KƏHF SURƏSİNDƏN AYƏ İZAHLARI
“Səndən Zülqərneyn barəsində soruşurlar”. Deməli əhəmiyyətli görmüşlər ki, o dövrdə adıyla bilərək soruşurlar. Yəni xristianlar, yəhudilər hər kəsin bildiyi bir addır, Zülqərneyn. Ona görə də,Tövrat və İncilə də baxmaq lazımdır.
“De: “Onun barəsində sizə bir əhvalat danışacağam” (Kəhf surəsi, 83) Bəzi məlumatlar, yəni əhatəli deyil, əlaqədar məlumatlar. Məqsəd nədir? Öyüd. Bir; öyüd, iki; xatırlatma. Nəyi xatırlayacaq? Axırzamanı xatırlayacaq. Axırzamandakı hadisələrlə o ayəni, ikisini müqayisə edəcək. “Nə qədər bənzəyir” deyəcək və xatırlamış olacaq.
İQTİDARIN SAĞLAM OLMASI ÜÇÜN GÜCLÜ BİR İMAN VƏ GÜCLÜ BİR İNANCA SÖYKƏNMƏLİDİR
“Həqiqətən, Biz ona yer üzündə möhkəm hökmranlıq verdik”. “Möhkəm”. Zəif iqtidar narahatlıq verər. Möhkəm olması üçün çox güclü bir inanca söykənməlidir. Möhkəm inanca söykənmədisə, heç bir iqtidar möhkəm olmur. Güclü bir iman və güclü bir inanca söykənsə möhkəm olar. Məsələn, Süleyman (ə.s)-ın iqtidarı güclü idi; çox möhkəm bir inanca söykənirdi. Amma möhkəm inanca söykənməyib, müxtəlif inancların qarışığı olsa o, zəif olur. Parçalanmış qüvvələr olur, onlar bir yerə gəlsə də, yenə bir bütün kimi təsir edə bilmir.
“və hər şeyin yolunu ona öyrətdik”. (Kəhf surəsi, 84) Yolu kim göstərirmiş? Allah. Hər şeyi kim yaradırmış? Allah. Deməli, Zülqərneynin öz qabiliyyəti deyil. İnsanın özündən bir qabiliyyəti olmur. Allah ona, o gücü verib.
“O, yer üzündə gəzib dolaşmaq üçün səfərə çıxdı”. (Kəhf surəsi, 85) Allahın göstərdiyi bir yol. Neçənci ayə? 85. 85-86, deməli hadisələrin başladığı tarix. Həm 1985-ci ilə, həm də 1986-cı ilə işarə edir. Yəni 1985 və 1986-cı illər hücumun və canlılığın, mehdiyyətin ən güclü olaraq özünü göstərdiyi, dəccaliyyətin də ən yandığı illər.
“Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda”, deməli mehdiyyətin elmi, mədəniyyəti hər yerə yayılacaq. Kitabları hər yerə gedib çatacaq, məlumatları hər yerə yayılacaq. Yəni Çinə, Yaponiyaya qədər, hər yerə o məlumat yayılacaq. Günəşin batdığı yerə də, doğulduğu yerə də, yəni dünyanın hər tərəfinə o məlumatın, o gücün çatacağına işarə etmiş olur.
AYƏDƏ KEÇƏN “GÜNƏŞİN QARA PALÇIQLI BİR ÇEŞMƏDƏ BATMASI”, MEHDİYYƏTİN ÇƏTİN ŞƏRTLƏRLƏ QARŞILAŞMASINA İŞARƏDİR
“onu qara palçıqlı bir çeşmədə batan gördü”. Yaponiyada olan tsunamidə bütün dəniz quru palçıqlı idi. Günəşin batışını da göstərdilər. Quru palçıqlı bir çeşmədə batırdı sanki və bu, müdhiş bir fəlakət idi. Böyük bir fəlakət idi. Quran bir istiqamətiylə ona işarə edir. Günəş kimi olan mehdiyyətin də bir müddət quru palçıqlı, məsələn, bir həbsxanada tutulacağına da işarə etmiş olur; yəni simvolik mənada. Çünki o, günəş kimi bir varlıqdır, lakin quru palçıqlı bir yerdə, yəni pis bir yerdə onun bir müddət tutulacağına işarə etmiş olur. Neçənci ayə? 86. Deməli 86-cı ayədə, 1986-cı ildə mehdiyyətə istiqamətli bir şey olacaq. Mehdiyyət bəlkə də həbslə qarşılaşacaq. “Quru palçıqlı çeşmə deyilərkən”, yəni qaranlıq bir yerdə tutulacaq. Yəni həbs kimi, təcrid kimi ona bənzər çirkli bir yer, yəni qaranlıq bir yerdə o çətin vəziyyətdə buraxılacaq. Amma mehdiyyət “günəş” xüsusiyyətini mühafizə edəcək. Deməli burada 1986-cı ilə də bir işarə var.
“Zülqərneyn onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!” (Kəhf surəsi, 86) Yəni baş komandir olaraq istəsə döyüşlə də, qan tökərək də hadisələri həll edə bilər, amma istəsə barışla, qardaşlıqla, sevgiylə, nəzakətlə də edə bilər. Mehdi (ə.s) sevgiylə, nəzakətlə, ağılla, mədəniyyətlə etməyi seçəcək. Normalda müdafiə olunma haqqı da var. Yəni istəsə yerlə bir edər, amma bunu etməyəcək, sevgiylə həll edəcək. Buna işarə edir.
“O dedi: “Haqsızlıq edəni cəzalandıracağıq (əzablandıracağıq)”. “Öldürəcəyik, əsacıq, kisəcik” -demir. Məsələn, PKK zülm etdiyində nə olur? Həbsə girir. Əzab budur. Həbs əzabıyla qarşılaşır. “Sonra o, Rəbbinə qaytarılacaqdır”. Sonra da bu adamlar ölür, amma əsl cəza axirətdə olur. “O da ona ağır bir əzab verəcəkdir!” (Kəhf surəsi, 87) Bax, “Ağır bir əzab”, dünyadakı əzab axirət əzabının yanında heç qalır.
“İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir”. Allaha iman edəcək. Bu necə olar? İman həqiqətləriylə, Quran möcüzələriylə, vicdanından istifadə edərək bunu əldə edəcək. Sonra nə edəcək? Səmimi olacaq. Səmimi olmazsa olmur. İman və səmimiyyət qarşılıqlıdır. Yəni bir bütündür.
ZÜLQƏRNEYN HEKAYƏSİNDƏ MEHDİYYƏTƏ İŞARƏLƏR VARDIR
“Biz ona əmrimizdən asan olanı buyuracağıq”. (Kəhf surəsi, 88) Mehdiyyət necə bir iş görəcəkmiş? Dini asanlaşdıran bir iş görəcək. Quran buna işarə edir. Mehdi (ə.s)-ın da vəzifəsi bu olacaq. Çünki bir zaman deyə bir hadisədən bəhs edir. Yəni Zülqərneyn hekayəsi keçmişdə olan bir hekayəni bizə izah edib, bunu bir nağıl kimi dinləyin demir. Allah orada ibrət, nümunə və xatırlatma olduğunu söyləyir. Yəni biz xatırlayacağıq onu. Müqayisə edəcəyik və deyəcəyik ki, “Bax, bu eynisidir. Mehdiyyətdə də eyni şeylər olur”.
“Sonra o, yoluna davam etdi”. (Kəhf surəsi, 89) Neçənci ayə? 89. Deməli 89 bir dönüş nöqtəsidir. 1989-cu il, 1999-cu il, 2009-cu il, 2019-cu il.
“88-də asanlaşdıracağıq” deyir.
Deməli 88-də bir fərahlıq var.
“Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq”. (Kəhf surəsi, 90) Deməli dəniz kənarında bir yerə gələcək. Çünki dəniz kənarında çimərliklər vardır, insanlar paltarla gəzməzlər, daha açıqdır. Məsələn, xanımlar dekolte olar, bəylər dənizə girərlər.
“Bax belə! Biz onun başına gələnlərin hamısından xəbərdarıq”. (Kəhf surəsi, 91) Yəni Mehdi (ə.s) demaqoqluqla danışmayacaq. Köklü və qısa danışacaq, tam hədəfə istiqamətli, hikmətli. Sözü uzadıb özünü bəyəndirməyə çalışan deyil, tam mövzunun özünə yönəlmiş, hikmətli, qısa, təsir edici, tam əhatəli və tam həll edici danışıqacaq.
“Sonra o, yenə yoluna davam etdi”. (Kəhf surəsi, 92). Deməli 1992-ci il də bir dönüş nöqtəsidir.
KƏHF SURƏSİNDƏN MEHDİYYƏTİN PKK-YA QARŞI MÜBARİZƏ APARACAĞINI ANLAYIRIQ
“Nəhayət, iki dağ arasına gəlib çatdıqda”. Yəni sonda PKK ilə mübarizəyə girəcək. “İki sədd”. Yəni dağlıq bölgə olan Türkiyə ilə İraq arasındakı sədd var orada, bilirsiniz. Minalı ərazilər var, tikanlı məftillər var. Bu sədddir. Suriya ilə olan sədd var. İki sədd. Yəni Suriya və İraq sərhədi. Oradakı səddlər necə olur? Ümumiyyətlə mina, minalı ərazi istifadə edilir. Tikanlı məftil çəkilir və yaxud bir sədd olaraq betondan divar tikilir. “iki dağ arasına gəlib çatdıqda” -deyir. Yəni orada belə fəaliyyətlərinə davam edəcək. Dəccaliyyətə qarşı bir mübarizə aparacaq.
“Əbcədi 2015-ci il”.
Tam içində olduğumuz tarixi verir. Deməli bu tarixdə PKK ilə mübarizə çoxalacaq. Mehdiyyətin liderliyində müdhiş bir sıxlaşma olacaq.
“onların ön tərəfində az qala söz anlamayan bir tayfaya rast gəldi”. (Kəhf surəsi, 93) Yəni PKK-lılar. Başqa dildə danışmağa israrla davam edir. Bildiyi halda türkcə danışmamağa diqqət yetirir. Söz eşitdirə bilmirsən. Mövzunu izah edirsən özünü bilməməzliyə vurur. Mehdiyyət cəhətdən baxdığımızda PKK-ya işarə edən bir ayədir.
YƏCUC VƏ MƏCUC ANARXİYA VƏ TERROR HƏRƏKƏTLƏRİNƏ İŞARƏDİR VƏ SONDA BU MÖVZUDA MEHDİDƏN KÖMƏK İSTƏNİLƏCƏK
“Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc tayfaları yer üzündə fitnə-fəsad törədirlər”. Deməli bu marksist, kommunist dəstəsi, PKK-lılar yer üzündə təxribatçılıq, fitnə-fəsad və terror çıxaracaqlar. İnsanlara iztirab verəcəklər. Sonda insanlar Mehdi (ə.s)-a gəlib, “Bu mövzunu həll et, bu mövzunu düzəlt” deyə Mehdi (ə.s)-a müraciət edəcəklər, bu aydın olur.
“Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?” (Kəhf surəsi, 94) Yəni Mehdi (ə.s)-a pul təklif edirlər. Bu, Quranın işarəsidir. Mehdi (ə.s) belə bir şeyi əsla qəbul etməz. Amma aramıza bir sədd, mənəvi bir sədd, elmi, məntiqli bir sədd, yəni bu terroru, anarxiyanı dayandıracaq hər şey; hərbi, elmi həll də daxil olmaqla mənəvi bir sədd.
Sungur qardaş deyir: “Sən Zülqərneyn səddi oldun. O səddi aşıb bizə gələ bilmirlər”. Nə demək istəyir? Mənəvi sədd. Burada nəzərdə tutulan maddi və mənəvi sədlərin hamısıdır. Biz də bir Mehdi qabaqcılı olaraq dəccaliyyətə qarşı həqiqətən bir sədd meydana gətiririk, bir növ sədd. Amma Mehdi (ə.s) sözün əsl mənasında sədd meydana gətirəcək.
“O dedi: “Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır””. Bəli, “Mənim onsuz da rahatlığım yerindədir” -deyir. “Sizdən ev, köşk, saray heç bir şey istəmirəm, pul da istəmirəm. “Siz mənə insan qüvvəsi ilə, yəni sözünüzlə, bədəninizlə kömək edəcəksiniz”. Yəni “hərbi güclə, təbliğat gücünüzlə, təbliğ gücünüzlə, danışıq gücünüzlə, radionuzla, televiziyanızla mənə kömək edin” -deyir.
“Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim”. (Kəhf surəsi, 95) Bəli, güc bu hərbi güc. “Möhkəm maneə” də yenə hərbi maneə. Həm mənəvi iş, həm hərbi maneə.
““Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda: “Körükləyin!” – dedi”. Dəmir parçaları nədir? Tanklar dəmir parçalarıdır. Toplar dəmir parçalarıdır. Silahlar nədir? Dəmir parçalarıdır. Tank, 60 ton ağırlığında filan dəmir parçasıdır. Haubitsalar (top) filan da 5 ton, 10 ton ağırlığında dəmir parçalarıdır. O dövrdə istifadə ediləcək ağır silahlar.
“Dəmir közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!” – dedi”. (Kəhf surəsi, 96) “Qızdırın” deyir; yəni onların atəş etməsi, atəş halına gəlməsi; çünki silah soyuq və sakit bir cisimdir, amma qızdırıldısa, ağızından alovlar, atəşlər saçar. Nəticədə düşmənləri təsirsiz hala gətirər. Bir istiqamətiylə ona işarə edir. “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!” -deyir. Yəni yaxşıca möhkəmləndirəcəyi, sistemi yaxşıca oturdacağı aydın olur. Yəni bu mübarizədən sonra sistemin üzərinə ikinci bir sədd də meydana gətirəcəyi aydın olur. Qətran da misdir. Yəni bir elektronik sədd də ediləcəyi, elektronik istiqamətdən tədbirlər də alınacağına da işarə etmiş olur.
“Yəcuc və Məcuc tayfaları nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər”. (Kəhf surəsi, 97) Yəni PKK-ya qarşı elə möhkəm bir müdafiə qurur və onları elə möhkəm bir dağıntıya uğradır ki, bir daha onun nə üstünə çıxa bilirlər, nə də o sistemi dəlib keçə biləcək bir sistemləri olur. Yəni artıq sistem kamil mənada oturur. Dəccaliyyət, yəni PKK düşüncəsi, Firon zehniyyəti tamamilə ortadan qalxır.
“Zülqərneyn dedi: “Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəbbimin vədi gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir””. (Kəhf surəsi, 98) “Hər şeyi Allah edir” -deyir. “Bunu da Allah etdi” -deyir. “Rəhmət”, Allahın sevgisindən bir gözəllik, Allah meydana gətirir. Vaxtı, zamanı gəlincə də nə PKK qalar, nə onlar üçün edilən hərbi tədbirlər, sistemlər qalar. Heç bir şey qalmaz, hamısı darmadağın olar, ayə ona işarə edir. “Qiyamət onsuz da çox yaxındır” -deyir, mehdiyyətə baxdığını da oradan anlayırıq. Yəni bu tip ayələrdə dərhal qiyamətə keçilirsə, hadisə mehdiyyətlə əlaqədardır, Axırzamanla əlaqədardır. Yəcuc və Məcuc mövzusunda, dabbə mövzusunda, hamısında həmişə sonunda qiyamətdən bəhs edilər. Baxın, Quranın hamısında bu şəkildədir. Duxan zühurunda da eyni şəkildədir.
DUXAN ZÜHURU DÜNYADA MEYDANA GƏLƏN İQTİSADİ, SİYASİ, İCTİMAİ HƏR CÜR BÖHRAN VƏ ÇƏTİNLİKDİR
Duxan zühuru da anarxiya, terror, bahalılıq, böhran mənasında, hər cür çətinlikdir. İndi dünyada yaranan böhran budur. Ayədə deyilən tüstü zühuru budur, yəni o, bildiyimiz klassik tüstü mənasında deyil. Yəni şiddətli çətinlik, şiddətli narahatlıq, iqtisadi böhranlar, anarxiya, terror hər cür çətinlik.
“O gün Yəcuc və Məcuc tayfalarını axışıb bir-birinə qarışmış halda buraxarıq. Sur üfürülən kimi məxluqatın hamısını bir yerə toplayarıq”. (Kəhf surəsi, 99) O küfr artıq yerdən dirildilib qaldırılacaqlar. Onlar “axışıb bir-birinə qarışmış halda” dediyi odur. Yəni ağlasığmaz bir izdiham şəklində olacaq. Sonda onsuz da bir hədəfə doğru qaçırlar. Yəni onsuz da ayədə belə “çəyirtkə sürüləri kimi” deyir. “Çəyirtkə sürüsü necə bir-birinə qarışır, bax onlar da belə bir-birinə qarIşaraq gedəcəklər, bir-birləri içərsində də qarışacaqlar” -deyir. O, onsuz da qiyamət, yəni qiyamətdəki dirilişlərində düşdükləri haldan bəhs edilir.
“O gün Biz Cəhənnəmi kafirlərə aşkar göstərərik”. (Kəhf surəsi, 100) Allah necə intiqam alacağını da söyləyir. Hər istiqamətiylə cəhənnəm onları tam əhatə etmiş olur.
“O kəslərə ki, gözlərinə Məni anmamaq üçün pərdə çəkmişdilər,” PKK dinsiz, imansız, Allahsız, Kitabsız olduğu üçün, kommunist zehniyyətdə olduğu üçün Quran o məntiqin ilk halına diqqət çəkir, dünyadakı halına diqqət çəkir.
“özləri də eşidə bilmirdilər”. (Kəhf surəsi, 101) İndi dinləməyə dözə bilirmi? Danışa bilmirsən, Mardinə gedə bilmirsən, Siirtə gedə bilmirsən, bir şey danışmağa qoymurlar, Allahdan bəhs etməyə imkan vermirlər. Heç bir şəkildə haqqı və doğrunu deməyə imkan vermirlər. Söyləyənə də silahlı hücum olur.
“Olmaya, kafirlər Məni qoyub qullarımı özlərinə dost tutacaqlarını güman edirdilər?” Məsələn, Allahı buraxıb Abdullah Öcalanı özünə vəli edir. Onu haşa ilah kimi görür. Onsuz da o da deyir, “Mən tanrı oldum”. Onlar da onu tanrı kimi görürlər. Ona tabe olurlar. O nə desə onu dinləyirlər. Ayənin ifadəsi, əlbəttə, bir istiqamətiylə açıqdır.
“Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq”. (Kəhf surəsi, 102) Yəni Allah möminlərin könülünün rahat olması üçün intiqam alacağını söyləyir. Gücü yoxdur küfrün, əvvəl-axır gedəcəkləri son yer cəhənnəmdir. Bütün dinsiz, imansızların hamısına onsuz da Allah “Onlara müjdə ver” -deyir. “Hamısını cəhənnəmdə yerləşdirəcəyəm” -deyir. Allah deyir: “Orada onlardan intiqam alacağam” və “cəhənnəm atəşiylə hər istiqamətdən onları əhatə edəcəyəm”.
“De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi?” (Kəhf surəsi, 103)
“O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər”. (Kəhf surəsi, 104) Məsələn, PKK-lılar bu dinsiz, imansız dəstəsi ağlasığmaz bir səy göstərir və çox məqsədəuyğun hərəkət etdiklərini, doğru düşündüklərini iddia edirlər. Həqiqətən qəhrəman olduqlarına, igidlik göstərdiklərinə, insanları qurtardıqlarına inanırlar. Quran ayəsi ona diqqət çəkir. “Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən”, onsuz da açıq-aşkar Allahı inkar etdiklərini söyləyirlər, ayələrini inkar etdiklərini açıq-aşkar söyləyirlər.
KÜFRÜN BÜTÜN ETDİKLƏRİ BOŞA ÇIXACAQ
“… buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”. (Kəhf surəsi, 105) Əlbəttə, bütün etdikləri boşa çıxır. Bütün ömrü dağlarda keçir, əziyyətlər içərisində keçir, amma etdikləri boşa çıxır. “… əhəmiyyət verməyəcəyik”, yəni “sorğu sual da etməyəcəyik, onsuz da günahı məlumdur, ortada olduğu üçün birbaşa cəhənnəmə atacağam” -deyir Allah.
“Kafir olduqlarına, ayələrimi və elçilərimi lağlağıya qoyduqlarına görə onların cəzası Cəhənnəmdir”. (Kəhf surəsi, 106) Namazla lağ edirlər, Quranla lağ edirlər, peyğəmbərlə lağ edirlər. “Bu etdiklərinizin qarşılığı olaraq sizi cəhənnəmə atacağam” -deyir.
“İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır”. (Kəhf surəsi, 107) Mehdiyyət ruhuyla hərəkət edənlər, onların yeri də cənnətdir. Firdovs cənnətləri, Ədn cənnətləridir.
“Onlar orada əbədi qalacaq, oranı başqa bir yerə dəyişmək istəməyəcəklər”. (Kəhf surəsi, 108)