MÜNAFİQLƏR NİYƏ KÜFRÜN İÇİNDƏ YAŞAMAZ?
Adam küfrün içində küfrünü necə ifadə etsin? Münafiqin arzusu küfrü ifadə etməkdir. Yəni küfrdən küfrə xəbər daşıya bilməyəcəyinə görə, küfrün içində küfrü yaya bilməyəcəyinə görə, küfr onun üçün neytral bir yerdir. Yəni fəaliyyət göstərə biləcəyi bir yer deyil. Şeytanı fəaliyyət göstərə bilməsi üçün iman əhlinin içində olub iman əhlini pozmaq, onları narahat etmək, zərər vermək, casusluq etmək, şeytana kömək etmək üçün lazım olan mühit haradır? Müsəlmanların içidir. Müsəlmanların içərisində fəaliyyət göstərdiyində şeytani həzz ala bilər. Küfrün içində şeytani həzz ala bilməz. Onun üçün şeytani düşüncəsinə görə küfrün içinə də girmir. Münafiqlər ayrı bir qövm olaraq yaşayarlar. Məsələn, müsəlmanlar bir-birini sevir, münafiq bu sevgini pozmaq istəyər. Onsuz da küfr bir-birini sevmir ki, onu pozmağa da çalışsın. Yəni küfr içində onu rahatladacaq bir şey yoxdur. Yəni şeytanı hərəkətini edəcək, şeytanın əmrini edəcək mühit yoxdur. Çünki şeytanın sözünü dinləməsi üçün şeytanın hədəfinə yönəlməsi lazımdır. Şeytanın hədəfi küfr deyil, müsəlmanlardır. O zaman şeytanın yönləndirməsiylə, ilhamıyla, vəhyi ilə müsəlmanların içinə yerləşir. Vərəm mikrobu kimidir. Müsəlman quruluşunu çürütməyə çalışar. Amma, müsəlman da təbii ki, ona qarşı bir müdafiə etmə sistemi inkişaf etdirər və quruluşu, bünövrəsi güclənər. Şeytan münafiqə “küfrün içinə get” deməz. Hədəfi müsəlmanların arasını pozmaq olduğu üçün “Müsəlmanların içinə get” deyər. Şeytan: “Müsəlmanların içində özünü gizlə. Sezdirmə. Sənin ağlına, zəkana ehtiyac yoxdur. Mən sənə ağılı verəcəyəm. Harada necə hərəkət edəcəyini, harada nə pislik edəcəyini mən sənə söyləyəcəyəm” deyir. Necə ki, Allah “vəhy edər” deyir. Şeytan münafiqi belə elektromaqnit sahə kimi əhatə edər.
MÜNAFİQLƏRİN ŞEYTANİ ELEKTRİKİ DƏRHAL HİSS EDİLƏR. ANCAQ ÖZLƏRİNİ KEYFİYYƏTLİ, MƏDƏNİ, MƏLUMATLI KİMİ GÖSTƏRDİKLƏRİ ÜÇÜN AVAM OLAN İNSANLAR BUNA ALDANARLAR
Münafiq bir yerə girdiyində dərhal müsəlmanlar onun elektrikindən anlayarlar. Məsələn, bura bir münafiq gəlsə, elektrikindən dərhal anlayarsınız. Şeytani elektriki, aydın olan bir məxluqdur. Amma çox ağıllı olduğu üçün, şeytani zəkaya sahib olduğu üçün özünü çox ustalıqla müsəlman, keyfiyyətli, ağıllı, dürüst, düzgün bir insan kimi göstərər. Halbuki əslində murdar, dinsiz, alçaq, namərd, xain, şərəfsizdir. Amma münafiq özünü cəmiyyətə qarşı çox düzgün göstərər. Onun üçün xalq, ümumiyyətlə də avam olan insanlar münafiqə heyran olar, münafiqliyi anlaya bilməzlər. Məsələn, Rəsulullah (s.ə.v.) dövründə on doqquzla əlaqədar Quranın möcüzəsini gördüyü halda iman etməyən münafiqə heyran idilər. Onu seçib oraya göndərirlər. Deyirlər, “ən ağıllımız budur, bu getsin. Ən mədəni, ən intellektual, ən ağıllı budur” deyirlər. Münafiq fövqəladə dərəcədə kinlidir. Qurana, Peyğəmbər (s.ə.v)-ə, Allaha qarşı kinlidir. Amma baxdığında çox dürüst, çox nəcib, sözünün yerini bilən, mədəni bir insan, keyfiyyətli bir insan kimi görünər. Məsələn, yeməsinin, içməsinin, oturub qalxmasının yerini bilir. Elə göstərir. Amma əslində olduqca çox murdar, alçaq və xaraktersizdir.
MÖMİNLƏRƏ BİR NEMƏT GƏLDİYİNDƏ MÜNAFİQLƏRİN ÜZÜ QAPQARA OLAR
Bax, Allah münafiqlər üçün deyir ki, şeytandan Allaha sığınıram. “Onları zillət bürüyər…Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür… (Yunis surəsi, 27). Münafiqlərdə elə bir sifət olur. Müsəlmanlara nemət gəldiyində münafiqin üzünü bir seyr edin. Yəni münafiqi ən yaxşı yoxlayacağınız anlardan birini söyləyirəm. Bir möminə və yaxud mömin birliyinə bir nemət gəldiyində münafiqin üzünə bir baxın. Yaxud münafiq olduğundan şübhələndiyiniz birinin üzünə baxın. Dərhal anlayarsınız üzü qapqara olar, çox iztirab çəkər. Mömində nemət parıltısı olar, sevinc hissi olar elə deyilmi? Münafiqdə iztirab olar. Bax, “Münafiqə necə diaqnoz qoyacağıq?” deyə soruşurlar. Diaqnozun yolunu söyləyirəm. Bax, möcüzə istəyirsinizsə söyləyirəm. İstəsəniz sınayın. Müsəlmanlara nemət təqdim edin, məsələn, gözəl bir birliyə və yaxud bir nəfərə nemət verin, bir müsəlmana nemət verin. Üzündə yaranan zillət mimikasını görəcəksiniz, möcüzə olaraq meydana gələr. Xilas ola bilməz ondan. Allah ayədə: “Üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür” deyir.
MÜNAFİQLƏR NEMƏTƏ ŞÜKÜR ETMƏZ
Münafiq nemətə şükür etməz, münafiq olduğunu oradan da anlaya bilərsiniz. “Münafiqi necə kəşf edəcəyik, necə anlayacağıq?” deyirlər. Əlamətlərini sayıram. Bir nemət gəldiyində “Allaha şükür, əlhəmdülillah” deməz. Onsuz da ona layiq olduğu qənaətindədir. Yəni nemətin gəlişini Allaha bağlamaz. Allahdan gəldiyinə inanmaz. Onu öz haqqı olaraq görər. Onun üçün şükür etməz, həmd etməz. Əlamət istəyirsən bax, əlamət verirəm. Nəzərə çarpan əlamətlər söyləyirəm. “Necə anlayacağıq?” deyə arada məndən soruşurlar. Münafiq nemət gəldiyində nemətə şükür etməz. Nemətdə qüsur tapar. Və yaxud möminlərə nemət gəldi deyə narahat olar. Özünə də nemət verildiyində şükür etməz, Allaha həmd etməz. Yəni şükür əhli deyil. Quranda həmd etməyəcəkləri, şükür etməyəcəkləri başqa ayələrdə də dəfələrlə vurğulanır.
MƏSNƏVİDƏ İLAN, TISBAĞA VƏ KİRPİ HƏMİŞƏ SİRLİ, XÜSUSİ SÖHBƏTLƏRDƏ SİMVOL OLARAQ İSTİFADƏ EDİLİR
Bax, Mövlana Rumi deyir ki, “Şeytan kirpinin başına bənzəyir, kirpi ovçudan -pis ovçudan, yəni əleyhinə olan ovçudan- ürkər və büzülər və başını gizlədər. Özünü sezdirməz” deyir. “Kirpi fürsət tapınca başını çıxarar.” Bax, “fürsət tapınca başını çıxarar.” Tısbağanı, ilanı da təfərrüatları ilə izah edir. Simvol olaraq istifadə edirlər.
ŞƏHİDLƏR AXİRƏTƏ ÖZ BƏDƏNLƏRİ İLƏ GEDƏR. BİZƏ MƏZARDA OLARAQ GÖSTƏRİLƏN BƏDƏN HƏQİQİ BƏDƏNLƏRİ DEYİL
(Şəhidlərimizin) ruhları hal-hazırda cənnətdədir. Amma biz, bədəni burda qaldığı üçün ona ruh deyirik. Lakin bədən deyə göstərilən bədən həqiqi bədənləri deyil. Yəni məzardakı bədəni bədən deyil. Əsl bədəni cənnətdədir. Bizə ölü bədən kimi göstərilir. Yəni birbaşa öz bədəniylə gedir. Məsələn, ölən biri, ruh olaraq gedir. Amma şəhid bədənlə gedir, bədənlənmiş olaraq gedir.