İŞİD-Ə İŞARƏ EDƏN HƏDİS İZAHLARI
Peyğəmbərimiz (s.ə.v) deyir ki, Suriyada və İraqda ortaya çıxacaq bu güruhat (qrup) üçün; Peyğəmbərimiz (s.əv.) “Onlar dövlət də quracaq” -deyir. Dövlət qururlar. “Onlar dövlət səhabələridirlər”. “Adları, ləqəbləri olacaq” -deyir. Məsələn; adamın adı Əbu Turabdır, həqiqətən, addan istifadə etmirlər. Məsələn, Kəbəni yıxacaqlarını Twitterdən söyləyən İŞİD liderlərindən biri Əbu Turabdır.
Peyğəmbərimiz (s.ə.v) İŞİD üçün deyir: “saçları qadın saçı kimi sallanacaq”. Yəni səliqəsiz, dağınıq saçlı olacaq deyir. Həqiqətən, İŞİD qrupunun hamısı elədir. Hədislərin biri, ikisi, üçü, dördü deyil, əksəriyyəti uyğundur.
Yoldaş deyir: “Bunlar terroristdirlər”. Onsuz da o dövrdə dünyanın hər tərəfi terrorist olacaq. Yəni dünya terrorla sarsılacaq, dəccal hakim olmuş olacaq. “Müsəlmanam” deyən də terror törədəcək, “Müsəlman olmuram” deyən də terror törədəcək. Əlbəttə, terrordan kənarda qalan da olacaq. Amma terror dünyanı əhatə edəcək. Bu səbəbdən hədisdə ifadə edilən bu güruhatdta, əlbəttə ki, terrorist olacaq. Amma Peyğəmbər (s.ə.v) ingiliscə danışmaz, ərəbcə danışar. “Şiddət olacaq, qan axacaq, insanları öldürəcəklər, on minlərlə insan öldürəcəklər” –deyir. Bu nədir? Bu terror deyilmi? “Amma axırda Mehdi (ə.s)-a iman gətirəcəklər” -deyir. Bu çox əhəmiyyətlidir. Məsələn; “ONLAR SÜRƏTLƏ HƏRƏKƏT EDƏCƏKLƏR. (Gaybet-i Numani, səh. 327)” Peyğəmbərimiz (s.ə.v) deyir. “…Kufəni və Basranı BİR GECƏDƏ ƏLİNƏ KEÇİRƏCƏK… (Kitab El Haft El Şerif, s. 174)” deyir. Bu da doğrudur, sürətlə hərəkət etmələri. “Girdikləri şəhərlər sanki özlərinə təqdim ediləcək” -deyir.
“Özlərinə bu verilmədikdə döyüşərək zəfər qazanacaq və İSTƏDİKLƏRİ ÖZLƏRİNƏ TƏQDİM EDİLƏCƏK. (Məclisi, Biharü’l-Envar, c. 51, s. 87) deyir. Dərhal şəhərlər təslim edilir. Dərhal qəbul edilir.
“Onun (qara bayraqlıların komandiri) ƏSGƏRLƏRİNİN SAÇLARI VƏ BIĞLARI ÇOX UZUN OLACAQ, paltarları qaradır və ONLAR QARA BAYRAQLARIN ADAMIDIRLAR. (Gaybeti Numanı, s. 303)” Çox dəqiq deyilmi?
“…ONLARI (özlərinə qarşı gələnləri) HEÇ BİR FƏRQ GÖRMƏDƏN TOPLUCA ÖLDÜRƏCƏKLƏR. (Gaybeti Numanı, s. 303)” Bu, onsuz da terrordur.
“QARA BAYRAQLILAR KUFƏYƏ GEDƏR… (Celâleddin Suyuti’nin Tasnifinden Hadisler, Ahir Zamân Mehdisinin Alametleri, s. 61, hədis nömrə: 7.12)” -deyir. Bunu Cəlaləddin Suyuti söyləyir. Kufəyə daxil oldular.
“Böyük bir döyüş olar. Nəticədə qara bayraqlılar qalib gəlir. Süfyani qüvvələri qaçar”. Yəni Esadın qüvvətləri qaçar. MƏHZ O ZAMAN İNSANLAR MEHDİNİ AXTARARLAR. (Celâleddin Suyuti’nin Tasnifinden Hadisler, Ahir Zamân Mehdisinin Alametleri, s. 61, hədis nömrə: 7.26)” Deməli, bu adamlardan məmnun deyillər.
“VƏ MEHDİNİN İTAƏTİNƏ GİRƏRLƏR. (İmam-ı Suyuti)” deyir. “ƏHLİ BEYTİMDƏN (MƏNİM SOYUMDAN) OLAN MEHDİ (Ə.S)-A (xilafəti) VERƏCƏKLƏR… (Meclisî, Bihârü’l-envâr, c. 51, s. 87)” -deyir.
Hz. Əli (r.a) izah edir; “Qara bayraqlıları gördüyünüz zaman, olduğunuz torpağa yapışın” Oradan ayrılmayın. “Əllərinizi ayaqlarınızı tərpətməyin”. Adamlarla döyüşməyin, müqavimət göstərməyin. Biz nə deyirik? Eynisini söyləyirik.