Dakkak İbn Zeydi, Cühenidən belə rəvayət etdi:
“ Mən gördüyüm bir yuxunu Rəsulullah (s.ə.v)-ə danışdım. Bu yuxuda Peyğəmbər (s.ə.v) yeddi pilləli bir minbərin ən üst pilləsində idi. Peyğəmbərimiz (s.ə.v) BUYURDU Kİ, YEDDİ PİLLƏLİ GÖRDÜYÜM MİNBƏR BU DÜNYANIN ÖMRÜ OLAN YEDDİ MİN İL DEMƏKDİR. MƏN DƏ ONUN SON MİN İLİNDƏ OLACAĞAM.” (Kitab-ül Burhan Fi Elamet-el Mehdiyy-il Axır zaman, 89)
H. 5 — İbni Əbi Xatəm, təfsirində İbni Abbasdan belə rəvayət etdi:
“DÜNYA, AXİRƏT HƏFTƏLƏRİNDƏN BİR HƏFTƏ OLUB, YEDDİ MİN İLDİR VƏ BUNUN ALTI MİNİ İLİ KEÇMİŞDİR.”
H. 6 — İbni Abbasdan səhih olaraq nəql edilən belə bir rəvayət vardır.
O dedi : “DÜNYA YEDDİ GÜNDÜR. HƏR BİR GÜN MİN İL KİMİDİR VƏ RƏSULULLAH (S.Ə.V) DƏ ONUN SONUNDA GÖNDƏRİLDİ.”
H. 4 — Tabarani Kəbirində deyir ki, Əhməd İbn Nadr əl-Əsgəri və Cəfər İbn Məhəmmədül Fəryabi, (Ravi silsiləsi ilə) Dakkak İbn Zeydi Cühenidən olan rəvayəti belə nəql etmişlər:
“ O dedi ki: MƏN GÖRDÜYÜM BİR YUXUNU RƏSULULLAH (S.Ə.V) -Ə DANIŞDIM. BU YUXUDA, PEYĞƏMBƏR (S.Ə.V) YEDDİ PİLLƏLİ BİR MİNBƏRİN ƏN ÜST PİLLƏSİNDƏ İDİ. O BUYURDU Kİ, YEDDİ PİLLƏLİ GÖRDÜYÜN MİNBƏR BU DÜNYANIN YEDDİ MİN İL ÖMRÜDÜR, MƏN DƏ ONUN SON MİNİ İLİNDƏ OLACAĞAM.
H. 8 — İbni Abdil Həmid, təfsirində, Məhəmməd İbn Fadl, Hammad İbn Zeyddən, O da Yəhya İbn Cəlddən, O da Məhəmməd İbn Sirindən, O da Müsəlman olmuş kitab əhli birindən belə rəvayət etdiklərini bildirir:
“ALLAH, GÖYLƏRİ VƏ YERLƏRİ ALTI GÜNDƏ YARATMIŞDIR. RƏBBİMİN YANINDA BİR GÜN, SİZİN DÜNYA HƏYATINDA SAYDIĞINIZ MİN İL KİMİDİR VƏ DÜNYANIN ƏCƏLİ ALTI GÜNDÜR, YEDDİNCİ GÜNDƏ QİYAMƏT QOPACAQ. ALTI GÜN KEÇİB GETMİŞDİR VƏ SİZ YEDDİNCİ GÜNDƏSİNİZ. (Ali B. Hüsameddin el-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir zaman, səh. 88, 89)
PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN HƏDİSİ ŞƏRİFLƏRİNDƏ BELƏ İFADƏ EDİLİR:
“….YEDDİ PİLLƏLİ GÖRDÜYÜN MİNBƏR BU DÜNYANIN YEDDİ MİN İL OLAN ÖMRÜDÜR, MƏN DƏ ONUN SON MİN İLİNDƏ OLACAĞAM.”
“DÜNYA, AXİRƏT HƏFTƏLƏRİNDƏN BİR HƏFTƏ OLUB, YEDDİ MİN İLDİR VƏ BUNUN ALTI MİN İLİ KEÇMİŞDİR.”
“…RƏBBİMİN YANINDA BİR GÜN, SİZİN DÜNYA HƏYATINDA SAYDIĞINIZ MİN İL KİMİDİR VƏ DÜNYANIN ƏCƏLİ ALTI GÜNDÜR, YEDDİNCİ GÜNDƏ QİYAMƏT QOPACAQ. ALTI GÜN KEÇMİŞDİR VƏ SİZ YEDDİNCİ GÜNDƏSİNİZ.”
BU İSTİQAMƏTDƏKİ İFADƏLƏRİYLƏ ƏHƏMİYYƏTLİ BİR MƏQAM AÇIQLANMIŞDIR.
Peyğəmbərimiz (s.ə.v) aidiyyatı olan bu hədislərinə əlavə olaraq, öz dövründə istifadə edilməkdə olan 7000 illik bir təqvimə əsasən, özünə qədər olan dünyanın ömründən 5600 il keçdiyini də ifadə etmişdir.
H. 28 — Əhməd İbni Hənbəl İləlində, İsmayıl İbn Əbdülkərim, Əbdüssəməddən, O da Vəhbdən belə rəvayət etdiyini nəql edir:
“ DÜNYADAN BEŞ MİN ALTI YÜZ İL KEÇMİŞDİR. (Ali İbn Hüsaəddin əl-Muttaki, Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Axir zaman, səh. 89)
Peyğəmbərimiz (s.ə.v), 5600 ilin keçməsini ifadə etməklə son 1000 ilə girildiyini bildirmişdir. Peyğəmbərimiz (s.ə.v), özünə qədər 5600 ilin keçdiyini, 6000 illik bir dövrün tamamlandığını və son 1000 ilə girildiyini ifadə etdiyinə görə, deməli 5500 – ilin keçməsi ilə 6000 il tamamlanmışdır. Çünki, digər hədisdə açıqladığı “MƏN SON 1000 İLDƏYƏM“ ifadəsi ilə, İslam ümmətinin 7000 il olan ömrünün 6000 ilinin keçdiyini və geriyə son 1000 illik bir dövr qaldığını açıqlamışdır.
Eyni şəkildə Peyğəmbərimiz (s.ə.v) bu səhih hədisləri şərh edən və ümmətin ömrünün hicri 1500 ili çox keçməyəcəyini ifadə edən Suyuti və Bərzənci həzrətlərinin ifadələri də bu şəkildədir:
“BU ÜMMƏTİN ÖMRÜ MİN İLİ KEÇƏCƏK, LAKİN MİN BEŞ YÜZ İLİ KEÇMƏYƏCƏK… (Kıyamet Alametleri, Medineli Allame Muhammed İbn Resul el-Hüseyni el-Berzenci, Pamuk Yayıncılık, İstanbul, 2002, səh. 299)
“MƏNİM ÜMMƏTİMİN ÖMÜRÜ 1500 İLİ KEÇMƏYƏCƏK.”
(Suyuti, el-Keşfu an Mücavezeti Hazihil Ümmeti el-Elfu, el-havi lil Fetavi, Suyuti. 2/248, tefsiri Ruhul Beyan. Bursevi. (Arapça) 4/262, Ahmed İbn Hanbel, Kitâbu’l-İlel, səh. 89.)
Bədiüzzaman Səid Nursi həzrətləri də Peyğəmbərimiz (s.ə.v)-in hədisləri və böyük İslam alimlərinin mövzuya aid şərhləri istiqamətində qiyamət vaxtının təxminən hicri 1545–ci illərdə gələcəyini, yəni ümmətin ömrünün hicri 1500 ili çox keçməyəcəyini ifadə etmişdir.
Səid Nursi həzrətləri, Peyğəmbərimiz (s.ə.v)-in rəvayəti olan: “ÜMMƏTİMDƏN BİR TAYFA ALLAHIN ƏMRİ GƏLƏNƏ QƏDƏR (QİYAMƏTƏ QƏDƏR) HAQQ ÜZƏRİNDƏ OLACAQ.” (Müslim) ifadəsinin əbcəd tarixini hesablamış və “Kastamonu Lahikasında” bu mövzuyla əlaqədar olaraq belə bir şərh vermişdir. “Ümmətimdən bir tayfa..”- hissəsinin cifr hesabına görə olan əbcəd hesabı 1542 (2117) –ci ilə işarə edərək varlığın sonuna işarə edir. “Haqq üzərində olacaq.” (şəddəli sayılır) cəm halda ikən belə cifri hesabı 1506 (2082)-ci ili verir, bu tarixə qədər açıq və bəlli şəkildə, sonra da 1542 (2117)-ci ilə qədər, gizli və məğlubiyyət içində izah etmə vəzifəsinə davam edəcəyini bildirir . “Allahın əmri gələnə qədər” (şəddəli sayılır) belə cifir hesabına görə olan əbcəd dəyəri 1545 (2120)-ci ili, kafirin başında QİYAMƏTİN QOPMASINA işarə edir. (Kastamonu Lahikası, səh. 33)
Bədiüzzaman, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində ifadə etdiyi hesablamaya görə, İslam ümmətinin ömrünün hicri 1545-ci ildən başlayaraq sona çatacağına işarə etmişdir. Yəni, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində diqqət çəkdiyi 1500 illik zaman diliminə – bu səbəbdən də 2000-ci ilə girmədən ümmətin ömrünün sona çatacağını demişdir, (doğrusunu Allah bilir.) Həqiqətən də ümmətin ömrünün hicri 1500-cü ili keçdiyi, yəni hicri 1600-cü il olduğu təqdirdə iki mininci ilə giriləcəyindən Muhbiri Sadiq olan Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə görə hicri 1500–cü ildən çox keçməyəcək. Çünki dünyanın ömrü 7000 il olduğuna və Peyğəmbərimiz (s.ə.v)-ə qədər də bu ömürdən 5600 il keçdiyinə görə, ümmətin geri qalan ömrünün hicri 1400-1500-cü illər arasında qalan 100 illik dövr içində tamamlanması lazımdır. Bu səbəbdən də hicri 1500–cü ildən çox keçməməsi lazımdır. Peyğəmbərimiz (s.ə.v) hədisi şərifində son 1000 il içində olduğumuzu ifadə etdiyinə görə də, hicri 2000 – ci ilə girilməməsi, yəni ümmətin ömrünün hicri 1500–cü ildən başlayaraq sona çatmalıdır, DOĞRUSUNU ALLAH BİLİR.