƏN YALNIZ BİRİNİ, BİR İSTİQAMƏTDƏ ETMƏLƏRİNƏ GÖRƏ AXIRZAMANIN BÖYÜK MEHDİ ADINI ALMAMIŞLAR. (Emirdağ Lahikası-1, səh. 232)