İçeriğe geç

Hörmətli Adnan Oktarın yeni izahları (21 aprel 2013)

MƏLƏKLƏR İMANI, QURANI SÖHBƏTLƏRƏ QİBTƏ EDƏR, ÇOX XOŞLARINA GƏLƏR

 

Ev söhbətləri çox gözəldir. Allah mələklərlə söhbət etdirir onları, maşaAllah. Mələklər qibtə edər, çox xoşlarına gələr belə imanı, Quranı söhbətlər. Ən sevdikləri şeylərdən biri də odur. Allah mələklər üçün, “Hamısı səcdə halındadır” deyir, sıra sıra, səf-səf. Bir qismi qiyam halında, amma sonsuza qədər elə dayanır. MaşaAllah. Heç yorulmur davamlı qiyamda. Bir qismi davamlı səcdədə. Milyonlarla il elə dayanır. Amma əcaib zövq alır, Allah onu o şəkildə yaratmışdır. Yəni, məsələn cənnət bağçası kimi zövq verir ona. Kimisi, məsələn rükuda. Elə rükuda sonsuza qədər dayanır mələklər.

 

 

MƏLƏKLƏR ALLAH ADINA CİDDİ SƏY GÖSTƏRİLƏN YERLƏRƏ YIĞIŞARLAR

 

Mələklər yer üzüylə cəhd, yəni Allah adına mübarizədə həmişə əlaqədədir. Yəni mələklərin ən çox diqqət etdiyi mövzu odur. Mələk boş işlə məşğul olmaz. Boş adamlarla da məşğul olmaz. Maraqlanmaz yəni. Təbliğ edilən, söhbət edilən yerlər, Allah adına ciddi səy göstərilən yerlər, oralara yığışar mələklər. Amma bunu əlbəttə axirətdə görəcəksiniz. Dünyada görsəniz ağılın ixtiyari qalxar, onsuz da hər kəs inanar elə bir mühitdə.

 

ƏN BÖYÜK MƏLƏKLƏR MEHDİ (Ə.S)-I ÖMÜR BOYU BURAXMAZLAR, HƏMİŞƏ YANINDADIRLAR

 

Məsələn, mələklər Mehdi ilə çox əlaqəlidirlər. Ən böyük mələklər Cəbrail, Mikail davamlı yanındadır, heç buraxmırlar Mehdi (ə.s)-ı. Mehdi (ə.s)-ın heç xəbəri belə olmaz. Sağında, solunda heç buraxmırlar Cəbrail, Mikail. Ömrü boyunca buraxmazlar Mehdi (ə.s)-ı. Təkcə canı alınarkən ortaya çıxırlar. Cəbrail, Mikail, o biri mələklər də bağrına basar, alarlar. Çünki coşğu ilə aparacaqlar, məhəbbətlə.

 

MƏLƏKLƏRİ ANCAQ AXİRƏTDƏ GÖRƏ BİLƏRİK

 

Mələklər bir dəfə görünmüş olsalar onsuz ya o şəxsin ölməsi lazımdır ondan sonra, ya imtahanı bitmiş olur. “Bir dəfə görüm” -deyir. Tamam görərsən, amma ölərsən ondan sonra. Yəni imtahanın qalxar. Axirətdə amma hamısını görərsən. Məsələn söhbətdə, mələk necə yaninizda durmuş; heyrət edəcəksiniz, təəccüblənəcəksiniz. Məsələn, harada durduqlarını, necə izləndiklərini, məmnun olduqlarını, nə qədər xoşbəxt olduqlarını. Allah çox bəyənir, çünki öz adına edildiyi üçün çox sevər Allah.

İNSANIN BU DÜNYADA HƏR ETDİYİ QEYD EDİLİR, AXİRƏTDƏ ÖZÜNƏ GÖSTƏRİLƏCƏK

 

Mələklər şeytani fəaliyyətlərlə maraqlanmazlar. Yaxşıca batmaları üçün onlarla şeytanlar maraqlanar. Yalnız onların vəziyyətini təsbit edən mələklər vardır. İnkar etməsin deyə əxlaqsızlıqları təsbit edərlər. Allah bunu bilər, mələyi vəsilə edər. Çünki deyildiyi kimi mələk, izah edər: “Bax, bunu etmişdin, onu etmişdin”-deyər. “Heyrət”-deyər çox təəcüblənər. “Heç bir şey əskik qalmamışdır, hamısını bilir”-deyər. Heyrətlənər. Onun əlinə kiçik kaset kimi bir şey verilər, bütün məlumatlar bunun içində olduğu deyilir. Orada onun hamısını görər. Bəlkə kristal kimi bir daşdır, yəni bütün məlumatların kodlaşdırlıdığı bir şeydir. Heyrətlər içində qalar. İbtidai məktəbdən etibarən ölənə kimi, nəfəs alıb verməyinə kimi hamısı içində kodlanmışdır. Beyində də kodlanıb, daşda da kodlanmışdır və yaxud buna bənzər bir şeydə kodlanıb.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz