PEYĞƏMBƏRİMİZ (S.Ə.V), MEHDİNİN HZ. ƏBUBƏKR VƏ HZ. ÖMƏRDƏN ÜSTÜN OLACAĞINI BİLDİRMİŞDİR
İbni Şirindən nəql edilmişdir; Peyğəmbərimiz (s.ə.v)-dən Mehdi (ə.s)-ı soruşurlar, “Əbubəkr və Ömərdən üstündürmü?” deyirlər; “Övladım Mehdi, Əbubəkr və Ömərdən üstündür” deyir.
Həzrəti Əbubəkr (r.ə)-ə dedilər ki, “O, Mehdi Əbubəkr və Ömərdən üstün olacağı deyilir, nə deyirsən?” deyirlər. Həzrəti Əbubəkr (r.ə), “Bəzi peyğəmbərlərdən belə üstün olacaq” deyir. Mehdi (ə.s) çox əhəmiyyətli bir insandır.
PEYĞƏMBƏRİMİZ (S.Ə.V), GİZLƏNDİYİ DÖVRDƏ MEHDİYLƏ GÖRÜŞƏN, ONUNLA İTTİFAQ EDƏNLƏRƏ MÜJDƏ VERMİŞDİR
Peyğəmbərimiz (s.ə.v) deyir ki, “Çıxışından əvvəl övladım Mehdi gizləndiyində, Əhli Beytimdən Qaim Mehdi ilə görüşən, onun müttəfiqləri ilə ittifaq edən -yəni onun dostlarıyla ittifaq edən- onun düşmənlərinə düşmən olan” yəni qarşı olan “adama gözəl xəbərlərim var” deyir . “Bu kəslər mənim yoldaşım, mənim sevdiyimdir və qiyamət günündə mənim millətimin -İslam millətinin- ən zadəgan olanlarıdır” deyir. Yəni sizə müjdə verirəm deyir. Bax; “Qaimlə görüşən, onun müttəfiqləri ilə ittifaq edən, onun əleyhinə olanlara qarşı olan adama gözəl xəbərlərim var. Bir, bu kəslər mənim dostum” deyir. Yəni Peyğəmbərimiz (s.ə.v.) qısaca olaraq, “Mən onlardan razıyam, onlar da məndən razı olarlar” deyir.
BƏDİÜZZAMAN, HİCRİ 1506-CI İLDƏ BİR İNQİLAB-I ƏZMDƏN BƏHS EDİR. YƏCÜC VƏ MƏCÜC O DÖVRDƏ ÇIXACAQ
Bədiüzzaman hicri 1506-cı ildə bir inqilab-ı əzmdən bəhs edir. Ehtimalla bu Yəcüc və Məcücün başlanğıcıdır. 1543-cü ildə ikinci bir inqilab-ı əzm, 1545-ci ildə də üçüncü bir inqilab-ı əzmdən bəhs edir. Amma bu inqilab-ı əzm son, dəhşətli bir şeydir. Onda artıq Allah dünyanı həlak edir. Yəcüc və Məcüc əzilən xalqların, bəzi insanların, təhsilsiz bəzi birliklərin, bəzi “Mançur və Monqol qövmlərin”, Bədiüzzaman deyir dünyada hərcmərclik edəcəklərini, hücum edəcəklərini, zaman-zaman tarixdə olduğu kimi, Hülakü fitnəsi kimi bir fitnə olacağını, “bunlar” deyir “əsl xüsusiyyətini mühafizə edər. Necə çəyirtkə, mövsümü gəldiyində çıxar, sonra mövsümü keçdiyində geri gedər, bu Mançur və Monqol qövmləri də, Axırzamanda mühit uyğun olacağı üçün, bütün insanlığa qarşı bir kin iddiasıyla üsyan edəcəklər” deyir.
Bu səbəbdən “təpələrdən aşdıqlarını görərsiniz” deyir. Söhbət dünyanı zəbt etmələrindən gedir. O dövrdə onsuz da din yaşana bilmir, uzun müddət yaşana bilməyəcək. Bəlkə içində Çin də olacaq. Avropaya və Amerikaya, hər yerə hücum edəcəklərini söyləyir. İkinci şey də qarşı hərəkət, 1543-cü il kimi. 1545-ci ildə də son, son inqilab-ı əzm. “Hicri 1506 kimi” deyir, “bir möhtəşəm, böyük bir camaatın son zamanlarına baxar” deyir. Yəni hz. Mehdi (ə.s) camaatının son zamanlarına -1506-cı il, artıq tələbənin tələbələrinin yaşlılıq dövrü, son. Onlar da ancaq aparırlar, 1506-cı il.