HÖRMƏTLİ ADNAN OKTARIN ƏNAM SURƏSİNDƏN AYƏ İZAHLARI
Ənam surəsi, 65-ci ayə
De: “Allah başınızın üstündən və ya ayaqlarınızın altından sizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. Gör ayələrimizi necə izah edirik ki, bəlkə başa düşsünlər.
De: “Allah başınızın üstündən və ya ayaqlarınızın altından sizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə və birinizə digərinin gücünü daddırmağa qadirdir”. İndi dünyada İsrailin günahlandırılması söz mövzusudur, amma Allah burada qanunu açıqlayır. Deyir: “De: “Allah başınızın üstündən və ya ayaqlarınızın altından …””, ya üstdən bomba düşür və yaxud bina çökür. Ayaqlarının altından binanın çökməsi nəticəsində bir fəlakət olur. “… sizə əzab göndərməyə, ya da sizi qarışıqlığa salıb dəstə-dəstə etməyə …”. İndi Suriyada nə olur? Müsəlmanlar bir-birini qırırlar. Kim qırdırırmış? Allah qırdırır. “… və birinizə digərinin gücünü daddırmağa qadirdir”. İraqda, Əfqanıstanda həmişə müsəlmanlar bir-birini qırırlar. Allah, o meydana gələn şiddəti də meydana gətirən Mənəm deyir. “Gör ayələrimizi necə izah edirik ki, bəlkə başa düşsünlər” –deyir Allah. Allah Özünü insanlara düşündürtmək istəyir. Özünə yaxınlaşdırmaq, İslamı dünyaya hakim etmək istəyir. Laqeyd, maraqsız, əlaqəsiz insanları Allah şiddət meydana gətirərək xəbərdar edir. Onların diqqətini şiddət istifadə edərək, əzabla, ağrı ilə açır. Yoxsa insanlar miskinlik içində, yorğunluq içində, ətalət içində ola bilirlər. Amma belə şiddətli hadisələrdə şiddətli bir oyanma olur. Onun üçün Bədiüzzaman, “hamiyəti İslamiyə fışqıracaq” -deyir. Mehdi də başlarına keçib ümməti tariqi haqq (hər şeyi haqq ilə yaradan, varlığı haqq olan və hər haqqın sahibi olan Allahın yolu) və həqiqətə sövq edəcək deyir.
Ənam surəsi, 66-cı ayə
Quran həqiqət ola-ola sənin qövmün onu yalan saydı. De: “Mən sizi qoruyan deyiləm”.
“sənin qövmün”, Allah müsəlmanları nəzərdə tutur. Hamısını. “Quran həqiqət ola-ola sənin qövmün onu yalan saydı”. Allah: “Quran yetərli olduğu halda, Quranı yetərsiz gördülər” -deyir. “De: “Mən sizi qoruyan deyiləm””. Yəni mənim vəzifəm sizə doğrunu izah etməkdir. Amma bəla gəldikdə bundan siz məsulsunuz mənasını verir.
Ənam surəsi, 67-ci ayə
Hər bir xəbərin gerçəkləşəcəyi müəyyən vaxtı var və siz onu biləcəksiniz.
“Hər bir xəbərin”. Məsələn, Suriyanın işğalı xəbəri. Onun üçün qərarlaşdırılmış bir zaman var. Hansı gün? Məsələn, səhər çıxıb bir baxırsan, məsələn, televiziyalarda gerçəkləşəcək olanın xəbər vaxtı gəlib. “Suriyada partlayış oldu” -deyir. “Suriya qan gölü”. İraqda bu bu bu hadisələr oldu. Məsələn, başqa yerdə bunlar bunlar oldu. Ayədə nə deyir? “Hər bir xəbərin gerçəkləşəcəyi müəyyən vaxtı var”. “Hər bir xəbərin”. Biz xəbərləri izləyərkən bu ayəni heç bir zaman üçün unutmayacağıq. Gerçəkləşəcəyi zaman gəlib ki, o xəbəri Allah bizə təqdim edir. Məsələn, sabah da bəzi hadisələr olacaq, onun xəbərlərini alacağıq. Sabahısı gün də xəbərlər olacaq. Onları eşidəcəyik. Sabahısı gün də yenə hadisələr olacaq, bir çox hadisə olacaq onların da xəbərlərini eşidəcəyik. Amma o xəbərləri Mən yaradıram deyir Allah. Allah “televiziya xəbərlərini, radio xəbərlərini, qəzet xəbərlərini, eşitdiyiniz hər xəbəri mən yaradıram” -deyir və onların içində hamısı üçün Mənim gerçəkləşəcəyini müəyyən etdiyim bir zaman vardır. O zaman gəldikdə o xəbəri eşidərsiniz deyir Allah.
Ənam surəsi, 68-ci ayə
Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma.
Əgər unutsan deyir, Qurana qarşı danışılarkən sənə biri xatırlatdıqda dərhal oradan qalx deyir. Onları dinləmə deyir. O tip bir mühit varsa, o tip bir məclis varsa onları dinləməyiniz doğru olmaz, ayədə Allah deyir. Çünki Qurana qarşı bir danışıq var.
Ənam surəsi, 70-ci ayə
Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allahdan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqları günahlara görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.
“Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et”. Məsələn, məscid müəllimlərindən bəziləri, bəzi dindarlar, bəzi alimlər gəldiklərində bir evə istəsəniz baxın, bir çox adam təcrübə edə bilər. Ev söhbətlərində və ya televiziya söhbətlərində, amma xüsusilə xüsusi söhbətlərdə mütləq dinlə əlaqədar lağ xüsusiyyəti daşıyan söhbətlər edirlər. Guya öz düşüncələrinə görə ya cənnətlə lağ var, ya cəhənnəmlə lağ var, ya da mələklərlə lağ var. Çoxlu nümunəsini televiziyalarda da gördünüz. Yerlərə yatırlar. Dünya həyatında da xüsusilə eqoistlik edir. Böyüklük və şöhrət hissi içində olur. Şöhrət olduğu üçün, orada-burada adı eşidildiyi üçün onunla qürurlanır. Halbuki sabah bir gün ölüb gedəcək. Məzarın altında paramparça olacaq. Nə şöhrəti qalar, nə başqa bir şeyi qalar. Sümüyü belə qalmır. Hər yeri əriyib gedəcək. “Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin”. Nə ilə xatırladacaqmışıq? Quranla. Xurafatla deyil. Heç bir xurafata müsəlman yanaşmayacaq. Yoxsa öz qazandıqları ilə, öz etdiyi anormal hadisələrdən, anormal hərəkətlərdən ötrü həlaka düşər. Yəni dünyasını, axirətini məhv edər mənasını verir.