HƏDİSDƏ “TÜRK AXIRZAMANDA FİRAT ÜZƏRİNƏ GEDƏR” DEYƏ KEÇİR
Peyğəmbərimiz (s.ə.v) “Türk, Axırzamanda Firat üzərinə gedər.” deyir. Demək ki, hədisə görə, Firata istiqamətli bir əməliyyat olacaq. “Sanki onlar quşlardan dabbələrə minmiş, Firat üzərinə ardıcıl düzülmüşlər.” Yəni bu quşlardan dabbə demək; debaib, debebe, quş kimi uçan varlıqlar deməkdir. Firat üzərinə ardıcıl düzülmüş; yəni ardıcıl Firatın üzərində uçacaqlar deyir. Debib; hərəkətlənən, vurnuxan varlıq deməkdir. “Sanki quş kimi varlıqlara minmiş, Firat üzərinə ardıcıl düzüləcəklər” deyir. Yəni Firatın üzərində uçacaqlar. İndi sən mehdiyyətə necə inanmayacaqsan? Çox dəqiq deyilmi? “Və Türk Firatın üstündə sanki quşlardan dabbələrə minmiş, Firat üzərinə ardıcıl düzülmüşlər” deyir. Təyyarələr ardıcıl uçurlar. Debib, debbabe, quş kimi hərəkətli cisimlər üçün istifadə edilir. Təbii ki, bu təyyarədir.