HÖRMƏTLİ ADNAN OKTARIN İBRAHİM SURƏSİ VƏ YUNİS SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ
İbrahim surəsi, 5-ci ayə
“Biz Musanı möcüzələrimizlə göndərib ona: “Xalqını qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal”- dedik. Şübhəsiz ki, bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır.”
“Biz Musanı möcüzələrimizlə göndərib ona: “Xalqını qaranlıqdan nura çıxart” Zülmətdən nura. “və Allahın günlərini onların yadına sal”- dedik. Şübhəsiz ki, bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır.” Şiə qaynaqlarda bu, “Allahın günlərini onların yadına sal, Mehdi (ə.s)-ın gələcəyi tarix, günləri xatırlat, mənasındadır.” deyir inşaAllah.
İbrahim surəsi, 7-ci ayə
“O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir”.”
“O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram,” Əlhəmdülillah, əlhəmdülillah, əlhəmdülillah. “yox əgər nankorluq etsəniz”. Yəni şükür etməsəniz, nemətin Allahdan olduğuna inanmasanız, “bilin ki, Mənim əzabım şiddətlidir”. Savaş çıxararam, qiyam meydana gətirərəm, vətəndaş müharibəsi çıxararam, hücum çıxararam, iqtisadi böhran çıxararam, məhv edərəm sizi, deyir Allah. “Olurmu bunlar?” deyir adam. Bunu xəstəxanada yatarkən soruşur. “Olurmu belə bir şey?” deyir. Bütün sülaləsi yox edilmiş, “Bu olarmı?” deyir. Olmuş, yaşayırsan, xəbərin yoxdur. İslam aləminin halına bax, dünyanın halına bax, anlayarsan.
İbrahim surəsi, 8-ci ayə
“Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir”
Bax bu, dəccaliyyətə işarədir. Hz. Musa (ə.s) Axırzamanda olacaq fəlakəti bildirir. İndi dünyada 99% inkar var. Mehdisi Ona kifayət edir, tək Mehdisiylə bütün dünyaya Cabbar adıyla, Allah şanını qəbul etdirir.
İbrahim surəsi, 13-cü ayə
“Kafir olanlar öz elçilərinə dedilər: “Sizi ya öz torpağımızdan qovacağıq, ya da mütləq dinimizə qayıdacaqsınız!” Rəbbi də onlara belə vəhy etdi: “Biz zalımları mütləq məhv edəcək”
“Mütləq”. Mütləq, nə deməkdir? Qəti olaraq. “Biz zalımları mütləq məhv edəcək”. O zaman; “Suriyada nə olacaq?” deyir. Allah, “zalımları mütləq məhv edəcək” deyir. “Misirdə nə olacaq?” deyir. Allah, “məhv edəcək.” deyir.
İbrahim surəsi, 14-cü ayə
“Və onlardan sonra sizi o yerdə sakin edəcəyik. Bu, hüzurumda durmaqdan qorxanlar və təhdidimdən çəkinənlərə aiddir”.
“Və onlardan sonra”. Onlardan əvvəl və onlardan sonra. Çünki onlar həlak olur. “sizi o yerdə”. O yer hansıdır? Dünya. Allah, yeri də söyləyir; o ərz. “ mütləq sakin edəcəyik.” Mütləq. Bax, Allah qətiyyət ifadə edən sözlər söyləyir. “sakin edəcəyik.” Könülümüz rahat olsun deyə. Nə deməkdir? “Sizi, dünya hakimi edəcəyəm.” deyir Allah. “Bu, hüzurumda durmaqdan qorxanlar”, Allahı sevənə deyil. “Allahı sevirəm mən.” deyir. “Qorxursanmı?” “Qorxmuram.” deyir. Qorxmazsansa ağlın gedər. Bir insan qorxmazsa, qeyri-ixtiyari əxlaqı pozular, qeyri-ixtiyari şəxsiyyəti pozular, qeyri-ixtiyari İslamı yaşaya bilməz. “Mən Allahı çox sevirəm.” deyir. “Yaxşı nə edirsən?” Eqoistlik, xudbinlik, xırçınlıq, tərslik. Allahdan qorxan edə bilərmi? Edə bilməz. Allahdan qorxan yalan söyləyə bilərmi? Söyləyə bilməz.
Ədalətsizlik edə bilərmi? Edə bilməz. Amma Allah sevgisiylə adam edər. “Allahı sevirəm.” deyər, edər. “Necə edirsən?” deyə soruşuruq. “Onsuz da Allah bağışlayar.” deyir. “Haradan bilirsən?” deyirik. “Çünki mən Allahı sevirəm.” deyir. Bax, Allah qorxusu yoxdur. Allah qorxusu olmadığında, Allah əsirgəsin hər şey edər. “və təhdidimdən çəkinənlərə aiddir.” Allahın təhdidindən qorxursa, Allahdan qorxursa, Allah onu mömin olaraq qəbul edir və ona nemət verir. Allah “Məni sevənə” demir. Elə isə Allah, “Məni sevsə kifayətdir.” deyər. Allah elə demir. Allah həmişə Özündən qorxulmasının üstündə dayanır.
Qorxduğunda mükəmməl əxlaq meydana gəlir. Çünki yalan danışmaz, xainlik etməz, oyun oynamaz, təkəbbürlü, qürurlu olmaz. Allahdan qorxan necə eqoistlik etsin. Allahdan qorxmadığında qürurlu da olur, təkəbbürlü də olur. Vəfasızlıq da edər. “Mən səni çox sevirəm.” deyir. Yaxşı, gözəl, Allah razı olsun. Vəfa varmı? Yoxdur. Səbir varmı? Yoxdur. Şəfqət varmı? Yoxdur. Yalan danışmaq varmı? Var. Eqoistlik varmı? Var. Eqoistlik, həsədlik, qısqanclıq, böyüklük, əzəmət, hər şey var. Elə isə? “Mən səni sevirəm.” deyir. O sevgi nəyə bənzəyir? Boşluq. Altı yoxdur. Amma Allahdan qorxan deyir ki: “Mən səni sevirəm.” Eqoistlik yox; təvazökar, mehriban, hörmətli, itaətli, doğru sözlü. Vəfa onun üçün bir nemət, gözəllikdir. Həlim. O, gerçək eşq olar, içi doludur. O birisinin isə içi boşdur.
İbrahim surəsi, 15-ci ayə
“Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı.”
“Elçilər”. İmamlar, mehdilər. “qələbə istədilər.” Allahdan qələbə. Yəni, İslamın dünyaya hakimiyyəti, İslamın qürurunun dünyaya hakim olması, İslamın əxlaqının, gözəlliyinin, sevgisinin, estetika anlayışının, demokratiya anlayışının, azadlığın dünyaya hakim olması; qələbədən nəzərdə tutulan budur. “Hər bir inadkar dikbaş da ziyana uğradı.” İnadkar dikbaş nə deməkdir? Silahla, təzyiqlə nəticə almağa çalışan. Allah sevgiylə nəticə almağa çalışana “inadkar dikbaş” deyirmi? Demir. Ağılla, mədəniyyətlə, demokratiyayla nəticə alana Allah, “inadkar dikbaş” demir. Kimə inadkar dikbaş deyir? Güc tətbiq edənə zülmkar, inadkar dikbaş deyilir. Silah istifadə edən, şiddət istifadə edən, terrorla zəiflədərək, qorxudaraq, bombalayaraq, asaraq, kəsərək, hərbi qüvvəylə nəticə almağa çalışana “zülmkar, inadkar dikbaş” deyir Allah. Əgər sən bir məzlumun üstünə əsgər göndərirsənsə zülmkar, inadkar dikbaş olarsan.
Məzlumun üstünə polis göndərirsənsə zülmkar, inadkar dikbaş olarsan. Amma qanuna, hüquqa uyğun bir şey edirsənsə zülmkar, inadkar dikbaş olmazsan. Suriyada xalqın üstünə əsgər göndərirlər, bu bir zorakılıqdır. Bu qanuni bir şeydirmi? Deyil. Hüquqa uyğundurmu? Deyil. Demokratiyaya uyğundurmu? Deyil. Zülmlə edir. Əsgərlə insanları əzir. Misirdə polislə, zorakılıqla əzir. Bu, hüquqa, qanuna uyğundurmu? Deyil. Əsgər və polis ədaləti, vicdanı, hüququ, gerçəyi, yaxşılığı və gözəlliyi müdafiə etməklə məsuliyyət daşıyır. Zülmkarların əlində oyuncaq olmaz, zalımların əlində oyuncaq olmaz. Bunu da qəbul etməməlidir. “Elçilər qələbə istədilər. Hər bir inadkar dikbaş da ziyana uğradı.” Ziyana uğradı, yəni tapa bilmirsən. “yox oldu getdi” deyir Allah.
İbrahim surəsi, 24-cü ayə
“Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir.”
“…Gözəl söz (lə ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir.” Bu tərz sözlər həm Tövratda, həm İncildə var. Demək ki, vəhy dəyişmir. Bax, vəhyin hökmü dəyişmir. Tövrata, İncilə baxırıq; eyni sözlər orada da var. Saf vəhy, yəni Allahın hökmü heç bir zaman üçün dəyişməz, inşaAllah.
Yunis surəsi, 36-cı ayə
“Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir.”
“Onların əksəriyyəti ancaq zənnə qapılır.” Həmişə zənn. Xurafatçılara baxırıq, zənn; mövhumatçılara, zənn; darvinistlərə baxırıq, zənn, təxminlə. Qəti hökmlə olmalıdır. “Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz.” Zənlə nə edilər? Heç bir şey edilməz. “Allah onların nə etdiklərini bilir.”
Yunis surəsi, 41-ci ayə
“Əgər səni yalançı hesab etsələr, de: “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam”.”
“Əgər səni yalançı hesab etsələr,” həmişə darvinistlərin, materialistlərin, xurafatçıların etdiyi budur. Həmişə yalançı hesab etmə, həmişə qarşı çıxma. “de:” Allah, bir ağıl, bir üslub göstərir. “Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir.” Bu qədər. Yəni, mən sizə qarışmaram, siz də mənə qarışmayın. Bu nədir? Demokratiyanın özüdür. Deyirlər ki, Quranda demokratiya varmı? Bax. “Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam” Bu qədər. “Uzaq olduğunuz üçün sizi cəzalandıracağam.” demir; yalnız uzaqsınız. Amma “Mən də sizin etdiklərinizdən uzağam.” deyir. Lakin bu bir mübahisəni tələb etmir.
Yunis surəsi, 47-ci ayə
“Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.”
“Hər ümmətin bir elçisi” Mehdi (ə.s)-ı, bir elçisi “vardır.” Əbcədi neçə? 2021-ci il. Bax, bir rəqəm verir, 2021. Hərflərin cəmi 2021. “Hər ümmətin”. Məsələn, müsəlmanlar bir ümmətdir. “Bir rəsulu, bir elçisi, bir Mehdisi vardır.” “Elçiləri gəldikdə”, 2021. “onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.” Həmişə ədalət, bax Allahın ən çox üstündə dayandığı şeydir. Mehdi (ə.s) da gəldiyində, Mehdi (ə.s)-ın ən əhəmiyyətli vəzifəsi nədir? Ədalət, ədalətli olmaq. Dünyaya möhtəşəm bir ədalət hakim olur. Ən böyük rahatlıq ədalətdir. Ədalət olmadığında məhv olarsan.
Yunis surəsi, 48-ci ayə
“Kafirlər deyirlər: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?””
“Nə vaxt Mehdi (ə.s) gəlir? Nə vaxt İsa Məsih (ə.s) gəlir? Nə vaxt qiyamət qopur? Bizə bir söyləyin.” deyirlər. Bax, onlarda belə bir maraq da var. Mütləq edəcəyindən deyil; amma öyrənmək istəyir. Bir instinkt düşüncəsiylə bunu tələb edirlər.