Risaləyi Nurda seyidlik mövzusu
Birinci Əsas: Guya mən lovğayam, təkəbbürlüyəm və özümü mücəddid (böyük alim) hesab edirəm. Mən bütün gücümlə bunu rədd edirəm. HƏMÇİNİN MEHDİLİK BƏNZƏTMƏSİNİ HEÇ QƏBUL ETMƏDİYİMƏ GÖRƏ BÜTÜN QARDAŞLARIM ŞAHİDLİK EDƏRLƏR. HƏTTA DƏNİZLİDƏKİ SAVADLI İNSANLAR “ƏGƏR SƏİD MEHDİLİYİNİ ORTAYA ATSA BÜTÜN TƏLƏBƏLƏRİ QƏBUL EDƏCƏK” DEDİKDƏ, SƏİD ETİRAZ ƏRİZƏSİNDƏ QEYD EDİR Kİ: “MƏN SEYİD DEYİLƏM. MEHDİ SEYİD OLACAQ.” BİLDİRƏRƏK, ONLARIN FİKRLƏRİNİ RƏDD ETMİŞDİR. (Şüalar, 14. Şüa, səh, 355 )
55: “HƏZRƏTİ ƏLİ (R.Ə)-IN HƏQİQƏT ELMİNİ ÖYRƏNMƏYİM BAXIMINDAN TƏLƏBƏSİ OLDUĞUM ÜÇÜN MƏNƏVİ ÖVLADI OLA BİLƏRƏM” DEYƏRƏK ONA RƏVA GÖRÜLƏN MÖVQELƏRƏ LƏYAQƏTİNİN LAYİQ OLDUĞUNU QƏBUL ETMİŞDİR. Mənası heyranedici olan Celcelutiyə qəsidəsində Hz. Əli (r.ə) tərəfindən tərif edilən bir qəsidədə İmam Əli (r.ə)-ın çox cəhətlərlə Risaləyi Nuru açıqlıqlayan işarələrlə, Bədiüzzaman adını Risaləyi Nura verməsindən, mənə əmanət olaraq verilən o adı Risaləyi Nura qaytardığımı yazmışam.
BUNUNLA BİRLİKDƏ, “MƏN DƏ MƏNƏVİ ƏHLİ BEYTDƏN SAYILA BİLƏRƏM” DEMƏKDƏ MƏQSƏDİM ODUR Kİ, BİR QİSİM MÜCTƏHİDLƏRİN, “ONUN AİLƏSİNƏ VƏ SƏHABƏLƏRİNƏ SALAM OLSUN” DUASINDA, “SEYİD OLMAYAN, LAKİN ƏHLİ TƏQVA OLANLAR O DUAYA DAXİLDİRLƏR” DEDİKLƏRİNDƏN O ÜMUMİ DUADA MƏNİM DƏ BİR PAYIM OLMASI ÜÇÜN XAHİŞANƏ BİR MƏNADIR. Yoxsa o xətalı məna heç ağlıma gəlməmişdir. (Şüalar, 14. Şüa, səh. 358 )
3.
İndi əsl vəziyyət belə olduğu halda, ən birinci vəzifəsi və ən yüksək peşəsi olan imanı qorumaq və imanı araşdıraraq xalqa dərs vermək, hətta avamın da Allaha iman etməsini təmin etmək vəzifəsi isə, mənəvi olaraq həqiqətən hidayət edici, doğru yolu göstərmək mənasını tam ifadə etdiyi üçün, Nur tələbələri bu vəzifənin hamısını Risaləyi Nurda gördüklərindən, ikinci və üçüncü vəzifələr buna nisbətən ikinci və üçüncü dərəcə olduğu üçün, Risaləyi Nurun şəxsi mənəvisini haqlı olaraq bir cür Mehdi qəbul edirlər. O şəxsi mənəvinin də bir nümayəndəsi, Nur tələbələrinin həmrəyliyindən gələn bir şəxsi mənəvisi və o şəxsi mənəvidə bir cür nümayəndəsi olan yazıq tərcüməçisini zənn etdiklərindən, bəzən o adı ona da verirlər.
HƏRÇƏND BU, BİR ŞÜBHƏ VƏ BİR SƏHVDİR, LAKİN ONLAR ONDAN MƏSUL DEYİLDİRLƏR. ÇÜNKİ ÇOX HÜSNÜ ZƏNN ƏVVƏLLƏRDƏN BƏRİ DAVAM EDİR VƏ ETİRAZ EDİLMİR. MƏN DƏ O QARDAŞLARIMIN ÇOX-ÇOX HÜSNÜ ZƏNNLƏRİNİ BİR DUA, BİR XAHİŞ VƏ NUR TƏLƏBƏLƏRİNİN YÜKSƏK İMANLARININ BİR ƏLAMƏTİ GÖRDÜYÜMDƏN ONLARA ÇOX MÜDAXİLƏ ETMƏZDİM. Hətta əvvəlki övliyanın bir qismi gələcəklə əlaqədar kəramətlərində Risaləyi Nuru eyniylə axır zamanın hidayət edicisi olduğu üçün kəşfləri bununla şərh edilirdi. Demək iki nöqtədə bir şübhə var; şərh lazımdır. Birincisi: Axırdakı iki vəzifə, hərçənd diqqət etdikdə birinci vəzifə dərəcəsində deyildirlər, lakin hz.
Məhəmmədin Quran iddiasını və sünnəsini davam etdirib təmsil etmə və İslam Birliyi ordularıyla İslamın hakimiyyətini davam etdirmək baxımından hər kəsdə, xalqda, xüsusilə siyasətlə maraqlananlarda, bu əsrin düşüncəsində o birinci vəzifədən min dərəcə geniş görünür və bu ad bir adama verildiyi vaxt, bu iki vəzifə xatırlanır; siyasət mənasını üstü örtülü dilə gətirir, bəlkə də bir özünü bəyənmişlik mənasını xatrlayır; bəlkə bir şan, şərəf və mövqe düşkünlüyü və şöhrət düşkünlüyü arzularını göstərir və əvvəldən bəri, elə indi də çox saf və mövqe düşkünü olan şəxslər Mehdi olacağam deyə mübarizə aparırıar.
HƏRÇƏND HƏR ƏSRDƏ HAQQA YÖNƏLDƏN, BİR CÜR MEHDİ VƏ MÜCƏDDİD GƏLİR VƏ GƏLMİŞDİR. LAKİN HƏR BİRİ ÜÇ VƏZİFƏNİN BİRİNİ TƏK YÖNÜYLƏ HƏYATA KEÇİRDİYİ ÜÇÜN, AXIR ZAMANIN BÖYÜK MEHDİ ADINI QAZANA BİLMƏMİŞDİRLƏR. Həm məhkəmədə Dənizlinin savadlı insanları bəzi tələbələrin bu düşüncələrinə görə, mənim haqqımda deyiblər ki: “ƏGƏR MEHDİLİK İDDİA ETSƏ, BÜTÜN TƏLƏBƏLƏRİ QƏBUL EDƏCƏKLƏR.”
MƏN DƏ ONLARA DEMİŞDİM: “MƏN, ÖZÜMÜ SEYİD HESAB ETMİRƏM. BU DÖVRDƏ NƏSİLLƏR BİLİNMİR. HALBUKİ AXIR ZAMANIN O BÖYÜK ŞƏXSİ, PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN SOYUNDAN OLACAQ. HƏRÇƏND MƏNƏN (MƏNƏVİ CƏHƏTDƏN) MƏN HƏZRƏTİ ƏLİ (R.Ə)-IN BİR MƏNƏVİ ÖVLADI HÖKMÜNDƏ ONDAN HƏQİQƏT DƏRSİNİ ALDIM VƏ ƏLİ MƏHƏMMƏD ƏLEYHİSSALAM HƏQİQİ NUR TƏLƏBƏLƏRİNİ DƏ ƏHATƏ ETDİYİ ÜÇÜN MƏN DƏ PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN NƏSLİNDƏN SAYILA BİLƏRƏM.
Lakin bu zaman şəxsi mənəvi zamanı olmasından və Nurun peşəsində heç bir tərəfdən mənlik və şəxsiyyət və ya şəxsi mövqeləri arzu etmək və şan şərəf qazanmaq olmaz və sirrinə uyğun gəlmədiyindən Cənabı Haqqa sonsuz şükr edirəm ki, məni özümə bəyəndirməməsindən, mən elə öz sərhədlərimdən sonsuz dərəcədə çox mövqeyə gözümü dikmərəm və Nurdakı səmimiyyəti pozmamaq üçün axirətlə əlaqəli mövqe də mənə verilsə qəbul etməməyi özümə borc bilirəm” dedim, o bilgili insanlar susdu. (Emirdağ Lahikası, Səh. 232, 233)
4.
Bəli, Peyğəmbərimizin hər bir hal və hərəkəti Haqqa işarə və Haqqa imanına işarə etməklə birlikdə, Peyğəmbər də, Allahın təbiətə qoyduğu qanunlara tabe olur və boyun əyir. Üçüncü məqalədə bu sirr xatırlanacaq. Həm də möcüzə göstərilməsi Peyğəmbərliyin təsdiqi üçündür. Təsdiq isə açıq olan möcüzəsiylə son adam ilə sona çata bilər. Əgər lazım olduğundan çox fövqəladəlik olsa, ya məqsədsizdir ya da insanların dünyaya gəlib Allah tərəfindən vəzifələndirilmələrinin sirrinə ziddir. Çünki vəzifə, nəzəriyyədə olanların bir imtahanıdır.
Şərhə və ya isbata ehtiyacı olmayacaq qədər aydın olan şeylərdə, ən altdakı, ən üstdəkiylə bərabər olar. Və yaxud fəlsəfə axınının sirrinə təslim və itaətə müxalifdir. Halbuki, Peyğəmbərlər hər kəsdən daha çox itaət və təslimiyyət ilə məsuldurlar. Ey bu pərişan sözlərimi görən həqiqətin tələbəsi! Sənin içində meyl etdiyin, bu On İki ön sözdə, səssizliyiylə birlikdə sürən həqiqət günəşinin işığıyla böyüyüb, inkişaf edib çiçəklər açacaq.
“SON SÖZ SEYİD OLMAYAN SEYİDƏM VƏ SEYİD OLAN SEYİD DEYİLƏM DEYƏNLƏR, İKİSİ DƏ GÜNAHKAR, ÜSYAN VƏ HARAM OLDUQLARI KİMİ… HƏDİS VƏ QURANDA DA ƏKSİK VƏ YA NÖQSAN ETMƏK QADAĞAN EDİLMİŞDİR.” Lakin əlavə etmək, nizamı pozduğu və şübhəyə yol açdığı üçün, daha zərərlidir. Nöqsan olana cahillik bir dərəcə üzr olar. Lakin əlavə etmək elmlə olar. Alim olanın üzrü yoxdur. Bu səbəblə, dindən bir şeyi ayırmaq və ya olmayanı ortaya gətirmək, ikisi də təhlükəlidir. (Muhakemat, səhifə: 46)