İçeriğe geç

Hörmətli Adnan Oktarın yeni izahları (23 fevral 2014)

 

HÖRMƏTLİ ADNAN OKTARIN SƏBA SURƏSİNDƏN AYƏ İZAHLARI

 

Səba surəsi, 18-ci ayə

“Səba qəbiləsi ilə bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən bir-birinə yaxın şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. “Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!” – demişdik.”

“Səba qəbiləsi ilə bərəkət verdiyimiz məmləkətlər arasında aydın görünən bir-birinə yaxın şəhərlər salmış …” Bir-birlərinə yaxın şəhərlər. Şəhəri kim yaradır? Allah yaradır. İnsanlar deyir: “İnsanlar nə gözəl şəhərlər salmışlar”. Allah: “Mən yaratdım” -deyir. Şəhər deyə bir şey varsa bunu Allah edir. Baxdıqda biz o şəhəri görmüş oluruq. ““Oralarda gecələr və gündüzlər arxayın gəzib dolaşın!” – demişdik”. Allah: “Təhlükəsizliyi də mən yaratdım. Yolları da Mən saldım” -deyir. Bu şirkə qarşı olan bir ayədir. İnsanlar əgər dərin düşünməzsə, “Şəhəri mən saldım. Yolları mən saldım. Təhlükəsizliyi də mən yaratdım” -desə şirk olar. Həmişə Allahın yaratdığını bilməlidir.

 

Səba surəsi, 21-ci ayə

“Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir”.

“Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün …” Yüksək vicdanlıları ayırd etmək üçün şeytana bu zəif fürsəti verdik. “Sənin Rəbbin hər şeyi mühafizə edəndir”. Allah: “Bütün möminlərin hamısını görürəm, qoruyuram. Hər kəsdən xəbərim var” -deyir.

Diqqət yetirsəniz bu ayələr şirkə qarşıdır. Şirk böyük bir bəladır. Quranda yüzlərlə ayə, hətta minlərlə ayə şirkə qarşı insanları xəbərdar edir. Allahın ən bəyənmədiyi şey şirkdir. “Allah etmədi, mən etdim. Allah etmədi, bu etdi” deyilməsi şirkdir. Allah: “Hamısını Mənim etdiyimi bilin, Mən də nemətimi artırım” -deyir. Amma “Mən etdim, desəniz o zaman sizi ortada buraxaram və cəzalandıraram” -deyir. Çünki yalan danışmış olur, nankorluq etmiş olur. Ona görə də Allah qəbul etmir.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz