Header

Hörmətli Adnan Oktarın yeni izahları (25 avqust 2013)

Aa4a

HÖRMƏTLİ ADNAN OKTARIN RAD SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ

Rad surəsi, 1-ci ayə

“Əlif. Ləm. Mim. Ra. Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil edilən həqiqətdir, lakin insanların çoxu buna inanmır.”

O zaman mübarizə nə üçün olur? İnsanların iman etməsi üçün cəhd göstərmək. Allah ən böyük dərdi, ən böyük xəstəliyi söyləyir. Ən böyük hədəfi söyləyir. O zaman iman həqiqətləri, imanın güclənməsi üçün cəhd göstərmək. Bizim etdiyimiz də odur.

Rad surəsi, 2-ci ayə

“Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız.”

“Gördüyünüz göyləri dirəksiz yüksəldən”. Allah dərhal iman həqiqəti izah edir. Oradan baxın, düşünün, iman edin deyə. “sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır.” Adam günəşə, aya baxır son dərəcə normal qarşılayır. Halbuki, bir az düşünsə böyük hadisələrdir. “müəyyən vaxta qədər göydə hərəkət edən”. Ay və günəş müəyyən zaman daxilində daima hərəkət edirlər. Allah ona diqqət çəkmiş. “O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız.” İman həqiqəti. Allahın istədiyi qəti olaraq Hakkəl-yakin, Aynəl-yakin iman etməkdir. İman etmələri üçün də Allah yol göstərir.

Rad surəsi, 3-cü ayə

“Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır.”

“Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan”. Düşünün, deyir Allah. “və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur.” Məsələn, bitkilərin cüt olması, bunlara diqqət çəkir. “O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır.” Allah ən əhəmiyyətli mövzunu izah edir.

Rad surəsi, 4-cü ayə

“Yer üzündə bir-birinə yaxın müxtəlif münbitli torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır.”

“Yer üzündə bir-birinə yaxın müxtəlif münbitli torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Lakin Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik.” Fərqli ləzzətdədirlər, deyir. Hamısının dadı ayrıdır. “Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır.” Deyir Allah. İman həqiqətlərini insanların düşünməsi üçün, beyinlərini inkişaf etdirməsi, araşdırması üçün elmi dəlilləri ortaya qoymağımız lazım olduğunu; video filmlər, radio proqramları, televiziya proqramları, kitablar, CD-lər bu tərzdə iş görməyimiz lazım olduğunu Quran bizə izah etmiş olur. Biz də bunu edirik.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313