AXIRZAMAN VƏ MEHDİYYƏT İLƏ ƏLAQƏDAR YENİ HƏDİS İZAHLARI
MEHDİNİN DÜŞMƏNLƏRİNİN ÜRƏYİNƏ ALLAH TƏRƏFİNDƏN QORXU SALINACAQDIR
İmam Baqir (ə.s): “Qaim imam Mehdiyə, düşmənlərinin ürəyində Allah tərəfindən qorxu oyandırılaraq kömək ediləcək”. (Kemaluddin, cild 1, bab. 32, h. 16, səh. 603)
Hz. Mehdi (ə.s)-dan bir şəkildə qorxacaqlar.
PEYĞƏMBƏRİMİZ (S.Ə.V), HZ. MEHDİNİN BÜTÜN ELMLƏRİ BİLƏCƏYİNİ SÖYLƏYİR
Peyğəmbərimiz (s.ə.v) fərman edib buyurdu; “Bilin ki, Mehdi bütün elmlərin varisidir, bütün elmləri bilməkdədir”. (Necmus-Sagib, səh. 193)
MEHDİNİN TƏLƏBƏLƏRİ İTAƏTDƏ ÇOX ƏZMKARDIRLAR
Peyğəmbər əfəndimiz (s.ə.v) İmam Mehdinin köməkçilərini tanıdarkən belə buyurdu, fərman etdi: “Onlar imamlarına itaət etmə mövzusunda çox əzmkardırlar. (Yevmul-Halas, səh. 223)
MEHDİ VƏ TƏLƏBƏLƏRİ MİNİK VASİTƏLƏRİNDƏ ALLAHI TƏSBEH EDƏRLƏR
Mehdi tələbələri miniklərinin üzərində Allahı təsbeh edərlər. (Bihar-ül Envar, cild 52).
Yəni minik vasitələrində davamlı Allahı təsbeh edərlər.
MEHDİNİN TƏLƏBƏLƏRİ ONU CANLARIYLA QORUYARLAR
İmam Sadiq belə buyurmuşdur; “İmam Mehdinin sevdikləri çöldə həzrətin ətrafında pərvanələr kimi dönərlər, öz canları ilə onu qoruyarlar. (Bihar-ül Envar, cild 52, səhifə 308).
Deməli tələbələri, onun ətrafında pərvanələr kimi dönərək onu qoruyacaqlarmış. İnşaAllah Mehdiyə tələbə olaram.
MEHDİ VƏ TƏLƏBƏLƏRİ ŞƏHİD OLMAQ ÜÇÜN DUA EDƏRLƏR
Mehdi və tələbələri, onlar Allah yolunda şəhid olmağı arzu edərlər (dua edərlər). (Bihar-ül Envar, cild 52, səhifə 308)
Açıb baxsınlar, Allahdan həmişə şəhadət istəyərlər, şəhid olmaq üçün dua edərlər deyir.
MEHDİ VƏ TƏLƏBƏLƏRİ İSTƏSƏLƏR DAĞLARI YERİNDƏN QOPARDARLAR
İmam Əli Kərəmullahi Vəchə onları tanıdarkən belə buyurmuşdur: “Onlar yuvalarından çıxmış aslanlar kimidirlər, istəsələr dağları yerindən qopardarlar”. (Yevmu’l-Halas, səh. 224)
MEHDİ VƏ TƏLƏBƏLƏRİ CANLARINI ALLAH YOLUNDA FƏDA ETMƏKDƏN ÖTRÜ QÜRURLANMAZLAR
“Mehdi və tələbələri, onlar səbirlərindən və dözümlərindən ötrü Allaha minnət etməyə cəhd edən kəslər deyildirlər. Canlarını Allah yolunda fəda etməkdən ötrü də qürurlanmazlar” –deyir. (Yevmu’l Halas, səhifə 224)
“Biz bu qədər çətinliyə düşdük, Ya Rəbbi, bu qədər əzab-əziyyət çəkirik bunu bil” kimi haşa, belə bir üslub içində deyildirlər deyir.
MEHDİ VƏ TƏLƏBƏLƏRİ BİR-BİRLƏRİYLƏ UYĞUNLUQ İÇİNDƏDİRLƏR
İmam Əli Kərəmullahi Vəchə belə buyurdu: “Mehdi tələbələri, onların ürəkləri birdir, bir-birləri ilə uyğunluq içindədirlər”. (Yevmel-Halas, səh. 223)
İNSANLARIN ZÜLMDƏN QAÇIB SIĞINACAQLARI YER TAPA BİLMƏMƏLƏRİ HZ. MEHDİNİN ÇIXIŞ ƏLAMƏTİDİR
“Mehdi zamanında möminlər zülmün şərindən və fəsaddan qaçıb sığınacaq bir yer tapa bilməyəcəklər”. (İkdud-Durer, səh. 73)
Hadisələri görürsünüz.
SÜFYAN İNSANLARIN ƏN ALÇAĞIDIR
İmam Sadiq (ə.s) deyir: “Əgər Sufyanı görsən, demək ki, insanların ən alçağını görmüsən”. (Kemal’üd-Din, cild 2, bab. 57, h. 10, səh. 557.)
Yəni hz. Mehdi (ə.s)-ın mübarizə apardığı zidd sistem.
MEHDİNİN ZÜHURUNDAN ƏVVƏL CAHİL BƏZİ KƏSLƏR, “ALLAHIN MEHDİYƏ EHTİYACI YOXDUR” DEYƏCƏKLƏR
Əsbağ ibn Nəbatə deyir ki, Əmirəlmöminin hz. Əli (ə.s), hz. Mehdi (ə.s) haqqında danışarkən belə buyurdu: “O (Mehdi)-nin zühurundan əvvəl cahillər, “Allahın Ali Məhəmmədə ehtiyacı yoxdur” -deyəcəklər”. (Kemal’üd-Din, cild 1, səh. 302)
Yəni “Hz. Mehdi (ə.s)-a ehtiyacı yoxdur deyəcəklər” -deyir.
MEHDİ YAŞLI OLMASINA BAXMAYARAQ GƏNC GÖRÜNƏCƏK
“Qaim Allahu Təala onun (Mehdinin) ömürünü uzadacaq, sonra öz qüdrəti ilə onu qırx yaşından daha gənc görünüşlü olaraq aşkar edəcək”. (Kemal’üd-Din, cild 1, səh. 305)
Yəni yaşlı olmasına baxmayaraq ümumi 40 yaşında görünəcək. Məsələn 60 yaşında, 70 yaşında və yaxud başqa cür bilmirəm. Gördüyümüzdə anlayacağıq.
MEHDİ İNSANLARIN DÜŞÜNCƏLƏRİNİ QURANA YÖNLƏNDİRƏCƏK
Hz. Mehdi (ə.s) şəxsi fikirlər Qurani Kərimin önünə keçdiyində də, düşüncələri Qurana doğru yönləndirəcək və onu cəmiyyətə hakim edəcək. (Nehc’ul Belağa, Hutbe 138)