Header

Hörmətli Adnan Oktarın yeni izahları (24 aprel 2013)

Aa4a

MƏLƏKLƏR MÖMİNLƏRİ ÇOX SEVƏR, ONLARA DUA EDƏRLƏR

MƏLƏKLƏR MÖMİNLƏRİ ÇOX SEVƏRLƏR. ONLARA CƏNNƏTİ MÜJDƏLƏYƏRLƏR. MƏSƏLƏN, SƏSLƏNƏRLƏR, DEYƏRLƏR, LAKIN BAŞQA ÖLÇÜDƏ OLDUQLARI ÜÇÜN MÜSƏLMAN ONLARI EŞİTMƏZ. “ALLAH SIZƏ CƏNNƏT VERSIN, ALLAH SIZDƏN RAZI OLSUN” -DEYƏRLƏR. ÇOX XOŞLARINA GƏLƏR. AMMA SANKI BIR ŞÜŞƏ ARXASINDAN DEMIŞ KIMI OLURLAR. ÜÇÜNCÜ ÖLÇÜDƏ OLDUQLARI ÜÇÜN İKİNCİ ÖLÇÜNÜ FƏRQLİ RUH İÇƏRİSİNDƏ, FƏRQLİ ÖLÇÜ İÇƏRİSİNDƏ QİYMƏTLƏNDİRƏ BİLİRLƏR. GÖRÜR AMMA ONUNLA ƏLAQƏ QURA BİLMİRSƏN. YƏNİ ONLAR BİZİ GÖRÜR AMMA BİZ ONLARI GÖRƏ BİLMİRİK. ONLAR BİZİ EŞİDİR AMMA BİZ, ONLARI EŞİDƏ BİLMİRİK. BİZİM İKİNCİ ÖLÇÜMÜZ BUNA UYĞUN DEYİL. ƏGƏR ÜÇÜNCÜ ÖLÇÜDƏ OLSAYDIQ DƏRHAL GÖRƏRDİK. AMMA İKİNCİ ÖLÇÜDƏ OLDUĞUMUZ ÜÇÜN HEÇ BİRİNİ GÖRƏ BİLMİRİK. ONLAR BİZİ ÜÇÜNCÜ ÖLÇÜDƏ ÇOX RAHAT GÖRÜRLƏR.

HÖRMƏTLİ ADNAN OKTARIN HƏDİS İZAHLARI

“İmam Mehdi, üfüqdə doğan bir Günəş kimi nuruyla bütün aləmi işıqlandırar. İmam Mehdi, parıldayan bütöv aydır, parlaq bir çıraq, işıq saçan bir nur, zülmət qaranlıqlarda yol göstərən bir ulduzdur”.

Deməli televiziyalardan hər yerdə görünəcək və hər kəsi işıqlandıracaq. Günəşdən, işıqdan bəhs etmək budur. Nur, işıqlandırma. Fikirlə, düşüncə ilə insanları işıqlandıracaq. Günəş doğulduqda nə olar? Bütün evlərə doğular (işıq saçar). Hər yerə doğular. Hz. Mehdi (ə.s) da deməli, televiziyalardan, radiolardan və ya internetdən hər evə hər yerə doğulacaq (işıq saçacaq), fikirləriylə, düşüncələriylə ətrafı zülmətlərdən nura çevirəcək, inşaAllah.

Mehdi (ə.s) məhz, zülmət qaranlıqlar içində, Axırzamanın, Darvinizmin, materializmin, Stalinizmin, kommunizmin qorxuncluğu içərisində, vəhşi kapitalizmin, faşist ruhun qorxuncluğu içərisində işıq kimi parlayacaq. Radiolardan, televiziyalardan, hər yerdən parlayacaq və bu, işıq kimi qaranlığı işıqlandıracaq. Fikriylə, düşüncələriylə, üslubuyla bu zəhəri məhv edəcək. Bu mənanı verir.

“İmam Mehdi, susamışlar üçün şirin su, doğru yolu göstərən rəhbər, həlak olmaqdan xilas edən qurtarıcıdır. İmam Mehdi, yollarını itirənlərin doğru yolu tapması üçün yüksək bir yerdə yandırılan bələdçi atəşidir. Dondurucu soyuğa tutulanlar üçün bir istilikdir. Təhlükəli keçidlərdə etibarlı bələdçidir. Ondan (İmam Mehdidən) ayrılan mütləq həlak olar”.

“Su da deyil, şirin su” -deyilir. “Həlak olmaqdan” –yəni, Darvinizm, materializm bataqlığına düşməkdən, ateizm bataqlığına düşməkdən insanları qurtaran gözəl bir varlıqdır hz. Mehdi (ə.s), inşaAllah.

“Bələdçi atəşi” –yəni bir şam. Deməli yüksək bir yerdə olacaq.

Ürəyi donmuş insanlara isti sevgini, Allah sevgisini, məhəbbəti öyrədəcək mənasındadır. Çox gözəl. Peyğəmbərimiz (s.ə.v), hz. Mehdi (ə.s)-ı nə qədər hikmətli, nə qədər gözəl izah etmişdir.

Deməli çevrilişlərin (inqilabların) olduğu dövrlərdə, çətin dövrlərdə, sıxıntılı hücum dövrlərində, keçid dövrlərində, o, etibarlı bir bələdçi olar, maşaAllah.

“Ayrılan həlak olar”. Çünki o insanın qiymətini bilmirsə dinin də qiymətini bilməz, gözəlliyin, sevginin də qiymətini bilməz. “Ağlı, beyni gedər”-deyir Peyğəmbərimiz (s.ə.v). Hz. Mehdi (ə.s)-ı görüb və tabe olmamaq nə böyük fəlakətdir. Allah göstərməsin.

“İmam Mehdi, yağış yağdıran bir buluddur. Çiskinləyən yağışdır. İşıq saçan Günəşdir. İtigöz, budaqları çox olan bağça, gülüstandır. İmam Mehdi, istiqanlı yoldaş və dostdur, şəfqətli ata, doğma qardaş, fəlakətlərin dörd tərəfdən hücum etdiyi zamanlarda Allahın qullarının sığınacağıdır”.

Bulud var, hazır imkan var amma yağış yağmır. Hz. Mehdi (ə.s.) katalizator vəzifəsini yerinə yetirər. Məsələn, İslam Birliyi üçün Türkiyə uyğundur, dünya uyğundur amma bir katalizatora ehtiyac olar. Katalizator vəzifəsini hz. Mehdi (ə.s.) yerinə yetirəcək. O yağış yağdırar, yağışa vəsilə olar. Buludlar yağış yüklüdür. İslam aləmi də elədir, məsələn dolu-doludur, hər kəs hazırdır, amma yağış yağmır, buludda gözləyir. Yağış yağdırmağa Allah hz. Mehdi (ə.s)-ı vəzifələndirir, vəsilə edir.

“Çiskinləyən yağışdır”. Yavaş-yavaş bütün günü, davamlı insanları öyrədər. Necə? Radiolardan, televiziyalardan, internetdən, kitablarıyla insanları həmişə öyrədər.

“İtigöz” -deməli hz. Mehdi (ə.s)-ın diqqətindən bir şey qaçmayacaq. Çox diqqətlidir. İslam əleyhinə bir şey olduqda, anında tutacaq. Anında fərq edəcək. Mübarəyin öz gözlərinin də iti olduğuna işarədir bu. İki mənadadır. Hikmətli, gözəl deyib Peyğəmbərimiz (s.ə.v). Yəni mənası açıqdır, amma sözbəsöz ayrıca şərh edilə bilər əlbəttə.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313