HÖRMƏTLİ ADNAN OKTARIN AYƏ İZAHLARI
“Xeyr! Şübhəsiz ki, bu, bir nəsihətdir”. (Əbəsə surəsi, 11)
Allah Quranın xaricində heç bir şeyə diqqət çəkmir. İnsanların bu mövzuya diqqətlərini verməmələri çox çaşdırıcıdır. Allah Qurandan başqa bir şeyə diqqət çəkmirsə, başqa kitab yoxdur. Başqa məsul olduğumuz bir qanun yoxdur.
“Kim istəsə, qoy onu düşünüb ibrət alsın”. (Əbəsə surəsi, 12)
Amma düşünməlidir. Deməli düşünməyi də Allah bizə verəcək.
“Bu Quran kəramətli səhifələrdədir,” (Əbəsə surəsi, 13)
Baxın, daim Quran.
Allah, “Qoy ölsün kafir insan! O necə də nankordur!” –deyir. (Əbəsə surəsi, 17)
“Qoy baxıb görsün Allah onu nədən yaradıb?” (Əbəsə surəsi, 18)
“Allah onu nütfədən yaratdı və müəyyən ölçüdə formalaşdırdı”. (Əbəsə surəsi, 19) Bu bir ölçüdür, bir möcüzədir. O ölçünün ucu-bucağı yoxdur. Hər yerdə özünü göstərən bir ölçüdür. Hər yerdə qızıl nisbət var.
“Sonra da onun yolunu asanlaşdırdı”. (Əbəsə surəsi, 20)
“Sonra onu öldürüb qəbirə yerləşdirdi”. (Əbəsə surəsi, 21)
“İstədiyi bir zaman onu dirildəcəkdir”. (Əbəsə surəsi, 22)
“Qoy insan yediyinə diqqət yetirsin bir az!” (Əbəsə surəsi, 24) Allah hər şeyə diqqət çəkir, düşünməyi istəyir.
“Sonra da yeri çat-çat yarıb” (Əbəsə surəsi, 26)
“orada taxıl yetişdiririk”. (Əbəsə surəsi, 27) Toxumlar, insanlar düşünsə yüz minlərlə növ toxum var. Hər biri bir-birindən mükəmməldir. Bəsizi kiçik tikanlı, bəzisi yumru, bəzisi də yığılmış şəkildədirlər. Toxumlar müdhiş estetikanın tətbiq olunduğu, öz ayrı dünyası olan, mükəmməl yaradılışda olan canlılardır. Böcəklər kimi toxumlar da bir canlı qrupudur. Yəni toxum bir yumurta kimidir. Bir quş yumurtası var, bu da bitkinin yumurtasıdır. Elə düşünün.
Şeytandan Allaha sığınaram. “And içirəm peşmançılıq çəkən nəfsə!” (Qiyamət surəsi, 2) Özünü tənqid edər, məsələn, səhv etdiyində “sən səhv etdin” deyir. Yalan danışdığında “yalan danışdın” deyir. “Orada sən dürüst olmadın” deyir. İnsanın vicdanı daim özünü tənqid edəcək. İndi mən, məsələn, burada otururdum, “Söhbət edim” dedim. Nəfsimə əmr verdim və söhbətə başladım. Amma nəfsə qalsa nə istəyər? Etmək istəməz. Boş işlərlə məşğul etmək istəyər. Daim nəfsə cavab veririk.
(Hucurat surəsi, 11) “Öz nəfslərinizi (öz özünüzü) yadırqayıb-alçatmayın”. Özünü alçaldacaq bir şey etməsi. Yəni özünü pis mövqeyə salması. Özünün dəyərsiz olduğunu, ağılsız olduğunu, zalım olduğunu iddia edib buna inanması. Halbuki, buna qarşı müqavimət göstərəcək. Buna inanıb təslim olmayacaq. Məsələn, həqiqətən anormal tərəfi olur, onu söyləyir, lakin onu tətbiq edir. O səndə var, yaxşı, amma sən ona qarşı mübarizə aparacaqsan, ondan xilas olacaqsan. “Mən cahiləm, mən bilmirəm” -deyir. Məlumatı artır. Deyir: “mən qısqancam”. Qısqanclığını at, özünü tərbiyələndir və yaxud qorxaq olduğunu söyləyir. Elə isə cəsur ol.
“Habelə üzüm və yonca,” (Əbəsə surəsi, 28)
“zeytun və xurma ağacları,” (Əbəsə surəsi, 29)
“sıx-sıx bağlar,” (Əbəsə surəsi, 30)
“meyvələr və otlar da bitiririk”. (Əbəsə surəsi, 31)
“Bu nemətlər sizin istifadəniz və mal-qaranızın faydalanması üçündür”. (Əbəsə surəsi, 32) Elə isə Allah gördüyümüz hər şeyi düşünməyimizi istəyir. Məsələn, “toxum” deyib adam keçir. Toxumlar o qədər zəngindir ki, məsələn, paxla toxumları vardır, körpələr evində uşaqların düzülməsi kimi hamısı ayrı yataqlarında yan-yana düzülərlər. Yataqları da pambığa bənzər bir şeylə dəstəklənilmişdir. Onlara göbək bağı olan bir yer var, oradan da onlara qida axır. Sonra o, açıldığında onların hamısı bir qaba qoyulur və quruyur. Paxla quruduğunda canlı olaraq qalır. Mərcimək canlı olaraq qalır. Noxud canlı olur. Bişdiyində ölər. Məsələn, yonca toxumları, hər növ toxum araşdırıldığında tək-tək hamısının bir-birindən mükəmməl olduğu görülər. O, kiçik bədənində o bitkinin bütün xüsusiyyətlərini daşıyır və ondan sonrakı meydana gələcək sülalənin də bütün xüsusiyyətlərini daşıyır. Orada qeydiyyatdadır.
Bütün ağacların toxumları kiçikdir. Amma meydana gələn ağac inanılmaz dərəcədə böyük olur. Yüz minlərlə meyvə verir. Toxumuna baxırıq, iynə başı boydadır.