İçeriğe geç

Hörmətli Adnan Oktarın yeni izahları (28 yanvar 2014)

 

HÖRMƏTLİ ADNAN OKTARIN HZ. MEHDİ (Ə.S) VƏ HZ. İSA (Ə.S) İLƏ ƏLAQƏDAR HƏDİS İZAHLARI

 

““Mehdi Konstantinapolu fəth edəcək”. “İsa (ə.s), səmadan enəcək və onun (Mehdi (ə.s)-ın) əmrliyini etiraf edəcək. İsa (ə.s)-a “Bizə namaz qıldır” deyiləcək, ancaq o, “Əmir sizin içinizdədir” qarşılığını verərək, “Bu, Allahın Məhəmməd ümmətinə bir ikramıdır” -deyəcək”. İndi İsa (ə.s)-ı haradan tanıyarıq? Bu sözləri söyləməsindən tanıyacağıq. Çünki bunu başqa bir adam deyə bilməz, qədərində yoxdur. Bunlar eyni zamanda şifrə sözlər, parol sözlərdir. Bu parol sözləri söylədiyindən anlayacağıq. Məsələn, yenə şifrələri, “hz. Mehdi möminlərlə birlikdə Beytül Müqəddəsdə səhər namazı qılarkən”. Qüdsü şərifdə səhər namazı qılarkən. İndi şifrə səhər, səhər vaxtında olmalıdır. Yer; İsa (ə.s)-ın diaqnoz yeri baxımından Beytül Müqəddəs, Qüds, Qüdsdə olmalıdır. “O əsnada Mehdi (ə.s), nüzül edən İsa (ə.s)-ı təqdim edəcək, “Bu İsa (ə.s)-dır” -deyəcək”. İsa (ə.s), “Mən İsayam” demir. “İnşaAllah” deyir. “Allahualəm İsa (ə.s)-san” deyəcəklər. “… və hz. İsa, əllərini onun (Mehdinin) çiyinlərinə qoyaraq”, çiyinlərinə əlini qoyur, bu da bir şifrədir, şifrəli bir rəftardır. “Namazın qaməti sənin üçün gətirilmiş, buna görə sən qıldır” deyəcək. Mehdi (ə.s) çox təkid edincə İsa (ə.s) əvvəl “qamət sənin üçün gətirildi, sən qıldır” -deyir.

Mehdi (ə.s) bir az irəliləyir sonra imtina edir, geri dönür. O zaman deyir ki, bax bu Allahın bir ikramı olaraq, “sən bütün dünyanın imamısan” -deyir. İsa Məsih “mən də sənə tabeyəm” -deyir. Ona görə “İmamlıq əfdaliyəti (fəzilətcə üstünlük) səndədir. Namazı sən qıldırmalısan” -deyir. Mehdi (ə.s)-ı ancaq o şəkildə razı salır. Yoxsa aralarında bir-birini önə keçirmə mübarizəsi olduğu görülür, çiyindən itələmə filan. Artıq fizik olaraq iş sözdən çıxmış, çiyinindən itələyir “və nəhayət hz. Mehdi, İsa (ə.s) və möminlərə imam olaraq namazı qıldıracaq”. İndi burada həm Mehdi (ə.s)-ın mehdiliyi böyük ehtimalla aydın olmuş olur, İsa Məsihin də İsa Məsih olduğu böyük ehtimalla aydın olur. Çünki qədərdə belə bir şey bir dəfə olur. Peyğəmbərimiz (s.ə.v)-in bildirdiyi bütün parollar tamam, elə isə böyük ehtimalla haqlı olmuş oluruq. Amma Mehdi (ə.s) heç bir şəkildə bu hadisədən sonra “Mehdiyəm” deməz, özünə Mehdi də dedirtməz, hüsnü zənn edilər. İsa Məsihə də “Allahualəm İsa Məsihdir” deyəcəyik.

Peyğəmbərimiz; “Hz. İsa, saçlarından sanki sular damcılayırmış kimi bir halda enəcək”. Məsələn, indi bu da bir parol bir vəziyyət, yəni maddi paroldur. Çünki normal bir insanın saçı yaş olmadıqdan sonra yaş kimi görünməz, çox çətin, yəni milyardda bir rast gəlinəcək bir şeydir. Tutduğunda saçı quru, amma su damcılayırmış kimi yaş görünür, şişirdilmiş bir yaşlıq hissi var. Bu möcüzə, çox çaşdırıcıdır. O da İsa Məsihin bir dəlilidir.

“İnsanlar qruplarla ona axın edəcəklər və oraya gedən hər kəs ondan bərəkət qazanacaq”. Bərəkət nə deməkdir? Ruhuna, bədəninə, işinə gücünə bir bərəkət gəlir. Məsələn, daha rahatlaşır, daha canlanır, əli üzü düzəlir, dərisi düzəlir, ağlı düzəlir, danışığı düzəlir, işləri yaxşı getməyə başlayır, həyatdan zövq alır, xoşbəxt olur, özündə dəyişiklik hiss edir, bir fövqəladəlik olur. Bax, nə deyir Peyğəmbərimiz (s.ə.v) “Ona gedən hər kəs ondan bərəkət qazanacaq”. Yəni mübarəkdən bərəkət gəlir.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz