HÖRMƏTLİ ADNAN OKTARIN MAİDƏ SURƏSİNDƏN AYƏ İZAHLARI
Maidə surəsi, 25-ci ayə
O dedi: “Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm. Odur ki, Sən bizi bu günahkar tayfadan ayır!”
“Ey Rəbbim! Mən yalnız özümə və qardaşıma hökm edə bilərəm”. Bax, o dövrün şiddətini görürsünüz? O dövrdəki dəccaliyətin gücünə baxın. “Yalnız özümə və qardaşıma hökm edə bilərəm”-deyir. “Başqa heç kimə hökm edə bilmirəm”. “Odur ki, Sən bizi bu günahkar tayfadan ayır!”-dedi. Böyük bir fasiq qrupu vardır. Yəni guya müsəlmandırlar amma əslində İslamı yaşamırlar. Allahın hökmlərinə haşa arxa çevirmişlər. “Yalnız özümə və qardaşıma”-deyir. Bax, minlərlə adam var, amma heç kim Allahın hökmlərini tətbiq etmir. Fasiq cəmiyyət yaranmışdır o dövrdə. Yəni dəcalliyətin gücünə görə o dövrdə bu çox məna kəsb edirdi. Bir tərəfdən firon tamamilə dinsiz, o biri tərəfdən də müsəlmanlar var, lakin sözə qulaq asmırlar. Fıska (harama) girmişlər, halala-harama diqqət etmirlər.
Maidə surəsi, 26-cı ayə
(Allah) dedi: “Artıq ora (o müqəddəs yer) onlara qırx il müddətinə haram edildi. Onlar yer üzündə sərgərdan gəzəcəklər. Sən isə günahkar tayfa üçün heyfslənmə”. Dəccaliyətin ömrü hədislərdə 40 il deyə keçər. 40 ildir dəccaliyətin ömrü. “Onlar yer üzündə sərgərdan gəzəcəklər”. Hal-hazırda insanların böyük hissəsi sərgərdan vəziyyətdədir. Yer üzündə sərgərdan gəzirlər. Bir yerdən başqa yerə, oradan-buraya gedirlər. Bir çox insan qarışqa kimi qaynayırlar, amma sərgərdan vəziyyətdədirlər. Allahı unutmuş, kitabı unutmuş, axirəti unutmuş vəziyyətdədirlər. Yalnız kor-koranə qaçarlar. Nə etdiyindən xəbəri də yoxdur. Bir gün gəlir ölür, xəbəri belə olmur. “Sən isə günahkar tayfa üçün heyfslənmə”. Bu nədir? Fərz bir hökmdür. Məsələn bəziləri vardır, fasiq adam görər, oturub ona görə kədərlənər. “Çox kədərlənirəm” deyər. Allah haram etmişdir, “heyfslənmə” deyir Allah.
Maidə surəsi, 114-cü ayə
“Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey bizim Rəbbimiz! Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun. Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!”
“Məryəm oğlu İsa dedi: “Ey Allahım! Ey bizim Rəbbimiz!”-Allaha xitab edir-”Bizə göydən bir süfrə endir ki, bizim həm birincimiz, həm də axırıncımız üçün bir bayram və Səndən bir möcüzə olsun”. Təkamüllə yaradılmır süfrə. Süfrədə meyvə də var, yemək də var, çörək də var. Göydən süfrə enir, möcüzə olaraq. Təkamülçülərə dəlil olaraq bu ayəni də izah edim. Göydən bir anda süfrə enir. Qablar, yeməklər var. Allah Qatından göydən bişmiş yemək enir. Təkamüllə olmur, bir anda yaradılır. Deyirlər ki, “Göydən İsa (ə.s) enərmi?”-deyirlər. Süfrə enir, İsa (ə.s) niyə enməsin? Baxın, açıq ayədir. Göydən süfrə endirir Allah. “Həm birincimiz, həm də axırıncımız üçün bir bayram…” Əvvəli (birincimiz) nədir? Əvvəlki dövrdür. Sonrakı (axırıncımız) nədir? Məhz indiki dövrdür, inşaAllah. “… və Səndən bir möcüzə olsun”. Bu bayram da qeyd olunmalıdır. İsa Məsih (ə.s) demişdir. Süfrənin enişiylə əlaqədar, “bayram olsun” deyir. Müsəlmanlar bunu bayram kimi qeyd etməlidirlər. “…və Səndən bir möcüzə olsun…”-yəni dəlil, inkar edilə bilməyəcək bir dəlildir. Diqqət edin, indi dəlil-sənəd kimi istifadə edirik. Açıqlayırıq sənədi. Kimsə də inkar edə bilmir. “Bizə ruzi ver, Sən ruzi verənlərin ən yaxşısısan!”
Maidə surəsi, 117-ci ayə
“Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən”.
“Mən onlara ancaq Sənin mənə əmr etdiyini: … demişəm” Yəni, “Allah birdir, bir də peyğəmbər olduğumu dedim. Halalları, haramları bildirdim” -deyir. ““Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!”- demişəm. Nə qədər ki, onların arasında idim…” Nə qədər qalır? Çox az qalır. “Mən onlara şahid idim. Sən məni (onların arasından) götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən”. Bu Hz. İsa (ə.s)-ın axirətdəki şərhidir. Ən son ölümü, yəni həqiqi ölümüdür, göyə alınması deyil.
Maidə surəsi, 118-ci ayə
“Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən (Əzizsən) Qüdrətlisən, Müdriksən!”
Burada bağışlama hökmünün izahı, bağışlama ümidinin olduğunu göstərir Allah. Yəni xristianların da düzələcəklərini göstərir. Bax, indi nə deyir burada? “Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır”. Yəni
“İstəsən əzablandıra bilərsən Ya Rəbbim” –deyir. “Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!”
Yəni hökm verən, hakim olan Allahdır. Hakim nədir? Hökm verəndir və “Əzizdir”-yəni “Böyük olan da Sənsən” deyir.
Maidə surəsi, 119-cu ayə
“Allah dedi: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları Cənnət bağları hazırlanmışdır. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar. Bu, böyük uğurdur”.
“Allah dedi: “Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi gündür! Onlar üçün (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları Cənnət bağları hazırlanmışdır”. Allah, xristianları müjdələyir. Yəni, İman edən xristianları, Məhəmmədi olan xristianları. Hz. Mehdi (ə.s)-a itaət edən xristianları, hz. İsa Məsihə itaət edən xristianları müjdələyir. Çünki İsa Məsih (ə.s) gəldikdə, müsəlman kimi gələcək, iman edəcəklər. “Onlar üçün (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları Cənnət bağları hazırlanmışdır. Allah onlardan razıdır, onlar da Allahdan razıdırlar”. İman edəcəklər çünki İsa Məsih (ə.s)-a itaət edəcəklər. O zaman cənnətə gedəcəklər, inşaAllah. “Bu, böyük uğurdur”. Yoxsa, ayədə “şirklə cənnətə girəcəksiniz” demir Allah. İsa Məsih (ə.s) bu müjdəni verir, bağışlanma müjdəsini verir. Çünki düzəldərlər səhvlərini, tövbə edərlər. Tövbə etmədən Allah qəbul etmir. Tövbə etməli, səhvlərini düzəltməlidirlər. Ayə açıq-aşkar bunu deyir. “O zaman bağışlayaram”-deyir. Burada nə deyir İsa (ə.s)? “Onları bağışla”-deyir amma səhvlərini düzəltdikləri üçün, “Bağışla” –deyir. Allah da buna görə xristian aləmini, Əhli Kitabı cənnətlə müjdələyir. Quran ayəsidir.