İçeriğe geç

Hörmətli Adnan Oktarın yeni izahları (2 may 2016)

 

İBRAHİM ZƏNGİN İDİ. ALLAH QURANDA HZ. İBRAHİMİ ZƏNGİN ETDİYİNİ BİLDİRMİŞDİR. EYNİ MƏLUMAT TÖVRATDA DA KEÇİR

 

Hz. İbrahim (ə.s) çox zəngin idi. Quran ayəsində, zəngin olduğu açıqca ifadə edilir. Eyni şəkildə Tövratda da yaradılış hissəsi 24: 34-36. “Adam, “Mən İbrahimin xidmətçisiyəm” -dedi. “Rəb əfəndimi sonsuz müqəddəs hesab etdi””. Yəni “hz. İbrahim (ə.s)-ı sonsuz müqəddəs hesab etdi”. Deyir Allah. “Və onu zəngin etdi. Ona davar, mal, qızıl, gümüş, kölələr, nökərlər, dəvələr, eşşəklər verdi. Arvadı Sara, yaşlı vaxtında əfəndimə bir oğul dünyaya gətirdi. Əfəndim sahib olduğu hər şeyi oğuluna verdi” -deyir. Hz. İshaq (ə.s).

Yaradılış hissəsi 26: 12-13, “İshaq o ölkədə əkin əkdi və əkdiyinin yüz qatını biçdi”. Allah bərəkət verir. “Rəb onu müqəddəs hesab etmişdi. İshaq bolluğa qovuşdu. Varlığı getdikcə böyüyürdü. Çox zəngin oldu”. Bax, Tövratda “zəngin oldu” demir. “Çox zəngin oldu. Sürülərlə davar, mal və bir çox xidmətçi sahibi oldu”. “Filistililər” o zamanın bütpərəst qövmü idi. O dövrdə Filisti deyə qövm vardı. Getdilər “Fələstin” deyə adamlar o bütpərəstlərin adını özlərinə götürdülər. Qardaşım, sən müsəlman adamsan.

Bütpərəst adını niyə götürürsən? Haranın Filistisi? Sən müsəlman adamsan. Hz. İsmayıl (ə.s)-ın övladısan. Filistiylə əlaqən yoxdur. Çox böyük səhv etdilər. Onu düzəltməlidirlər. Yəni Fələstin deyilməməlidir. “Onu qısqanmağa başladılar”. Kimi? Peyğəmbəri qısqanırlar. Filistililər hz. İshaq (ə.s)-ı. “Avimələk İshaqa, “Ölkəmizdən get” dedi, “Çünki gücün bizim gücümüzü keçdi””. Bax, ta o zamanlar yəhudiləri qovma, göndərmə düşüncəsi var. Görürsünüzmü? İbrahim (ə.s)-ın övladlarını. Qısqanır, zənginliyini qısqanır. “Get” -deyir. Hara gedəcək? Öz ölkəsi, atasının yeri.

Yaradılışda 30:43, Hz. Yaqub (ə.s) da çox zəngin yəni hz. İsrail (ə.s). “Yaqub sonsuz zənginləşdi. Çox sayda sürü, nökər, kölə, dəvə, eşşək sahibi oldu”. İndi köləsi var, amma kölə paşa kimi yaşayır. Nökəri var, amma şahzadə kimi yaşayır. Yəni bizim bildiyimiz kimi deyil. Eşşək o zamanın avtomobilidir. Çox əhəmiyyətlidir yəni. Eşşək deyib keçməyəcəksən. Atlar, qoyunlar, davarlar, onsuz da çadır həyatı yaşayırlar. Süd, kərəyağı, yəni bol-bol.

 

MAL PAYLAYARKƏN HESABA VURMAQ, QRAMA ÖLÇÜYƏ VURMAQ MÖMİNƏ YARAŞMAZ. MÖMİN MALINI HESABSIZCA GÖZƏLLİKLƏ VERƏR, SÖZÜNÜ ETMƏZ

Sad surəsi 35-ci ayədə hz. Süleyman (ə.s), “O dedi: “Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən Bəxşedənsən”. Allahdan zənginlik istəyir. “Həqiqətən, Sən Bəxşedənsən”. Allah cinləri belə əmrinə verir. Müdhiş bir texnologiya təqdim edir.

Sad surəsi, 39-cu ayədə. “və buyurduq: “Bu Bizim hədiyyəmizdir!” “Mənim payladığım” deyir Allah. “Bunlardan istədiyinə versən də, verməsən də səndən haqq-hesab tələb olunmayacaqdır”. Bax eyni, hz. Mehdi (ə.s) kimi. “Mehdi də hesaba vurmadan paylayacaq” deyir “malı”. Hesaba niyə vurmur? Çünki müsəlmanlıqda vəlayət sistemində elə bir şey yoxdur. Hesaba vurursa bir xəsislik vardır. Sən kasıba mal paylayırsan, kiloyla niyə verirsən? Gücünün çata bildiyi qədər ver qucağına, göndər. Paltar daşıya bildiyi qədər ver. Yemək daşıya bildiyi qədər ver. Niyə dartırsan? Niyə qrama vurursan? Paylayarkən qrama vurmaq, tərəziyə aparmaq İslam əxlaqına yaraşmaz. Ovuc-ovuc paylayacaqsan. Bol-bol paylayacaqsan. Quran ona diqqət çəkir, “hesaba vurmadan”. “Hesaba vurma” -deyir. Bu qədər payladım deməyəcəksən. Bu qədər verdim də deməyəcəksən. Zibil kimi, kasıba füqəraya elə paylanar.

Yusuf surəsi, 54-56-cı ayələrdə, “Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik” -deyir Allah. “Güc və imkan (hökmranlıq)” Yəni zənginlik, mal, mülk, iqtidar, hər şey. “Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik” -deyir Allah.

 

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz