Header

Hörmətli Adnan Oktarın yeni izahları (5 oktyabr 2014)

Aa4a

HÖRMƏTLİ ADNAN OKTARIN AXIRZAMAN, HZ. İSA (Ə.S) VƏ HZ. MEHDİ (Ə.S) İLƏ ƏLAQƏDAR İZAHLARI

İslam əxlaqı kamil mənada dünyaya hakim olmuş olur və 2071-ci ildə də sona çatır. İsa Məsih və Mehdi (ə.s) 2071-ci illəri görməyə bilər. 2071-ci illər dünya hakimiyyətinin son illəridir. 2071 sondur, zəfər deyil. 2023-cü il mükəmməlliyə keçidin ən yüksək nöqtəsidir. 2071-ci illər də bitmə nöqtəsidir. Hökumət bitmə tarixi olaraq 2071-ci ili verdi. 2081-ci illərdə onsuz da bir şey qalmaz. Sonra Fironun, dəccalın dünyada qat-qat daha azğınları çoxalmağa başlayacaq. Firon, dəccal, Nəmrud onları görsə çaşar. Hər biri ayrı bir Nəmrud olacaq, hər biri ayrı bir dəccal olacaq. Dünya sanki cəhənnəmə dönəcək, yaşanmayacaq hala gələcək.

Bədiüzzaman həzrətləri: “Hicri 1543-1545-ə qədər ağla sığmaz bir fəlakət olar” –deyir. “1545-ə kimi Qurandan hərf belə qalmayacaq”. İlk dəfə olaraq Quranın mənası da göyə çəkilər. Quranın yazısı qalmaz. Cisimi qalmaz. Amma hardasa 1545 də Quranın mənası da göyə çəkilir. Yəni necə ki, Quran yer üzünə endirilmişdi, vəzifəsi bitdiyi üçün yenidən göyə alınar. Bədiüzzaman: “Dünyanın ağlı hökmündə olan Quranın göyə alınması ilə dünya ağlını itirər. İntizamsız hərəkətlərlə başını başqa səyyarələrə vurar və Allahın izni ilə qiyamət qopar” –deyir. Kainat yeni bir ölçüdə, yeni bir sistemlə yenidən bir daha qurular.

İsa Məsih (ə.s) gəldiyində ana-atası, heç bir qohumu olmaz. Heç kimi tanımaz. Arami dilindən başqa da dil bilməz. İkinci dəfə yer üzünə endiyində təkcə arami dilini bilər. İngiliscə, Almanca, Fransızca, Ərəbcə, Türkcəni sonradan öyrənəcək. Baxın, vurğulayaraq söyləyirəm, İsa Məsih (ə.s)Türkcəni də biləcək. Müdhiş iti bir zəkaya malikdir. Məsələn, tək bir dəfə oxumaqla su kimi əzbərləyər. Məsələn, Quranı açıb səhifəsini baxar, bir səhifəsini oxuduqda o fotoşəkil kimi yaddaşında qalar. Bizdə elə bir şey yoxdur. Onda peyğəmbər yaddaşı var. Fotoşəkil kimi yadında qalar. Onun üçün xarici dilləri İngiliscəni, Fransızcanı, Almancanı su kimi biləcək. Tələffüzü də mükəmməl olar. Görəcəksiniz Türkcəni, tələffüzündə ən kiçik bir qüsur olmaz. Mükəmməl, çox gözəl bir Türkcə danışdığını görəcəksiniz inşaAllah. Ayasofya, Qüds, Məscid-i Əqsa, Məkkə, Mədinə hər yerdə bərabərdirlər.

Hz. Mehdi (ə.s)-ın yaşlılığı dövrünə gəlir. Amma yaşlı deyərkən hz. Mehdi (ə.s) gənc görünüşdə olacaq. Cavan olar. Vəfatı da, gənc vəfat edəcək. Qocalıb vəfat etməyəcək. Peyğəmbərimiz (s.ə.v) ətraflı izah edib. Bax, heç bir insan üçün bu qədər ətraflı izah vermir. Ölümünün necə olacağına qədər hərtərəfli izah verib. “Miniyində ikən” -deyir. “Fəcətən”, yəni “qəflətən ölər” -deyir. Yataq xəstəsi olaraq ölməz. Allah verməsin elə bir ölüm çətindir. Peyğəmbərimiz (s.ə.v): “Mehdi (ə.s) ani bir ölümlə ölər” -deyir. İsa Məsih (ə.s) də həmçinin.

Hz. Mehdi (ə.s) evlənməz, amma hz. Mehdi (ə.s) İsa Məsih (ə.s)-ı evləndirəcək. O da çox qəribədir. Özü niyə evlənməyəcək, İsa Məsih (ə.s)-ı isə evləndirər? O da bir hikmətdir. İsa Məsih (əs) çox utancaqdır. İsa Məsih (ə.s) utancaq olduğu üçün hərhalda hz. Mehdi (ə.s) onu çox mükəmməl bir gənc qızla evləndirəcəyi aydın olur inşaAllah.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313