İçeriğe geç

Bədiüzzamanın ümidsizlik ilə əlaqədar sözləri

Bədiüzzamanın ümidsizlik ilə əlaqədar sözləri

1- ci.  Ümidsizlik ən dəhşətli bir xəstəlikdir ki, İslam aləminin ürəyinə girib. Məhz o ümidsizlikdir ki, bizi öldürmüş kimi qərbdə bir-iki milyonluq kiçik bir dövlət, şərqdə iyirmi milyon müsəlmanları özünə xidmətçi və vətənlərini müstəmləkə hökmünə gətirmiş. Həm o ümidsizlikdir ki, yüksək əxlaqımızı öldürmüş, həm mənəvi qüvvətimizi qırmış. Az bir qüvvəylə, imandan gələn mənəvi qüvvəsiylə şərqdən qərbə qədər zəbt etdiyi halda, o möcüzə mənəvi qüvvəsi  ümidsizliklə qırıldığı üçün  zalım xaricilər dörd ildən bəri üç milyon müsəlmanı özlərinə əsir etmişlər.

HƏTTA, BU ÜMİDSİZLİK İLƏ BAŞQASININ  ZƏİFLİYİNİ ÖZ TƏNBƏLLİYİNƏ HÜSNÜ ZƏNN EDİB “NƏYİMƏ LAZIMDIR” DEYİR,  “HƏR KƏS MƏNİM KİMİ BƏRBADDIR” DEYƏ İMANDAN GƏLƏN İGİDLİYİ TƏRK EDİB İSLAMA XİDMƏT ETMİR. Madam bu dərəcə bu xəstəlik bizə bu zülmü etmiş, bizi öldürür; biz də o qatilimizdən qisasımızı alıb öldürəcəyik… qılınc ilə o ümidsizliyin başını parçalayacağıq… hədisinin həqiqətiylə belini qıracağıq inşaAllah. ÜMİDSİZLİK; ÜMMƏTLƏRİN, MİLLƏTLƏRİN “XƏRÇƏNG” DEYİLƏN ƏN DƏHŞƏTLİ BİR XƏSTƏLİYİDİR VƏ YAXŞILIQLARA MANE VƏ HƏQİQƏTİNƏ MÜXALİFDİR; QORXAQ, AŞAĞI VƏ ACİZLƏRİN GÜNAHIDIR, BƏHANƏLƏRİDİR. İslamdan gələn igidliyin əsli deyil.  (Xütbəsni Şamıya, səh. 49,50)      

2- ci. Görəsən gələcəyə qarşı iman əhli və İslam üçün belə maddi və mənəvi irəliləmələrə vəsilə və qüvvətli, sarsılmaz səbəblər varkən və dəmiryolu kimi gələcək səadətinə gətirib çıxarıldığı halda, necə ümid kəsib ümidsizliyə düşürsünüz və İslam aləminin mənəvi gücünü qırırsınız  VƏ ÜMİDSİZLİKLƏ ZƏNN EDİRSİNİZ Kİ, DÜNYA  HƏR KƏSƏ VƏ XARİCİLƏRƏ YÜKSƏLMƏ DÜNYASIDIR, LAKİN TƏK ÇARƏSİZ MÜSƏLMANLAR ÜÇÜN GERİLƏMƏ DÜNYASI OLDU DEYƏ ÇOX YANLIŞ BİR SƏHVƏ YOL VERİRSİNİZ. Madam yetkinləşmə arzusu kainatda insan fitrətinə qoyulmuşdur. Əlbəttə, bəşərin zülm və səhviylə başına tez bir qiyamət qopmazsa; gələcəkdə haqq və həqiqət, İslam aləmində insanoğlunun köhnə günahlarına kəffarə olacaq bir dünyəvi səadəti də göstərəcək inşaAllah… (Xütbəsni Şamıya, səh. 42,43)     

3- cü.  YAŞASIN DÜZGÜNLÜK! ÖLSÜN ÜMİDSİZLİK! Məhəbbət davam etsin!. Şura qüvvə tapsın!.. BÜTÜN QINAMALAR VƏ İNCİKLİKLƏR VƏ NİFRƏT, NƏFSİNƏ DÜŞKÜN  OLANLARA OLSUN. Salam və salamatlıq Xudaya tabe olanların üstünə olsun. Amin… (Xütbəsni Şamıya, səh. 67)

4- cü.  “İNSANIN FİTRƏTİNDƏ QORXUYA VƏ SEVGİYƏ GƏTİRİB ÇIXARACAQ İKİ ÜZV TOPLANMIŞDIR. ISTƏR İSTƏMƏZ  SEVGİ VƏ QORXU YA İNSANLARA, YA DA YARADICIYA YÖNƏLƏCƏK. HALBUKİ, XALQDAN QORXMAQ ÇOX ŞİDDƏTLİ BİR BƏLADIR. ÇÜNKİ, SƏN ELƏLƏRİDƏN QORXMALISAN Kİ, SƏNƏ MƏRHƏMƏT ETMƏZ VƏ YA SƏNİN XAHİŞİNİ QƏBUL ETMƏZ. BU HALDA QORXMAQ ÇOX ŞİDDƏTLİ BİR BƏLADIR.” (sözlər / 24.söz, səh. 439)  

5- ci “İNSANDA ƏN MÜHÜM VƏ ƏSASLI BİR HİSS, QORXU HİSSİDİR. HİYLƏGƏR ZALIMLAR, BU QORXU DAMARINDAN ÇOX İSTİFADƏ EDİB ONUNLA QORXAQLARI QORXUZURLAR. ONLAR AVAMIN VƏ XÜSUSİLƏ ÜLƏMANIN BU DAMARINDAN ÇOX İSTİFADƏ EDİRLƏR, QORXUDURLAR, YANLIŞ FİKİRLƏRİNİ TƏHRİK EDİRLƏR… EYNİLƏ ONUN KİMİ, ÇOX ƏHƏMİYYƏTSİZ YANLIŞ FİKİRLƏ ÇOX ƏHƏMİYYƏTLİ ŞEYLƏRİ FƏDA ETDİRİRLƏR. HƏTTA, BİR AĞCAQANAD MƏNİ DİŞLƏMƏSİN DEYƏRƏK, İLANIN AĞZINA GİRƏR. (Məktubat, Səh. 403)

83

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz