Header

Hörmətli Adnan Oktarın yeni izahları (20 fevral 2013)

Aa4a

Hz. Mehdi (ə.s) Peyğəmbərimiz (s.ə.v)-də olduğu kimi vəhy almayacaqdır

Hz. Mehdi (ə.s) Peyğəmbərimiz (s.ə.v)-də olduğu kimi vəhy almayacaqdır. Allah insanlara onsuz da bir çox şeyi ilham edər, vəhy edir ürəklərinə. Hər insana vəhy edir, vicdanına. Amma insan onu dinləyər ya da dinləməz. Allah arıya da vəhy edir deyil mi, Quran ayəsi var. Hz. Məryəmə Allah vəhy edir, hz. Musa (ə.s)-ın anasına vəhy edir, amma Peyğəmbərlərə olan vəhy tərzində deyil. Qəlbinə ilham olaraq vəhy edir Allah. Mehdi (ə.s)-a da elə vəhy edir, lakin bunu bilmirlər. Çünki hər insanın ürəyinə gələn məlumat onsuz da vəhydir. Vicdanlı olması üçün insanlar xəbərdar edilir. Qurana uyan bir Ruh necədirsə vicdanına uyan bir Ruh da o şəkildədir.

Hörmətli Adnan Oktarın Qələm surəsindən ayə izahları

Qələm surəsi, 42-43-cü ayələr

“Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin buna qadir ola bilməyəcəkləri gün – onların baxışları yazıq görkəm alacaq, özlərini də zillət bürüyəcəkdir. Hərçənd ki, onlar dünyada ikən sağ-salamat halda səcdə qılmağa dəvət olunurdular”.

Yəni çox pərişan olacaqlarını Allah ifadə edir. Çılpaqdırlar əlbəttə, görünüşləri onları çox hörmətdən salır. Çılpaq, üstlərini toz örtmüş, çox çirkin və çirkli bir vəziyyətdədirlər. Səcdəyə qapanmaq istəyər, amma edə bilməz. Çünki şikəst qalmışlar. Bir qisminin başı arxaya çevrilmiş, yəni üzü kürəyini görəcək şəkildə. Gözləri görmür. Nə edəcəklərinə çaşmış vəziyyətdədirlər. O pərişanlığı söyləyir ayə. Allah hörmətdən salıb intiqam almış olur. Çünki bütün ömrü boyunca Allaha haşa meydan oxuyur, öz ağlınca bilmişlik edir, üst pərdədən danışır. Axirətdə eyni artistik, arsız rəftarı göstərəcəyini zənn edərkən Allah müdhiş bir acizliyə salır.

Bir də hava atdığı adamlar da ətrafında, o öz fırıldaq yoldaşları da ətrafında. Onlar da pərişandırlar. Baxır heç kim kimsəyə kömək edə bilmir. Heç kim kimsəyə dost deyil. Daha əvvəl dost idin? Daha əvvəl qoruyurdun? Pulun getmiş, şöhrətin də getmiş. Ünvanın yox, heç bir şeyin yox. Hər tərəfi çılpaq, rüsvayçılıq üst-baş bərbad vəziyyətdə. Səcdəyə qapanmaq istəyir o anda, amma edə bilmir. Düşür, qalxır, yəni bədəni uyğun deyil. Allah orada burnunu sürtmüş olur, yəni alçaldılmış olur. O etdiyi eqoizm və qürur yox olmuş olur. Eqoizm və qürurunu Allah tamamilə almış olur. Məsələn, Cəhənnəmdən qaçmağa qalxırlar, Allah Müsəlmanları güldürmək üçün onların rüsvayçılıqlarını göstərir; Məsələn qaçmağa çalışır, aşıb düşür. Bir yerdən boşluq tapdığını zənn edir, oradan aşağıya aşır. Müsəlmanlar da oturduqları yerdən deyir Allah, coşğuyla onlara gülərlər deyir.

Hörmətli Adnan Oktarın Ənam surəsindən ayə izahları

Ənam surəsi, 75-ci ayə

“Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun”.

“Beləcə, Biz, İbrahimə yəqinliklə inananlardan olması üçün –Qəti məlumat elm, elmlə inanmaq-göylərin və yerin səltənətini göstərdik”.Yəni göylərdəki və yerdəki Allahın varlığının dəlillərini. İman həqiqətlərini göstərdik deyir Allah. Nə üçün? Qəti inananlardan olması üçün. Yəni o sənət, o dərinlik, o təfərrüatlar, o elmi metodlarla əldə edilən, görülən möhtəşəm nizam. Ağılla görülən möhtəşəm nizam.

Ənam surəsi, 80-ci ayə

Qövmü onunla höcətləşdi. O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz? Rəbbimin istədiyi şeylərdən başqa mən, sizin Ona şərik qoşduqlarınızdan qorxmuram. Rəbbim elmi ilə hər şeyi əhatə etmişdir. Məgər düşünüb ibrət almayacaqsınız?

“Qövmü onunla höcətləşdi”.İnsanlar həmişə mübahisə edirlər. “O dedi: “Allah məni doğru yola yönəltdiyi halda, siz Onun barəsində mənimlə höcətləşirsiniz?””

İndi darvinistlərin, materialistlərin etdiyi də odur. Allah barəsində mübahisə meydana gətirməyə çalışırlar. Amma elm, ağıl, həqiqət, vicdan, doğru olan nəysə o olar. Və hakim də olur indi inşaAllah.

Ənam surəsi, 82-ci ayə

İman gətirdikdən sonra imanlarına zülm qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır.

Allah onları təhlükəsizlik içində yaşadır baxın, Allahın verdiyi qəti təminat. Nə edəcəklər? Imanlarını zülmlə qarıştırmayacaqlar, iman edəcəklər.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313