EFİR MADDƏSİ ÖLÜM ANINDA BÜTÜN HÜCEYRƏLƏRƏ ÖLÜM XƏBƏRİNİ YAYIR
Can verərkən insanın ruhu çıxır. Məsələn, bir yol qəzası olur, can verir. Burun çökər kənarlardan, gözündən yaş gəlir belə, göz kiçilər geriyə doğru gedər. Göz bəbəkləri filan da kiçilər, yəni göz çuxurda olar. Baxışlar mənasızlaşar. Allahın icazəsiylə ruhunu təslim etmiş olur. Onsuz da ailələr deyirlər, nuru getmiş, tamam deyirlər. Can vermə geri qayıdışı olmayan bir şeydir. Komada geri qayıtma vardır, lakin can vermədə geri qayıtma olmaz. Mütləq ölümlə nəticələnər. Bədən anlamışdır deyir, bütün hüceyrələr ölüm xəbərini bir-birinə yayır. Ayaq barmaqlarından tutmuş beyninə qədər bütün bədəndə efir maddəsi Allahın diləməsiylə xəbəri yayır. Yəni artıq gedəcək. Amma son bir dəfə özünü toplaması, tövbə etməsi üçün, Allaha sevgisini təqdim etməsi üçün son bir canlılıq verilər, qısa, can vermə anında adam birdən canlanar. Tərəfdarları da çox sevinərlər, xilas olur hərhalda deyə, həqiqətən düzəlməyə doğru hərəkətlər edər. Halbuki o, son ölüm əlamətidir. Orada tövbə edir, yaxud necə qiymətləndirsə o anı. Ondan sonra ruhu alınar. Rəsulullah (s.ə.v) mənim canım şəhid olacağını bilirdi, əlini yuxarı qaldırdı, “Rəfiq-i Alaya” -dedi. Mükəmməl, mükəmməl, mükəmməl. Yəni ölüm anı mütləq bilinər. Rəsulullah (s.ə.v) bilirdi. “Rəfiq-i Alaya” -dedi, sonra əli düşdü.
BİZİM ANLADIĞIMIZ MƏNADA RUHU OLMAYAN, ŞÜURU BAĞLI VARLIQLAR VARDIR
Bəzən qəribə doğumlar olur. Məsələn, bədəni bir-birinə yapışıq, başdan yapışıq. Pişiklərdə filan da olur, insanlarda da olur. Bu varlıqlar insanların bildiyi kimi deyil. Yəni bunların ruhu olmaz. Canlıdır amma ruhu olmaz. Allah ibrət olaraq yaradar. Amma bu Allahın gizli bir sənətidir və bu gizli bir sirrdir. Mələk kimi yaradılmış varlıqlardır. Hərəkət edər, danışar, amma bizim bildiyimiz tərzdə bir şüuru yoxdur.
Məsələn, cəhənnəm əhlinin bizim anladığımız mənada bir ruhu yoxdur. Çünki açıq şüurda mütləq Allaha inanılar. Yəni açıq şüurda Allaha inanmamaq gücü insana verilməmişdir. Taqəti çatmaz. Şüuru açıq bir insanın elə bir çirkin cəsarətə gücü çatmaz. Bağlı bir şüurla yaradılır, ondan sonra Allaha söz söyləyir, peyğəmbərə söz söyləyir. Amma şüuru bağlı olmuş olur. Bizim bildiyimiz bir şüur şəklində deyil.