Header

Hörmətli Adnan Oktarın yeni izahları (19 mart 2013)

Aa4a

HÖRMƏTLİ ADNAN OKTARIN AYƏ İZAHLARI

Zəriyət surəsi, 39-cu ayə

“O, öz camaatı ilə birlikdə üz çevirib: “Bu sehrbazdır, ya da dəlidir!”- dedi”.

Şeytandan Allaha sığınıram. O dövrün mehdisi olan hz. Musa (ə.s)-a “Bu sehrbazdır, ya da dəlidir!” –deyirdilər. “Biz (Fironu) və əsgərlərini yaxalayıb dənizə atdıq. O, qınanmağa layiq idi”. Dəccalların arxasında həmişə ordu olar. Baxırıq ki, türk ordusunun xaricində, dünya ordularının böyük bir hissəsi zalım, qəddar və mərhəmətsizdirlər. Bax, Suriyada müsəlmanları məhv edənlər Suriya ordusudur. Rusiyada daha əvvəl qırğın törədən elə Rus ordusu idi. Çində də Çin ordusu idi. Allah dəccal üçün deyir ki; “O, öz camaatı ilə birlikdə üz çevirib” o dövrün mehdisi hz. Musa (ə.s)-a da: ““Bu sehrbazdır, ya da dəlidir!”- dedi”. Mehdilərə həmişə dəli böhtanı atılar. “Biz (Fironu) və əsgərlərini yaxalayıb dənizə atdıq”. Allah dəccaliyəti yox edərkən, dəccalın ordularını da yox edir. Dəccalın ordusu yıxılmayınca dəccal da yıxılmış olmaz. Allah onun üçün ordularını içdən yıxıb, məhv edir. Dəccal orduları müsəlmanlardan nifrət edər. Özlərini böyük görərlər və çox mərhəmətsiz və sadistdirlər. Dəccal orduları Allaha düşməndir. Dəccal orduları Rəsulullah (s.ə.v)-i heç sevməzlər. Dəccal ordularına qarşı məğlub olmamaları üçün, müsəlmanların yaxşı olması üçün, müsəlmanların bir-birlərinə köməkçi olması, qardaş olması çox əhəmiyyətlidir, inşaAllah.

Maidə surəsi, 71-ci ayə

“Onlar müsibət gəlməyəcəyini güman etdilər, beləliklə də kor və kar oldular. Sonra Allah onların tövbələrini qəbul etdi. Daha sonra isə onlardan bir çoxu yenə kor və kar oldular. Allah onların nə etdiklərini görür”.

“Onlar fitnə olmayacağını güman etdilər, beləliklə də kor və kar oldular”. Şeytandan Allaha sığınaram. “Sonra Allah tövbələrini qəbul etdi, Daha sonra isə onlardan bir çoxu yenə kor və kar oldular. Allah onların nə etdiklərini görür”. Kor olmaq, kar olmaq çox qorxunc bir şeydir. Bir şeyi anlamazlıqdan gəlmək, haqq olan bir şeyi anlamazlıqdan gəlmək çox qorxuncdur. Mütləq diqqətli şəkildə Allahın hökmünü anlayıb yerinə yetirmək lazımdır. Allahın hökmü onsuz da asandır, çətin də olsa edərik, amma asandır. Nə gözəl fərahlıq bir dindir.

Muminun surəsi, 52-53-cü ayələr

Şeytandan Allaha sığınıram. “Həqiqətən, sizin ümmətiniz tək bir ümmətdir. Mən də sizin Rəbbinizəm. Elə isə Məndən qorxun. Lakin onlar öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə öz təriqətinə sevinir”.

Allah: “Həqiqətən, sizin ümmətiniz tək bir ümmətdir”. deyir. Parça-parça, məzhəblərə, camaatlara ayrılmaq deyil. Allah: “tək ümmətdir” -deyir. “Lakin onlar öz dinini aralarında parçalayıb firqələrə bölündülər”. Parçalanmaq olmaz. Müsəlmanlar bir olmalıdır. Bölünmək haramdır.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313