… Bəli, yüzlərlə müqəddəs qəhrəmanları yetişdirən və minlərlə mənəvi komandirləri ümmətin başına keçirən və Quranın həqiqətlərinin mayasıyla, imanın nuru ilə və İslamiyyətin şərəfi ilə bəslənən Peyğəmbərimiz (s.ə.v)-in ev xalqı, ƏLBƏTTƏ AXIR ZAMANDA İSLAM DİNİNİN, QURANİ-KƏRİMİN VƏ HZ. MƏHƏMMƏDİN SÜNNƏSİNİN CANLANDIRILMASIYLA, ELANI İLƏ, HÖKMLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ İLƏ BAŞ KOMANDİRLƏRİ OLAN BÖYÜK MEHDİNİN QÜSURSUZ ƏDALƏTİNƏ VƏ HAQQA UYĞUNLUĞUNU DÜNYAYA GÖSTƏRMƏK ÇOX MƏQBUL OLMAQLA BƏRABƏR ÇOX LAZIMLI, GƏRƏKLİ VƏ İCTİMAİ HƏYATDAKI PRİNSİPLƏRİN GƏRƏYİDİR . (Şüalar, 510)
1. ƏLBƏTTƏ AXIRZAMANDA İSLAM DİNİNİN, QURANI KƏRİMİN VƏ HZ. MƏHƏMMƏDİN SÜNNƏSİNİN CANLANDIRILMASIYLA , BAŞ KOMANDİRLƏRİ OLAN BÖYÜK MEHDİNİN ….. (Şüalar, 510)
“Allahın köməyi və zəfər gəldiyi zaman; İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir! ” (Nəsr Surəsi, 1-3)
Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik. Belə ki, Allah, sənin keçmiş və gələcək (hər) günahını bağışlasın, üzərindəki nemətini tamamlasın və səni düz yola yönəltsin. Allah, sənə “üstün və şərəfli” bir zəfərlə kömək etsin. (Fəth Surəsi, 1-3)
İbn Şirin Hz.Əli (r.ə)-dan rəvayət edir ki; HZ. MEHDİ (ƏS)-IN BAYRAĞI ÜZƏRİNDƏ “BEYƏT ALLAH (C.C)-DİR” YAZILIB. (Meriy ibn Yusif ibn Əbi Bəkir ibn Əhməd ibn Yusif əl-Makdisi “Fəraidu Fəvaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar)
Hz. Huzeyfə (r.ə)-dan edilən rəvayətə görə: “İnsanlar Rüknün (inanılacaq şeyi dillə təsdiq edərək) yanında Hz. Mehdi (ə.s)-a beyət edəcəklər. ALLAH (C.C) ONUN ƏLİ İLƏ DİNİ GÜCLƏNDİRƏCƏK , ONA FƏTHLƏR EHSAN EDƏCƏK və yer üzündə “La ilahə illəllah” (c.c) deməyən kimsə qalmayacaqdır.” (Meriy ibn Yusif ibn Əbi Bəkir ibn Əhməd ibn Yusif əl-Makdisi “Fəraidu Fəvaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar)
Uzaq yerlərdə olan tələbələri Hz. Mehdi (ə.s)-a beyət edəcək. Zülmü və zalımları fikirlə təsirsiz hala gətirəcək, ölkələr düzələcək, Allah-Təala Mehdi (ə.s)-a İstanbulu (mənən) fəth etdirəcəkdir. (“Ukayli” Ən-Nəcmus-sakıb fi Bəyanı Ənnəl Mehdi ibn Övladı Əli ibn Əbi Talib Alət-Mövzum vəl kamal)
“… HZ. MEHDİ (Ə.S) VƏ TƏLƏBƏLƏRİ … (ROMANI) TƏSBİH VƏ TƏKBİRLƏ FƏTH EDƏCƏKLƏR, … O ŞƏHƏRİN (VATİKANIN) DİVARLARI BİR-BİR YIXILACAQ …” (Məhəmməd ibn Rəsul Əl Hüseyn Əl Bərzənci, Qiyamət Əlamətləri, səh. 204)
Əbu Basir belə deyir: İmam Cəfər Sadiq (ə.s)-a “Ey Rəsulullahın övladı! Sizin Əhli-Beytin Qaimi kimdir? ” deyə soruşduğumda belə cavab verdi: … Hz. Mehdi (ə.s) dünyanı fəth edəcəkdir, İsa ibn Məryəm (ə.s) nazil olaraq onun arxasında namaz qılacaq. O zaman yer üzü Allahın nuruyla işıqlanacaq, Allahdan başqasına ibadət edilən hər yer, Allaha ibadət edilən yerlər halına gələcək, müşriklərin xoşuna gəlməsə də, din o gün yalnız Alahın dini olacaq. “(Biharul Ənvar, 51-ci cild, səh. 146)
Rəsullah (s.ə.v) belə buyurmuşdur: “ƏHLİ BEYTİMDƏN BİR ADAM (HZ. MEHDİ (Ə.S)) (DÜNYAYA) SAHİB OLANA QƏDƏR QİYAMƏT QOPMAZ . O (HZ. MEHDİ (Ə.S)), İSTANBULU VƏ CƏBƏLİ (dağ-İstanbulun 7 təpəsini ) (MƏNƏN) FƏTH EDƏCƏK . ” (Meriy ibn Yusif ibn Əbi Bəkir ibn Əhməd ibn Yusif əl-Makdisi “Fəraidu Fəvaidil Fikir Fil İmam əl-Mehdi əl-Muntazar Ukayli” Ən-Nəcmus-sakib fi Bəyanı Ənnəl Mehdi ibn Övladı Əli ibn Əbi Talib Alət-Mövzum vəl kamal.)
Hz. Peyğəmbər (s.ə.v) hz. Əli (ə.s)-a belə buyurdu: “İLKLƏRİ SƏN VƏ SONLARI İSƏ ALLAHIN BÜTÜN DÜNYANI FƏTH ETMƏYİ NƏSİB EDƏCƏYİ ŞƏXS HZ. MEHDİ (Ə.S)-DIR. “(Biharul Ənvar, 52-ci cild, səh. 378)
HZ. MEHDİ (Ə.S) DÜNYANIN ŞƏRQ VƏ QƏRBİNİ FƏTH EDİB İSLAMI ( İSLAM ƏXLAQINI ) DÜNYANIN DÖRD BİR TƏRƏFİNƏ HAKİM EDƏCƏKDİR… Allah Təala insanlara elə bir güc verəcək ki, hər kəs olduğu yerdə onun sözlərini eşidəcək və HZ. MEHDİ (Ə.S) İSLAMA HƏYAT VERƏCƏKDİR … (Biharul-Ənvar, 52-ci cild, səh. 279 və 53-cü cild, səh. 12 İkmalud-Din, 2-ci cild, səh. 367)
“Tələsənlər həlak olar, zühur “(Hz. Mehdi (ə.s)-ın zühuru) yaxındır” deyənlər xilas olar, qalanın hasarları kimi yerdə sabitdir, KƏDƏRDƏN SONRA MÜDHİŞ BİR QƏLƏBƏ GƏLƏCƏKDİR.” (Şeyx Məhəmməd ibn İbrahim Numani, Qeybəti Numanı səh. 229)
2.
BAŞ KOMANDİRLƏRİ OLAN BÖYÜK MEHDİNİN QÜSURSUZ ƏDALƏTİNİ VƏ HAQQA UYĞUNLUĞUNU DÜNYAYA GÖSTƏRMƏK ÇOX MƏQBUL OLMAQLA BƏRABƏR ÇOX LAZIMLI, GƏRƏKLİ VƏ İCTİMAİ HƏYATDAKI PRİNSİPLƏRİN GƏRƏYİDİR. (Şüalar, 510)
Qiyamətin qopması üçün zamanda yalnız bir gündən başqa vaxt qalmamış olsa da, Allah mənim Əhli-Beytimdən bir şəxsi göndərəcək, yer üzü zülmlə dolduğu kimi O YER ÜZÜNÜ ƏDALƏTLƏ DOLDURACAQ . (Sünəni Əbu Davud, 5/92)
Hz. Mehdi məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi, ONU DÜZGÜNLÜK VƏ ƏDALƏTLƏ DOLDURACAQ. (Sünəni Əbu Davud, 5/93)
YER ÜZÜ ZÜLM VƏ İŞGƏNCƏ YERİNƏ ƏDALƏTLƏ DOLACAQ . (HZ. MEHDİ) HƏR ŞEYİ HAQQ VƏ ƏDALƏT ÖLÇÜLƏRİYLƏ BƏRABƏR BİR HALDA PAYLAYACAQ . Beləcə yer və göy sakinləri ondan razı olduqları kimi havadakı quşlar, meşədəki yırtıcı heyvanlar, dənizdəki balıqlar belə məmnunluq hiss edəcəklər. (İmam Suyuti, Qiyamət Əlamətləri, Ölüm və Diriliş, səh. 1699, səh. 175)
Hişam ibn Salim deyir ki, İmam Cəfəri Sadiq əleyhissalam belə buyurdu: “Hz. Mehdinin zühuruna qədər xalqın hər sinfi xalqa hökm irəli sürəcək və artıq heç kim “Əgər biz hökumət qursaydıq, ədaləti tətbiq edərdik ” -deyə bilməyəcək. DAHA SONRA QAİM (HZ. MEHDİ ) ƏLEYHİSSALAM HAQQ VƏ ƏDALƏT İLƏ QİYAM EDƏCƏK . “(Şeyx Məhəmməd ibn İbrahimi-Numani, Qeybəti-Numani səh. 322)
İshaq ibn Qalibdən: “İmam Cəfəri Sadiq əleyhissalam Hz. Mehdinin hal və xüsusiyyətlərini izah edən bir xütbəsində belə buyurdu: GENİŞ NURU VƏ ŞƏFASI İLƏ AÇIQ, HAQQ VƏ AŞKAR BƏYANLA ƏDALƏTİ TƏTBİQ EDƏR .” (Şeyx Məhəmməd ibn İbrahimi-Numani, Qeybəti-Numani səh. 267)
Dünya həyatının bir günü qalsa, Allah Təala o günü uzadar, mənim Əhli-Beytimdən bir şəxs göndərər. Onun adı mənim adım kimidir. Atasının adı atamın adı kimidir. ZÜLM VƏ PİSLİKLƏ DOLMUŞ DÜNYANI ƏDALƏT VƏ DÜRÜSTLÜKLƏ DOLDURACAQ. (Böyük Fitnə Məsih Dəccal, Saim Güngör, Pamuk Nəşrləri, səh. 80) (Əbu Davud və Tirmizi / Böyük Hədis Külliyyatı, Rudani, 5-ci cild, səh. 365)
HZ. MEHDİ (Ə.S.)-IN ƏDALƏTİ ELƏ OLACAQ Kİ, HEÇ KİMƏ , HEÇ BİR ŞEYDƏ ƏSLA HAQSIZLIQ EDİLMƏYƏCƏK DİR. (Kafi, 4-cü cild , səh. 427)