A9 TV, 29 may 2015
(Şırnakın İdil mahalında seçki çalışması aparan HDP-lilər ilə Hüda-Parlılar arasında çıxan qarşıdurmada iki nəfər öldü. Qarşıdurmanın bayraq asma mübahisəsi ilə başlayıb, bir müddət sonra silahlı qarşıdurmaya çevrildiyi bildirilir).
PKK-lılar vurur. Hökumət də hələ gərəyini etməmiş kimi görünür. Hüda-Par davamlı şəhid verir. PKK-lılar da əllərini, qollarını yelləyərək gəzirlər. İlk olaraq bunlara belə bir imkanı tamamilə qadağan etmək lazımdır. İkincisi, PKK-nın əllərindəki bütün silahları yığmaq lazımdır. Məzlum vətəndaşların yaxşıca qorunması lazımdır. Burada bir əcaiblik var. Tez bir zamanda PKK-nın hüquqla fitil-fitil burunlarından gələcək, mən söyləyim. Söyləmədi deməsinlər. Yəni bunu etdiklərinə və edəcəklərinə peşman olacaqlar. Açıq şəkildə söyləyirəm və vaxt da getdikcə yaxınlaşır.
(İnsan alveri ilə məşğul olan cinayətkrlar marşrutları izlənildiyi üçün artıq beynəlxalq dəniz nəqliyyatına yaxın yerlərdə gəmiləri tutub, mühacirlərin ailələrindən fidyə istəyib, əgər verməzlərsə öldürürlərmiş. Yaxın adalarda toplu məzarların olduğu, hadisəyə şahid olanlar izah edir; altı mərtəbəli böyük gəmidə qadınları, kişiləri ayırıb, uşaq və qadınlara təcavüz edirmişlər.)
Dünya öz aləmində, Avropa da öz aləmindədir. Mafiya ruhu bütün dünyaya çökdü. Dəccalın mərhəmətsizliyi, qəddarlığı bütün dünyanı bürüdü. Allah bizlərə Mehdi (ə.s)-ı göstərsin, Mehdi (ə.s)-ı zahir etsin. Bu rüsvayçılığa, alçaqlığa baxın.
(Cəmil Bayık, Abdullah Öcalanın peyğəmbərlərin ənənəsini davam etdirdiyini iddia etdi. PKK ilə İslamın özü arasına fərq olmadığını qarşıya qoydu. Açıqlamasında, “Urfa peyğəmbərlər şəhəridir. Burada bir ənənə vardır. Hal-hazırda bu ənənəni öndər Apo davam etdirir və tətbiq edir” -dedi.)
Abdullah Öcalan Allahı inkar etmirmi? Allahı inkar edir. PKK-lılar da kommunist, stalinist bir düşüncədə olduqlarına görə, Allahı inkar edirlər. Axırda onlar da İslama sığınmaq istəyirlər. Mehdiyyətin gücünü görürsünüzmü? Yəni bükülməz polad qolunu görürsünüzmü? Baxın, Allah onlara da istəmədikləri halda bağırda-bağırda İslamın qurtuluş olduğunu dedirdir.
(Cəmil Bayık çıxışının davamında İslamın özünün Mədinə müqaviləsi olduğunu, özlərinin də bu ənənəni əsas aldığını söyləyir. “İslamiyyətin həqiqəti Mədinə müqaviləsindədir. Onun üçün öndər Apo və PKK bu həqiqəti ortaya çıxartmağa çalışır. Hz. Məhəmməd (s.ə.v)-in Mədinə müqaviləsində qarşıya qoyduğu ənənəni əsas almışdır”.)
O zaman sözü heç uzatmasınlar. Dürüstcəsinə desinlər ki, “Biz İslam Birliyi istəyirik. Türkiyənin bölünməsini istəmirik. İslamın özünü istəyirik”. Mövzu bitsin. O zaman kimsə onlarla ədavət aparmaz. Cinayət törədənlər, təbii ki, başqa, onlar cəzasını çəkəcək. O zaman kimsənin onlara sözü olmaz. Yəni, “Türkiyənin bölünməsinə şiddətlə qarşıyıq. Biz İslam Birliyini istəyirik və anarxiya-terrora qarşıyıq” desələr, dövlətin onlarla alıb vermədiyi olmaz. Kimsənin də onlarla bir alıb vermədiyi olmaz. İstəmədiyimiz tərəfi nədir? İslam Birıiyinə qarşı olmaları, bunu ortadan qaldırmağa çalışmaları, Türkiyəni parçalamalarıdır. Çünki Türkiyə parçalanarsa İslam Birliyinin qapısını tamamilə bağlamış olurlar. Türkiyədən kommunizm, stalinizm fəlakətini, bölgədən uzaq tutacaqlarını, terrorun, anarxiyanın da çox çirkin, səhv bir şey olduğunu söyləsinlər. Amma bu dəyişiklik belə mehdiyyətin polad qolunu göstərir. Bu üsluba baxın. Cəmil Bayık söyləyir: “Mehdiyyətin polad qolu ən girilməz yerlərə qədər, PKK-ın mağaralarına qədər girdi”.
“PKK-lılar bir müddətdir Mədinə müqaviləsi modelini müdafiə edirlər. Qəzetlərində Mədinə müqaviləsinin Muxtariyyəti müdafiə etdiyini iddia edirlər”.
İnsaf. İslamda ittihat var. İslam Birliyi var. Peyğəmbərimiz (s.ə.v) zamanında harada bölünmə vardı? Bölünməyi müdafiə edənləri Peyğəmbərimiz (s.ə.v), səhabələr darmadağın etdilər. Hər fitnəçini ortadan qaldırdılar. Hal-hazırda Peyğəmbərimiz (s.ə.v) və səhabələri olsaydı PKK-nı nə hala gətirərdi bir düşünsünlər. Qaçacaq dəlik axtarardılar. O səhabələr PKK-lıların mağaralarına girərdilər, yəni nələr edərdilər bir düşünsünlər.
(Şırnakda bir internet saytında KCK İcra Şurası Üzvü Murad Qarailanın artıq meşəbəyilərə istiqamətli silah istifadə etməyəcəklərini açıqlaması bölgədəki meşəbəyilərdən qarşılıq gördü. Şırnakda 400 mühafizəçidən məsul olan mühafizəbaşı Əlixan Babat, bundan sonra barış üçün çalışacaqlarını açıqlayaraq, bütün mühafizəçilərə “silahları susduraq” çağırışı etdi.)
Yaxşı da, onsuz meşəbəyilərin önünə gələninə silah sıxır deyə bir mövzusu yoxdur ki. Biri hücum etdiyində meşəbəyi özünü qoruyur. Bu səbəbdən bu danışığın mənasının nə olduğunu mən anlaya bilmədim. Sanki meşəbəyilər təcavüzkar bir birlik olub, hər yeri qan-rəvan içində buraxırlar. PKK imtina etdik bir daha etməyək deyir. O doğrudur. Çünki bunlar qatildir. Bunlar adam öldürürlər. İnsanları şəhid edirlər. İndi bu adamların, biz artıq dəhşətdən, terrordan imtina etdik demələri yerinə düşən bir danışıqdır. Amma meşəbəyinin bunu deməsinin bir mənası yoxdur. Meşəbəyi onsuz da belə bir şey etmir ki, imtina etsin. O sözü məntiqsiz olduğu üçün düzəltməsi lazımdır.
Meşəbəyi qrupları çox böyük səs nisbətinə sahibdirlər. Onların səslərini ala bilmək üçün, PKK siravi təbirlə yaltaqlıq edir. Onsuz da meşəbəyi buraxmadınız, çoxunu şəhid etdiniz. Yığıncağa HDP-lilər də qatılmışdı. Bu meşəbəyinin vəziyyətinin araşdırılması lazımdır. Yəni əgər PKK tərəfdarıdırsa, bu dəhşətlidir. Yaxud elə bir söz söylədisə, bu sözü düzəltməsi lazımdır. Burada məlumdur ki, bir partiya, oradakı səslərə göz dikib. Sən bunu necə udursan? “Artıq sizi vurmayacağıq” -deyir. “Nə gözəl. Biz də sizi artıq vurmayaq” -deyir. Sən onsuz da onu vurmurdun. O səni vururdu. Ağılını başına al mübarək. O səni vurmağa qalxsa, sən yenə özünü müdafiə edəcəksən. Onsuz da verdiyin söz də doğru deyil. Çox səhv danışırsan. Adam sənə hücum etdikdə sən yenə özünü müdafiə edərsən. Sən müdafiə etməyəcəyəm kimi danışmısan.
PKK-nın Hüda-Parlı qardaşlarımızı da şəhid etmələri və buna tədbir alına bilməməsi çox qəzəbləndiricidir. Məsələn, bir meşəbəyiləri vururlar, bir Hüda-Parlıları vururlar. Sonra onları buraxıb yenidən meşəbəyiləri vururlar. Sonra əsgər vururlar, sonra polis vururlar. Sonra da “Dərin dövlət edir, bizim xəbərimiz yoxdur” -deyirlər. Yəni PKK-da hər cür saxtakarlıq var.
(Hüda-Par həmsədri Hörmətli Yılmaz, “Nə vaxt Amerikanın Adana Konsulu Espinoza bu bölgəyə gəlsə, mütləq bir kürd qanı tökülür. Mətbuatdan öyrəndiyimizə görə, bu gün yenə Espinoza Diyarbakırda idi və yenə kürdlərin qanı töküldü. Amerikaya deyil, bu xalqa kürəklərini söykəmələri lazımdır. Xalqın dəyərləri ilə, inanclarıyla barışmaları lazımdır, bütün kürd qruplarla barışmaları lazımdır” -dedi.)
Kürd-kürd-kürd… Müsəlman qanı axır qardaşım. Dayanmadan kürd deyir. O insanlarda genetik müayinə edilsə, orada türklük də, çərkəzlik də, ermənilik də var, hamısı vardır. O söz müsəlmana yaraşan bir üslub deyil. Orada müsəlman qanı tökülür. Bunun üstündə dayansın. Müsəlman olduqları üçün PKK tərəfindən şəhid edilirlər. Və onlar şəhiddir.