İmam Cəfəri Sadiq (ə.s) belə buyurdu:
“Qaimimiz qiyam etdiyi zaman, Peyğəmbər (s.ə.v)-in cahiliyyət cahillərindən görmədiyi şeyləri, (öz zamanının) cahil insanlarından görəcək.”
Fuzeyl belə ifadə etdi: “Bu necə olacaq?”
O da belə buyurdu: “Peyğəmbər (s.ə.v) gəldiyi zaman insanlar daşlara və yonduqları heykəllərə ibadət edirdilər. ANCAQ QAİMİMİZ QİYAM ETDİYİ ZAMAN İNSANLAR ALLAHIN KİTABINI ONUN ƏLEYHİNƏ ŞƏRH VƏ TƏFSİR EDƏCƏKLƏR. ONA QARŞI ALLAHIN KİTABINDAN DƏLİL GƏTİRƏCƏKLƏR.” (Mucem-ul Ehadisi İmam Mehdi 3-cü cild, səh. 500, Bihar 52-ci cild, səh. 362)