Header

Hörmətli Adnan Oktarın yeni izahları (4 aprel 2013)

Aa4a

HÖRMƏTLİ ADNAN OKTARIN TÖVBƏ SURƏSİNDƏN AYƏ İZAHLARI

Tövbə surəsi, 100-cü ayə

“Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur”.
Möminlər bir-birlərinə qarşı o qədər sevgi dolu olarlar ki, diqqət edin, Şeytandan Allaha sığınıram. “Dində hamını ötüb ke­çən ilk mü­hacirlərə…”-deyir Allah. Hicrət etmişlərin aralarında keçmiş yəhudi olan müsəlmanlar var, xristian olan müsəlmanlar var, iranlı olanlar var, müsəlman olmuş keçmiş məcusilər (atəşpərəstlər) var. Onlar hicrət edərlər. “Və ənsarlara…” Yəni, hicrət edənləri qəbul edən müsəlmanlar, kömək edənlər, evinə çağıran, qardaş olan, bölüşənlər. “həmçinin yaxşı işlər görməkdə onların ardınca gözəlliklə gedənlərə gəlincə”. Allah nə deyir? “gözəlliklə”-deyir. Həmişə Allahın istədiyi budur, həmişə gözəlliklə itaət etməyi istəyir. “Allah onlardan razıdır”. Sevgi və gözəllikdir. Diqqət edin, iki mövzu var. Allah bunun nəticəsində razı qalır. Allahı sevməli, Allahın sevdiyini sevməlisən. “… onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır”. Cənnət hal-hazırda hazırdır. Yəni yenidən yaradılmır, artıq hazırdır. “Bu, böyük uğurdur”. Yəni “Əsl bununla xilas olarsız, xoşbəxt olarsız”-deyir Allah.

Tövbə surəsi, 107-ci ayə

“Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik” – deyə and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar”.

“Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə”-diqqət edin bu ayə PKK-nı çox yaxşı izah edir. Oranı bombalasın, buranı yıxsın, şəhid etsin. “Küfr etmək”. Yəni, darvinist-materialist təhsillə, Allahı inkar edərək bunu yaxşıca gücləndirməkdir. “Möminlərin arasına təfriqə salmaq məqsədilə”-yəni möminlərin arasını vurmaq, məsələn, Laziztan, Çərkəzistan, Kürdüstan, Türkistan, Türkiyəni parçalamaq. “… əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün”. Allaha və elçisinə qarşı döyüşən nədir? PKK-dır. Müşahidə edir, onları gözləyir. Onların hücuma keçməsini gözləyir. “… məscid tikənlər” həqiqətən baxırsan, ayrı bir məscid tikir. Məsələn, PKK məscidi ayrıdır. “… məscid tikənlər”. Məsələn, “PKK-lılar gəlsin burada namaz qılsınlar”-deyirlər. “… əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik” – deyə and içəcəklər”. Necə ki, “biz Türkiyənin sağlamlığını, salamatlığını, demokratiyasını istəyirik. Başqa bir şey istəmirik” deyirlər. Bir də and içərlər. Məsələn, “yalnız sülh üçün gəldik biz. Döyüş istəyənlər var, biz isə barış istəyirik. Biz buna görə gəldik” deyirlər. Əlində ağır texnikalı tüfənglə, barış istəyirəm deyirlər, amma on minlərlə aslanımızı, əsgərimizi şəhid edirlər. “Allah şahiddir ki, onlar yalançıdırlar” –deyir Allah.

Tövbə surəsi, 108-ci ayə

“Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada təmizlənməyi sevən adamlar vardır. Allah da təmizlənənləri sevir”.

“Heç vaxt orada namaz qılma”. Yəni belə bir cəmiyyətin içində olma. “İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir”. Nədir buradakı məscid? İslam Birliyi məscididir. Bütün müsəlmanların yığıldığı məsciddir. “Orada təmizlənməyi sevən”, yəni əskik və səhv cəhətlərini düzəltmək istəyən “adamlar vardır”. “Allah da təmizlənənləri sevir”. “Yəni səhvdən xilas olanı sevər” deyir Allah.

Tövbə surəsi, 109-cu ayə

“Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır, yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs? Allah zalım qövmü doğru yola yönəltməz”.

“Binasını Allah qorxusu və (Onun) rizası üzərində quran kəs daha yaxşıdır”. Nə üçün qurulmalı imiş? Allah qorxusu və Allahın razılığı, məmnuniyyəti üçün qurulmalıdır. Əgər bir sistem düşünürsənsə, bir yaxşılıq etmək istəyirsənsə onun mənşəyində mütləq Allah qorxusu və Allahın razılığı olmalıdır. “Yoxsa binasını dağılmaqda olan uçurumun lap kənarında quran və onunla birlikdə Cəhənnəm oduna yuvarlanan kəs?” Yəni əgər “binasını dağılmaqda olan uçurumun lap kənarında quran”-yəni sistemi deyir, “özünüz də yuvarlanıb, cəhənnəmin dibinə gedərsiniz” deyir Allah. “Allah zalım qövmü doğru yola yönəltməz”. Zülm olan yerdə hidayət olmaz.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313