İçeriğe geç

Hörmətli Adnan Oktarın yeni izahları (10 aprel 2013)

HÖRMƏTLİ ADNAN OKTARIN MUMİNUN SURƏSİNDƏN AYƏ İZAHLARI

 

 

Muminun surəsi, 106-cı ayə

 

“Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bədbəxtliyimiz bizə üstün gəldi və biz doğru yoldan azan bir camaat olduq””.

Bədbəxt olan insanların ağlına zərər gələr. Qəmgin insanların iman qarşı qəlbləri bağlı olar. Ona görə bəzi tiplər də həmişə müsəlmanların ağlamağını istəyir. Deyirlər: “Ağlayın, çox ağlayın”. Küfr əhli bədbəxt olar, bədbəxtliyi imansızlığına vəsilə olar, imansızlığı da bədbəxtliyinə vəsilə olar. Yəni bir-birinə kilidlənmiş bir sistem vardır. Ona görə Allah, onlar üçün belə deyir: “Az gülsünlər, çox ağlasınlar”. Bəzi müsəlman qardaşlarımız müsəlman qardaşlarımıza nə deyir? “Əsla gülməyin, çox ağlayın”. Ayə nə deyir? “Az gülsünlər, çox ağlasınlar”. Allah küfrün xüsusiyyəti kimi bunu bildirir. “Müsəlmanı niyə ağladırsan, niyə bədbəxtliyə çəkirsən? Müsəlman xoşbəxt olsun, şən olsun, sevincli olsun”. Allah müsəlmanların xoşbəxt olmağını istəyir. “Üzlərində iman sevinci, iman parıltısı vardır”.-deyir ayədə. “Nemətin parıltılı sevincini görərsən”-deyir cənnətdə. Allah sevinci bəyənir.

 

Muminun surəsi, 112-113-cü ayələr

 

“Allah kafirlərdən: “Yer üzündə neçə il qaldınız?”– deyə soruşacaq. Onlar: “Bir gün yaxud bir gündən də az qaldıq. Sən (günləri) sayanlardan soruş”– deyəcəklər”. Yəni yuxuda olma müddəti qədər. “Bir gün”-yəni, “ən çox 24 saatdır” -deyir. Yəni yatıb oyandığını zənn edir. Səmimi qənaətini bildirir. Minlərlə il keçir, yüzlərlə il keçir, dərk edə bilmir.

 

 

Muminun surəsi, 115-ci ayə

 

“Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz (heç vaxt) Bizə qaytarılmayacaqsınız?”

Necə ki, “Allah var amma din yoxdur” deyirlər. Yəni “Dünya boş məqsəd üçün yaradıldı”-deyirlər. Allah, “Siz belə hesab edirdiniz…?” deyir, “Boş məqsəddir?” -deyir.

 

 

Muminun surəsi, 117-ci ayə

 

“Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir tanrıya ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!”

“Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir tanrıya ibadət edərsə…” -yəni darvinizmə, materializmə inansa- “onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!” –deyir Allah. Dünya darvinist, materialist kimi qurtuluşa çata bildi mi? Çata bilmədi. Həlak oldular. Bütün Avropa batdı, hər yer batdı. İslam aləmi məhv oldu darvinizmdən.

 

Muminun surəsi, 118-ci ayə

 

“De: “Ey Rəbbim, bağışla və rəhm et! Sən rəhm edənlərin ən yaxşısısan!””

Müsəlmanın dualarından biridir bu dua. Allaha deyilir. Nə gözəl duadır.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz