Header

Hörmətli Adnan Oktarın yeni izahları (17 yanvar 2016)

Aa4a

MÜNAFİQ HƏR MÜSƏLMANI NARAHAT ETDİYİNDƏ, ALLAHIN BƏLA VERMƏSİNƏ BİR ADDIM DAHA YAXINLAŞMIŞ OLAR. MÜSƏLMANIN DA SAVAB QAZANMASINA VƏSİLƏ OLAR

Münafiqin bir xüsusiyyəti də müsəlmanı narahat etmək istəməsidir. Nə qədər zərər verə bilirəm o qədər zərər verim düşüncəsində olar. Yəni sözüylə narahat etmək istəyər, danışığı ilə narahat etmək istəyər, pislik edəcəyini üstüörtülü şəkildə demək istəyər. Öz düşüncəsinə görə kiçik, balaca bir zərər belə onun üçün çox əhəmiyyətlidir. Halbuki o, müsəlmana hər dəfə savab qazandırar, hər dəfə də özünə bir bəla qazandırar. Addım-addım o, özünü cəhənnəm çuxuruna doğru yaxınlaşdırır. Hər söhbətində cəhənnəmi bir az daha genişlənər. Hər müsəlmanı narahat etdiyində, cəhənnəm onu bir az daha özünə doğru çəkər və dünyada da o bəlalar onun bir az daha ətrafını bürüməyə başlayar. Məsələn, bir şişin ilk hüceyrəsi Allahdan əmr alar. Sən münafiqlik edirsən, amma hüceyrəyə səsini belə çıxara bilmirsən.

O səni bürüyər. Allah bəlanı verər. Sən özünü çox müstəqil zənn edirsən. Bax, “Mənim dilimi kimsə anlamaz, danışmağımı kimsə anlamaz.” Sən nəticədə yazıq bir varlıqsan. Yəni nəsən? Yemək yeməsən ölərsən, nəfəs alıb verməsən ölərsən. Hər şeyə möhtacsan. Yazıqsan. Hara təkəbbürlənirsən? Bu dərin dövlət işçilərində belə bir Allahlıq iddiası olur, böyüklük iddiası. Yəni xalqdan fərqli olmaq. Xalqın oxumadığı kitabları oxumaq, xalqın bilmədiyi şeyləri bilmək, xalqın zəkasının üstündə olmaq, xalqdan daha ağıllı olmaq, xalqın görüşə bilmədiyi adamlarla görüşmək, xalqın bilmədiyi planlar qurmaq, xalqın bilmədiyi hiyləli hadisələrin içərisinə girmək. Əxlaqsız; bunun nəticəsində yalnız çökürsən, məhv olursan yəni və sürünürsən, narahat yaşayırsan, Allah bəlanı da verir. Addım-addım bəlanın içinə yaxınlaşırsan. Mömin də hüzur içində yaşayır.

AYƏ ŞƏRHLƏRİ

“Geri qalan bədəvilər sənə: “Var-dövlətimiz və ailələrimiz bizi döyüşə getməkdən yayındırdı.” (Fəth surəsi, 11) Yəni anam buraxmadı, atam buraxmadı, malım vardı, məhz yoldaşlarım buraxmadı. Sən Allah üçünmü yaşayırsan, ailən üçünmü yaşayırsan, yoldaşların üçünmü yaşayırsan? Allah üçün yaşayırsansa, öz qərarını özün verəcəksən. “Ailən harada?” deyirəm, “Çöldə” deyir. “Çölə harada?” deyirəm, “Beynimin içində” deyir. Beyninin içindəki görünüş sənə necə təlimat verir ki, səni İslam yolundan yayındırır? Bu qədərmi ağlın zəifdir? “Beynimin içindəki görünüş mənə icazə vermədi” deyir. Allah sənə “get” deyir. Beyninin içindəki görünüş də “getmə” deyir. Sən Allahı dinləsənə. Beyninin içindəki görünüşü niyə dinləyirsən? “Çox canlıdır” deyir, “gerçəkmiş kimi” deyir. Gerçəkmiş kimi olması, əhəmiyyətli deyil. O bir xəyal. Mütləq gerçək olan Allahdır.

Şeytandan Allaha sığınaram; “Doğrusu, siz elə zənn edirdiniz ki, Peyğəmbər və möminlər heç vaxt öz ailələrinə qayıtmayacaqlar.” (Fəth surəsi, 12) Yəni bir daha işini itirəcəyi, məktəbini itirəcəyi, yoldaş kütləsini itirəcəyi, bir daha dönə bilməyəcəyi, öləcəyi, yaralanacağı, sui-qəsdə uğrayacağı. Sən orada qalırsan, gedirsən; Müsəlmanlar uzun-uzadı yaşayır, amma sən xərçəngdən ölürsən, avtomobil qəzasında ölürsən, beyninə qan sızmadan ölürsən, və yaxud ölmürsən, amma sürünürsən. Sözün əsl mənasında sürünürsən. Nə qazanırsan yəni? Hər anın bir sürünməklə keçir.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313