İçeriğe geç

Hörmətli Adnan Oktarın yeni izahları (14 may 2013)

HÖRMƏTLİ ADNAN OKTARIN MƏSƏD SURƏSİNDƏN AYƏ İZAHLARI

 

Məsəd surəsi, 1-ci ayə

“Əbu Ləhəbin əlləri qurusun, qurudu da”.

Allah dəccaliyətin əllərini qurutdu. Fikirlə (elmlə) darvinizm və materializmin əlləri qurudu. O əlləri ilə insanlara iztirab verirdilər. Kommunizmlə-faşizmlə, darvinizmlə-materializmlə, həmişə ikilidir. İki əllərini də Allah qurutdu.

Məsəd surəsi, 2-ci ayə

“Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək”.

Vəhşi kapitalizm, imperializmdən bəhs olunur. Bütün dünyada məğlub oldular və məhv oldular. Hamısı əzab çəkirlər, intihar edirlər, əzab-əziyyət içində qıvrılırlar. Hər yeri narahatçılıq bürüdü. Terror və anarxiya müdhiş çoxalıb. Darvinist və materialist kimi öyrətdikləri insanlar, özlərinə, ölüm maşını olaraq geri dönürlər. Məsələn, “bu, İslam terrorudur” deyirlər. Baxıb görürük ki, adamlar İngiltərədə təhsil almış, Amerikada təhsil almış və Darvinist, materialist təhsil almışlar. Amerikada barlarda çəkilmiş şəkilləri var, diskolarda (klublarda) çəkilmiş şəkilləri var. Darvinist, materialist adamlardır. Sonra gedirlər oranı-buranı bombalayırlar, yandırıb-yıxırlar. Adını da, “İslam terroru” qoyurlar. Bu, İslam terroru deyil, Darvinin, materializmin terrorudur. Bunlar müsəlman deyil ki. Darvinist, materialistdirlər. Müsəlmanlıq ayrıdır. “Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək”. Amerikanın da, digər ölkələrin də, Avropanın da malları və qazandıqları özlərinə bir fayda verməyəcək. Ayənin əbcədi 2011-ci il tarixini verir. 2011-ci ildə nə baş verdi? İqtisadi böhran şiddətləndi.

 

Məsəd surəsi, 3-4-cü ayələr.

“O, alovlanan oda atılacaqdır. Onun odun şələsi daşıyan arvadı da”.

Bu ayə, Axırzamandakı bəzi bərəkətsiz evliliklərin ruhuna da xitab edir. Çünki əri onu cəhənnəmə sürükləyir yaxud, arvadı onu cəhənnəmə sürükləyir. Evlilik xeyr, bərəkət üçün edilər. Amma burada fitnə olur, başına bəla olur. Namaz qılan qadını dinsiz hala gətirir əri, yaxud tam tərsi olur, qadın ərini dinsiz hala gətirir.

 

Məsəd surəsi, 5-ci ayə

“Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır”.

Yəni bir-birlərinə heyvan kimi rəftar etdiklərinə Quran işarə edir. İp bağlayıb, bir-birini sürümək nədir? Heyvanlarda olar belə şey, elə deyil? Heyvan kimi bir-birlərini sürüdüklərinə Allah işarə edir. Həm dünyada həm cəhənnəmdə də bir-birilərinə heyvan kimi rəftar göstərərək sürüdüklərinə işarə edir. Həm də bir-birilərini də odun hambalı kimi istifadə etdiklərini, yəni bir-birilərinə qarşı davranışları da hamballıq vəzifəsi tərzindədir. Odun hambalı dedikdə-yəni çətin işləri ona etdirib, mənfəətlərini ona tənzimlətdirib, onu istismar edən bir quruluş içərisində olduqlarına da Quran işarə edir. Çünki zalım zehniyyətin qadını istifadə etdiyi kimi, məsələn, “evin bütün işlərini edəcəksən, bunu yuyacaqsan, onu edəcəksən və s”.  Üstünə böyük bir yük yükləyir. Bu həm mənəvi, həm də maddi bir yükdür. Eyni zamanda bu ayə bu əzaba işarə edir.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz