İçeriğe geç

Hörmətli Adnan Oktarın yeni izahları (26 avqust 2016)

 

AĞLI ZƏİF OLANLAR İMAN EDƏNLƏRİN İMTAHANI ÜÇÜN XÜSUSİ YARADILIR, BƏLKƏ DƏ AXİRƏTDƏ BİR QİSMİNİN YALNIZ GÖRÜNTÜ VARLIQ OLDUĞUNU ANLAYACAĞIQ

 

Beyni inkişaf etmiş, ağlı inkişaf etmiş, dərinliyi güclənmiş Allah tərəfindən onlara bu güc verilmiş insanlar, Allahla əlaqələrini, sevgilərini və Allah qorxularını var gücüylə gücləndirib artırırlar. Cənnətdəki mövqeləri getdikcə təkmilləşir. Ağlı zəif olanlar da, xüsusi yaradılır. Bəlkə də axirətdə onlardan bir qisminin olmadığını görəcəyik. Yəni bizə imtahan gərəyi olaraq göstərilmiş kabus insanlar olduqlarını anlayacağıq. Çünki Allah deyir ki; “Onlar ölüdürlər.” Ölüdürsə onsuz da ölüdür. Ölü nədir? Yox hökmündədir. Xəyal və görüntü olaraq sonsuza qədər qalar, amma ruhu yoxdur. Var olan bir şey sonsuza qədər yox olmaz. Var olan heç bir şey yox olmaz. Yalnız Allah axirətdə insanın xatırlamaq istəmədiklərini xatırlatmır. O adama və ətrafındakı heç kimə keçmişində olan, xoşuna gəlməyəcək bir şey Allah tərəfindən xatırladılmır.  Amma heç bir şey sonsuza qədər itməz. Görüntü, şəkil, böcək, quş, toz… Məsələn, pəncərənin kənarında çox kiçik bir toz parçası düşünün, kiçik; sonsuza qədər itməz. O kiçik toz parçasının içərisində bir kosmos, bir aləm olar. Sən onu çox kiçik bilirsən, amma onun içində yaşayan kainatı görsən, o toz parçası bir başqası üçün gəmidir, bir başqası üçün ucsuz-bucaqsız bir kainatdır, bir başqası üçün qalaktikaları ehtiva edən bir quruluşdur, bir başqasına görə heç yoxdur, bir başqasına görə atom qədər kiçikdir. Bunlar hamısı nisbidir.

 

TƏBLİĞDƏ GÖZƏL VƏ TƏSİR EDİCİ İNSAN İSTİFADƏ ETMƏK PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-IN SÜNNƏSİDİR. HZ. SÜLEYMAN (Ə.S) DA TƏBLİĞDƏ EHTİŞAM VƏ ZƏNGİNLİKDƏN İSTİFADƏ ETMİŞDİR

 

Təbliğçi insanın gözəl olması Peyğəmbərimiz (s.ə.v)-in sünnəsidir. Peyğəmbərimiz (s.ə.v), məsələn, İstanbula təbliğ üçün Həzrəti Dıhyeni göndərmişdi. Mükəmməl yaraşıqlılığı ilə Rəsulullah (s.ə.v)-ə bənzəyirdi. Həzrəti Dıhye İstanbula təbliğə gəldiyində, Bizansın qadınları bu cür bellərinə qədər pəncərələrdən sallanaraq küçələrə töküldülər. Bütün Bizans sanki yıxıldı. Huneynə gəldiyində, üstündə çox bahalı bir cübbə vardı, nəfəs kəsici şəkildə çox yaraşıqlı idi. Xanımlar görünüşünü çox bəyənirdilər. Təbliğdə də çox müvəffəqiyyətli olurdu. Osmanlıda da bu ənənə davam etdi. Hz. Süleyman (ə.s) da öz sarayında vəzifəli olan yaraşıqlı cavanları seçirdi. Xidmətli olan xanımların da hamısı çox gözəl olurlar və çox qəşəng geydirirdi. Səba Məleykəsi Belkıs gəldiyində saraydakı gözəllikləri gördüyündə çox heyrətlənir, çox bəyənir. Yemək dəstlərini, yeməyin mükəmməlliyini, binanın ehtişamını, mebellərdəki gözəlliyi, örtüklərin gözəlliyini, heyvanları, quşları, xidmətçilərin paltarlarını və insanların gözəlliyini tərifləyə- tərifləyə bitirə bilmirdi. Hz. Süleyman (ə.s) çox zarafatcıl bir peyğəmbər idi. Sırf zarafat etmək üçün hovuzdan dəhliz düzəltdirir, eynisiylə hovuz.  Yəni dərin bir hovuz görünüşlü, dalğalanması filan hər şeyi hovuz kimi. Hal-hazırda o texnologiyanı yeni öyrənirlər.

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz