Header

Hörmətli Adnan Oktarın yeni izahları (9 aprel 2013)

Aa4a

HÖRMƏTLİ ADNAN OKTARIN AYƏ İZAHLARI

Muminun surəsi, 8-ci ayə

“O (mömin) kəslər ki, əmanətlərini və vədlərini qoruyurlar”. Yəni əhdə, sözə riayət edərlər. Biz kimə söz verdik? Qurana itaət edəcəyimizə dair Allaha söz verdik. Əhd budur.

Muminun surəsi, 10-cu ayə

“Məhz onlardır (yer üzünün hakimiyyətinə və axirət nemətlərinə) varis olanlarınız”.
Məhz onlardır (yer üzünün hakimiyyətinə)…”-
yəni İslam Birliyinə. Ayəyə diqqət edin. “Məhz onlardır (yer üzünün hakimiyyətinə və axirət nemətlərinə) varis olanlarınız”-deyilir. Yəni, “bunu etsəniz dünya hakimi olarsınız”–deyir Allah.

Həcc surəsi, 73-cü ayə

“Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir ağcaqanad belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər ağcaqanad onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də!”

“Başqa ibadət etdikləriniz bir ağcaqanad belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə”–yəni həqiqətən bir ağcaqanad belə yarada bilməzlər. Bu, təkamülçülərə cavabdır, elə deyil? “Bir ağcaqanad belə yarada bilməzsiniz”–deyir Allah. Yəni, “ağcaqanadın qanadını belə yarada bilməzsiniz”-deyir Allah. Yarada bilməzlər. “Əgər ağcaqanad onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər”. Yəni “Bu qədər acizdirlər”-deyir Allah. “İstəyən də aciz qalar, istənilən də!” “Gücsüzsünüz, Mən elə yaratdım”-deyir Allah. “Bir ağcaqanadı da yarada bilməzsiniz, düzəldə bilməzsiniz”-deyir Allah.

Həcc surəsi, 74-cü ayə

“Onlar Allahı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!”
“Onlar, Allahı lazımınca qiymətləndirmədilər”.
Allahın sənətini, molekulyar nizamında, atomlarda, insanların quruluşunda, xarici aləmdə Allahın qədrini, sənətini, məlumatını, gücünü- “lazımınca qiymətləndirmədilər” -deyir Allah. “Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir!”

Həcc surəsi, 75-ci ayə

“Allah mələklərdən də elçilər seçir, insanlardan da. Həqiqətən, Allah Eşidəndir, Görəndir!”

Elçi nədir? İnsanlardan seçilən mehdilər və peyğəmbərlər.

Həcc surəsi, 78-ci ayə

“Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!”

“Allah yolunda lazımınca cihad edin”.-yəni cəhd (səy) göstərin. Kimə deyir bunu? Bütün dünya müsəlmanlarına deyir Allah. Hamısına. Diqqət edin topluca, cəm halda əmr var. “Allah yolunda lazımınca cihad edin” -yəni cəhd göstərin. “O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı”. “Asan dindir İslam dini” -deyir Allah. “İbrahimin dinində olduğu kimi”. Yəni “Hz. İbrahimin dini kimi asandır” -deyir Allah. Mehdiyyətin xüsusiyyəti məhz budur. Dini çətin göstərənləri elmlə, mədəniyyətlə təsirsizləşdirib, dinin asan olduğunu göstərməkdir. Mehdiyyətin vəzifəsi budur. Eyni zamanda yəni bir vəzifəsi də budur. “Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman adlandırdı”. “Adınız Müsəlmandır” –deyir Allah. “Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın”. Yəni kitaba sarılın. “O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!” Burada nə izah edilir? Müsəlmanlar topluca Allah üçün mübarizə aparmalıdır. “Quranın bütün hökmlərinə riayət edin, bir yerdə olun (bir yerə yığılın)”-deyir Allah. Bunun xaricində həlak var.

Maidə surəsi, 13-cü ayə

“İsrail oğulları verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik. Onlar Kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər. Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir”.

“İsrail oğulları verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik”-deyir Allah. Diqqət edin, “Qurana itaət etmədikdə lənətlədik”–deyir Allah. Deyirlər ki, “Allah Yəhudiləri lənətlədi”. Qardaşım, sən Qurana itaət etmədikdə gör nə deyir Allah: “İsrail oğulları verdikləri əhdi pozduqlarına görə Biz onları lənətlədik və qəlblərini sərtləşdirdik”. Yəni, daşürəkli edir. Daş kimi. Kommunistlərdə, faşistlərdə bunu görürük. Vəhşi kapitalizmdə də bunu görürük. Daş kimi, sevgisiz ürəkləri var. “… qəlblərini sərtləşdirdik” –dədikdə adamlar zənn edir ki, hərhalda ürəkləri daşa döndü. Amma Allah burada sevgisizliyin qorxuncluğunu izah edir. “Onlar Kitabda olan kəlmələrin yerlərini dəyişdirirlər”. Hətta Risaləi Nuru dəyişdirirlər. Quranı deyil, Risaləi Nuru da dəyişdirirlər.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313