HÖRMƏTLİ ADNAN OKTARIN AXIRZAMANLA ƏLAQƏDAR HƏDİS ŞƏRHLƏRİ
Peyğəmbərimiz (s.ə.v) deyir: “Şərqdən ayı işıqlandıran bir ulduzun doğulması”. Ayı işıqlandıran ulduz necə olar? Çox parlaq mənasını verir. Yoxsa bir ulduz ayı işıqlandıra bilməz. Bu yaxşı başa düşülməsi üçün deyilmiş bir sözdür. O qədər parlaqdır ki, az qala ayı işıqlandırır, o mənadadır. Lulinin xüsusiyyəti nə idi? Bu ana qədər gələn quyruqlu ulduzların ən parlağıdır. Çox parlaq. “Bu ulduzun doğulmasından sonra bu ulduz əyilər” –deyir. Heç bir ulduz əyilməz, quyruqlu ulduzlar dümdüz gedər. Bir quyruğu vardır, gedər. “… belə ki iki ucu bir-birinə yaxın olar”. Ay şəklini alar. Lulinin xüsusiyyəti nədir? İki uclu olması və ay şəklini almış olmasıdır. Sanki dairə kimi olar. Lulinin görünüşü də belədir. Baxın Peyğəmbərimiz (s.ə.v) parlaqlığı çox mükəmməl açıqlamış.
Hədislərdə Axırzamanda tez-tez yerə batmalar olacağı deyilir. Dünən televiziyada yenə baxdım bir məhəllə, evlər bir anda yerin altına batır. Peyğəmbərimiz (s.ə.v) hədisdə də var, “Batmalar çox sıxlaşacaq” deyir. Bu da Mehdi (ə.s)-ın çıxış əlamətidir.
Peyğəmbərimiz (s.ə.v) deyir: “Əhli Beytimdən özünə Mehdi (ə.s) deyilən bir şəxs çıxana qədər gözləyin. Əgər ona yetişsən ona tabe ol və hidayətə çatanlardan ol”. Deməli, Mehdi (ə.s) hidayətə çatdırmağa vəsilə olan bir insandır. Elə isə nə edəcək? Bir insan necə hidayətə çatar? İman həqiqətləri ilə, Quran möcüzələri ilə hidayətə çatar. Deməli Mehdi (ə.s) fiqh izah etmir. Fiqh bəlkə izah edir, amma hidayətə çatdırma necə olar? Allaha inandırmaqla olar. Deməli Mehdi (ə.s) Allaha inandırmağın sənətini biləcək, Allahı sevdirməyin sənətini biləcək. Bu nədir? Quran möcüzələrini izah edəcək, iman həqiqətlərini izah edəcək, Peyğəmbər (s.ə.v)-in möcüzələrini izah edəcək, maddədəki möcüzələri izah edəcək və insanların hidayətinə vəsilə olacaq. Mehdi (ə.s)-ın onsuz da adı oradan gəlir, Mehdi (ə.s) hidayətə vəsilə olan mənasını verir.
“Onun” -deyir, “xilafəti insan və cinlər üzərindədir”. Yəni cinlərə də xəlifə olacaq, insanlara da. İns və cin, hz. Süleyman (ə.s) kimi.
Hz. Süleyman (ə.s) bilirsiniz minlərlə cini üzüyünün içinə həbs etmişdi. Əlində qırmızı yaqut qaşlı, incə bir üzük, üstündə hz. Süleyman (ə.s)-ın möhürü var, o altı bucaqlı möhür. Minlərlə cin üzüyünün içində, istədiyini etdirir. Vəzifəsini bitirdikdə gəlib cin üzüyün içinə yenə girir, orada dayanır, həbs edilmiş vəziyyətdədirlər. Ayədə “Zəncirlərlə bir-birinə bağlıdır” -deyir. Hətta dinsiz cinləri belə əmri altına alır, “şeytanları” -deyir, onlar dinsiz cinlərdir. Cinlər yoluyla maddəyə yüngüllük verir. Məsələn, üç min tonluq qaya fərz edək və yaxud iki min tonluq qaya böyük parça. Onu necə bir elmdir, Allahın hikməti bilmirik, iki yüz kilo kimi edir, bütün ağırlığı gedir, quş kimi olur böyük qaya, adamlar götürüb gətirirlər, sanki kardondan qayadır.
Oraya buraxdıqlarında şiddətindən, ağırlığının şiddətindən artıq torpağı əzir. Üstündəki o cazibə qüvvəsini azaldan bir elmə sahib, Allahın hikməti. Məsələn, qayanı ülgüc kimi kəsəcək bir elmə sahib. İndi o qayalar İsraildədir. Adamlar “Bu kəski ilə ediləcək bir şey deyil” -deyirlər. “Bu qaya bura gəlməz” -deyir, daşınacaq kimi deyil. Hz. Süleyman (ə.s) məbədinin zəmin qayaları başqa yerdən gətirilmiş, məsələn, 50 km-100 km kənardan gətirilmiş, oraya aid bir qaya deyil və o qayanı daşımaq mümkün deyil. Metrlərlə, ucu bucağı yoxdur. Bax bütün məsələ o qırmızı yaqutdadır, bilinməyən bir elmdir, yəni Allahın gizlədiyi bir elmdir, bəlkə də batin elminin içində bir elmdir.
Hz. Süleyman (ə.s)-ın bu yaqut qaşlı üzüyü tapılacaq, onu söyləyirəm. Hz. Süleyman (ə.s)-ın sandığı -müqəddəs sandıq- hz. Musa (ə.s)-ın içinə qoyulduğu, kiçik ikən içinə qoyulduğu bir taxta sandıq vardı bilirsiniz, anası onun içinə qoyub buraxmışdı, o sandıq qızılla örtüldü, hz. Süleyman (ə.s)-ın müqəddəs sandığı oldu. O müqəddəs sandıq tapılacaq. İçində manna, qab içində bağlı olacaq. İndidən söyləyirəm, çıxdıqda heyrətlər içində qalacağınız üçün söyləyirəm. Daha əvvəl söyləməmişdin, sonradan söylədin deməsinlər. Bax, on il əvvəlindən söyləyirəm. Bunu görəcəksiniz. Manna, hz. Musa (ə.s)-a aid əşyalar, əsanın bir parçası və o qırılan tabletin parçaları, 10 əmrin yazılı olduğu qırılan tabletin parçaları və bir çox müqəddəs əmanət hamısı sandığın içindədir. Bu sandıq tapılacaq və bunu gördükləri vaxt Yəhudilərin demək olar ki, hamısının iman edəcəyi deyilir.