İçeriğe geç

Hörmətli Adnan Oktarın yeni izahları (17 fevral 2013)

Hörmətli Adnan Oktarın Yusif surəsindən ayə izahları

 

Yusif surəsi 16-cı ayə

 

“Onlar axşam ağlaya-ağlaya atalarının yanına gəlib”.

 

Ümumiyyətlə basqın ediləcəyi vaxt, birinə bir pislik ediləcəyi vaxt axşamüstü seçilər ki, insanlar qorumasız olsunlar. Kömək istəmək vəziyyətində qaldıqlarında kömək istəyəcəkləri kəslər ya yatmış vəziyyətdə olurlar, ya həyatdan çəkilmiş olurlar. Aktiv bir həyat olmur axşam. Onun üçün basqın etmək istəyənlər ümumiyyətlə axşamı seçərlər yəni pis niyyətli hərəkət edənlər əlbəttə. Bir də ağlaya-ağlaya gəlirlər. Oyun oynamaq istəyənlər həmişə ağlayaraq günahlandırma edərlər. Məsələn, bir müsəlmanı günahlandırmaq istəyən ağlayaraq, zırlayarak gəlir ki təsirli olsun. Yəni həm günahsız görünsün həm də eşidənlərin duyğularını istismar etsin. Pis niyyətli kəslər tərəfindən, inandırıcılıq qazandırmaq üçün taktika olaraq, üsul olaraq ağlama istifadə edilər çox vaxt.

 

Yusif surəsi 17-ci ayə

 

Dedilər: “Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik. Canavar da onu yedi. Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”.

Dedilər: “Ey atamız! Biz Yusufu əşyalarımızın yanında qoyub yarışmaq üçün getmişdik”. Onun şəfqətinə təsir etmək üçün “Atamız” deyə söyləyirlər. “Əlbəttə”. Yalançı adamların ilk etdiyi şey, and içərək başlayarlar. Bir çox insan elədir. “… yarışmaq üçün getmişdik”. Yəni idman edirdik, əylənirdik. “Biz Yusufu əşyalarımızın yanında qoyub …” Bax, ta o dövrdə belə Allah ona mülkü əmanət edir, hz. Yusif (ə.s)-a. Yəni uşaqkən belə mülkü əmanət götürmə xüsusiyyəti var. “Canavar da onu yedi”. İnsanların yalan danışmaq istədikləri vaxt, Müsəlmanlara sui-qəsd edəcəkləri vaxt, oyun oynayacaqları vaxt ağla sığmaz nalayiq oyunlar, ağla sığmaz böhtanlar ata bildiklərini Allah Quranda göstərir. Canavar yemiş. Son dərəcə nalayiq, məntiqsiz bir iddiayla ortaya çıxırlar. “Əlbəttə, biz doğru danışsaq da, sən bizə inanan deyilsən”. Bir də qarşı tərəfi günahlandıraraq psixoloji təzyiq edirlər. Bu da bir psixoloji təzyiq üsuludur. Beləcə qarşı tərəfi daha müqavimətsiz hala gətirməyi məqsəd qoyan bir üslubdur.

 

Yusif surəsi 22-ci ayə

 

Yusuf yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək bacarığı və elm verdik. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq.

“Yusuf yetkin çağına çatdıqda Biz ona mühakimə yürütmək bacarığı və elm verdik”. Adam elmiylə öyünür. Allah “Elmi Mən verdim” -deyir. Heç kimdə bir hökm və elm olmur, Allahın yaratdığı qədər olur. Məsələn, “Çox böyük alimdir” -deyir. Elə bir şey olmur, elmi Allah yaradır.

 

Dünyada dinin çatmadığı bir insan yoxdur

 

Müsəlman Quranla birgə yaradılar. Məsələn, musəvidirsə Tövratla birgə yaradılar. Yəni dinin çata bilməyəcəyi, çatmadığı bir insan dünyada yoxdur. Mütləq çatar. Əgər o adam layiqdirsə, şüuru açıqdırsa, ruh sahibidirsə, imtahan əhlidirsə, yəni imtahan edilməsi lazım olan bir insandırsa, mütləq kitab ona çatar. Çünki baxın, dəlilini belə verim. Müsəlman bura onsuz da Cənnətdən gəlir. Cənnətdən necə gələ bilər? Kitaba tabe olmuş ki, gəlir. Buradan yenə Cənnətə gedir. Yəni cənnət əhlidir müsəlmanlar. Məsələn, Peyğəmbərimiz (s.ə.v) daha əvvəki həyatında Cənnətdə idi. Allah qatında Cənnətdə olduğu zaman Peyğəmbərlik etdi. O, Quranla birlikdə yaradıldı Peyğəmbərimiz (s.ə.v). Elə təsadüfən dinin çatması deyə bir mövzu yoxdur. Kainatın hamısı metafizikadır.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz