“DİN ALLAHIN OLANA QƏDƏR” DEMƏK, ŞİRKDƏN (ŞƏRİK QOŞMAQDAN)TƏMİZLƏNİB SAF OLARAQ ALLAHA TƏSLİM OLMAQ MƏNASINDADIR
Şirkdən uzaq durmaq lazımdır. Hər şeyi Allah yaradır. Adam deyir: “Əşyanı belə qoymasaydıq aşmayacaqdı”. Əşyanın qədəri (taleyi) vardır, qədərində olduğu üçün aşar. “Belə qoymasaydıq qırılmayacaqdı”. Qırılar. O əşyanın qədərində qırılma varsa, qırılar. Və yaxud “Bu insan bu sözü söyləməsəydi”. Qədərində varsa, söyləyəcək. Yaxud “Buraya getməsəydim”. Qədərində varsa, gedəcəksən. Bunlara kədərlənmək, peşman olub kədərlənmək, acı çəkmək şirkdir. Çünki Allaha güvənmirsən, Allah etdi demirsən, əşya etdi deyirsən. Əşyanı bütləşdirirsən. İnsanı Allahın yaratdığını, danışdırdığını bilməyib insanın müstəqil danışdığını zənn edirsən, ona da şirk qoşursan. Allahın ən sevmədiyi, bağışlamadığ şey şirkdir. Allah şirki bağışlamayacağını deyir. Xüsusilə gizli şirkdən çox uzaq durmaq lazımdır. “Din Allahın olana qədər” demək, yəni saf, xalis olaraq Allaha təslim olmaq, şirkdən təmizlənmək mənasındadır.
ALLAHA TƏVƏKKÜL EDİLMƏDİYİNDƏ, QORXU VƏ HÜZN ŞİRKİN CƏZASI OLARAQ İNSANA VERİLƏR
Məsələn, bir şey edir, yaxud biri bir şey danışır, bir şey istədiyi kimi olmur, yaxud bir xəstəliyə tutulur dəhşət kədərlənir, acı çəkir. Təvəkkül etsə belə olarmı? Olmaz. Təvəkkül etməmək nədir? Şirkdir. Acıya səbəb olur. Şirk qoşduğu üçün Allah tərəfindən ona cəza olaraq verilir. Nağd cəza. Bu möcüzədir. Şirk qoşduğu üçün Allah kədərlənmə duyğusunu verir, canını yandırır. Allah istəsə cəza verməz. Kədərlənmə cəzası olmamış olsa insan səhv etdiyini anlamaz, hiss etməz. Cəza olduğunda, insan etdiyinin səhv olduğunu anlayar. Amma Allah nağd olaraq cəzasını verir. Məsələn, təvəkkül etməli olduğu halda qorxsa, Allah qorxunun acısını, əzabını verir.
Məsələn, Allah: “kədərlənmə” -deyir. Bunu tövsiyə zənn edirlər, halbuki “kədərlənmə, qorxma” əmri fərz hökmdür. Onun üçün müsəlman kədərlənməkdən, üzülməkdən uzaq duracaq. Bunlar haramdır, Allaha təslim olmuş bir müsəlmanın edəcəyi bir şey deyil. Allahın etdiyinə inanırsansa, necə kədərlənirsən? Allahın etmədiyinə inanırsansa, onsuz da məhv oldun deməkdir, Allah verməsin qarşılığı cəhənnəmdir. Allah etdiyinə görə, Dostun etdiyi hər şeydə xeyr vardır. Dostun etdiyi heç bir şeyə kədərlənilməz. Allah həmişə Peyğəmbər (s.ə.v)-i də xəbərdar edib, hz. Musa (ə.s)-a: “Qorxma. Mən səninləyəm, görürəm və eşidirəm” -deyir. Allah ondakı qorxunu gördüyü üçün: “Qorxma” -deyir, çünki qadağandır. Qorxunu da yaradan Allahdır. Qorxma, əmrini verən də Allahdır, o əmrə uymağı da təmin edən Allahdır.
SƏBİR ŞİRKƏ QARŞI BİR DƏRMANDIR
Nəhl surəsi, 127-ci ayədə Allah: “Səbr et” -deyir. Bu şirkə qarşı bir dərmandır. “Sənin səbrin ancaq Allahın köməyi ilədir”. Baxın, Allah: “Sənin səbrin ancaq Allahın köməyi ilədir” -deyir. Adam mən səbr etdim deyir. Sən səbr etmədin, Allah sənə səbr etdirdi. Mən çox səbirliyəm deyir. Sənə o səbri verən Allahdır.
MÖMİN ŞİRKDƏN TƏMİZLƏNMİŞ SƏMİMİ QULLARDAN OLMAQ ÜÇÜN CƏHD GÖSTƏRMƏLİDİR
“Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də ürəyini sıxma”. (Nəml surəsi 70) Baxın, Allah: “kədərlənmə və ürəyini sıxma” -deyir. Sıxılma da şirkin meydana gətirdiyi bir narahatçılıqdır. Hüzn də eləcə, şirkdən meydana gələn narahatçılıqdır. Çünki, hamısını Allah meydana gətirir. Müsəlman bu mövqeyə çatsa, yüksək bir mövqeyə çatmış olar. Mömin sadiqlər, salehlər mövqeyinə çatmalıdır. Xüsusilə saleh mömin, yəni səmimi, şirkdən xilas olmuş mövqeyinə çatmalıdır.
Taha surəsi, 46-cı ayədə Allah hz. Musa (ə.s)-a deyir: ““Qorxmayın, çünki Mən sizinləyəm, eşidirəm və görürəm!” Onların eşitməsini kim yaradır? Allah yaradır. Onların eşitdiyini kim eşidir? Allah eşidir. Onların gördüyünü kim görür? Allah görür. Onlara görməyi kim verir? Allah verir. Bunu mömin yaxşıca beyninə həkk edəcək, qavrayacaq və bu doğru olan inancla yaşayacaq. Əks halda, “mən etdim” desən zülm etmiş olarsan, Allaha böhtan atmış olarsan. Məsələn, Allah ayədə: “Atdığın vaxt sən atmadın. Mən atdım” -deyir. Ona elə göstərilir. Mömin şirkdən şiddətlə uzaq durmalıdır. Şirk, möminin ömürü boyu diqqətli olacağı ən vacib mövzudur.
MÜNAFİQ MÜŞRİKİN ƏN ŞİDDƏTLİSİ, KAFİRİN ƏN AZĞINIDIR
Münafiq müşrikin ən inkişaf etmiş, ən şiddətli olanıdır. Kafirin ən azğın olanıdır. Münafiqin müşrikliyi klassik müşrikdən, bilinən müşrikdən qat-qat artıqdır. Çünki, münafiq hər şeyi özü etdiyini və hər şeyi başqalarının etdiyini düşünür. Əşyanın, insanların, hadisələrin, cəmiyyətin gücünə inanar, cəmiyyət onun üçün ilah kimidir. Necə ki, Allah ayədə deyir. Şeytandan Allaha sığınıram. “Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar”. (Ənam surəsi, 116) İnsanların əksəriyyətinə uyar. İnsanların əksəriyyətini ilah kimi görər. Dövlət onun üçün bütdür, ən böyük dövlət, öz dövləti deyil. Ən güclü olan kimdirsə, ən böyük büt olaraq onu görər və ona tabe olar. Məsələn, hal-hazırda münafiqlər İngilis dərin dövlətinə tabedirlər.
MÜNAFİQLƏR QRUP HALINDA YAŞAYARLAR VƏ BİR-BİRLƏRİNİ BÜTLƏŞDİRƏRLƏR
Münafiqlikdə bütlər bütlərə tabe olar. Məsələn, öz düşüncələrinə görə bir büt münafiq meydana gələr. Ona başqa bir münafiq büt tabe olar. Onu bütləşdirər. Bəzən o münafiqin də başqa bir əlaltı bütü olar. Zəncirləmə olaraq bir-birlərini bütləşdirərlər. O büt ona güvənər, o büt o birisinə güvənər. Münafiqlər, məsələn, qrup halında yaşayarlar. Hamısı bir-birini bütləşdirmişdir. O qrupu da bütləşdirər. Müdhiş bir gücə sahib olduğuna inanarlar. O bütdən də ayrıla bilməzlər. Yəni münafiqlər normal bir ictimai həyatın içinə girə bilməzlər. Münafiqdən kənar yaşaya bilməz. Onlarla birlikdə hərəkət edər.
MÜNAFİQLƏR ŞÜBHƏÇİDİRLƏR. ƏN BAŞDA PEYĞƏMBƏRDƏN ŞÜBHƏLƏNƏR. HƏR HÖKMÜNƏ AĞILSIZLIQLA, ŞÜBHƏYLƏ BAXAR, HEÇ GÜVƏNMƏZ
Münafiqlərin bütün həyatları cəhənnəm kimidir. Hər şeydən qorxarlar, hər şeydən şübhələnərlər. Kiçik bir tərpəniş onun üçün çox təhlükəli bir şeydir. Rəsulullah (s.ə.v.) dövründə həmişə elə idi. Ən başda Rəsulullah (s.ə.v)-dan şübhələnirdilər. Hər an əleyhlərinə bir şey edəcək deyə ondan qorxurdular. Heç bir hökmünə güvənə bilmirdilər. Allah ayədə deyir: “Yoxsa siz ona güvənmirsiniz? Ürəyinizdə xəstəlikmi var?”. Peyğəmbər (s.ə.v)-ın hər hökmünə şübhəylə baxırlar. Münafiq şübhəçi olar.
PEYĞƏMBƏR MÜSƏLMANLARIN XEYİRİNİ, İSLAMI DÜŞÜNƏR, MÜNAFİQLƏR ÖZ MURDAR MƏNFƏƏTİNİ DÜŞÜNƏR, BUNA GÖRƏ ÖZLƏRİNCƏ PEYĞƏMBƏRİ TƏNQİD EDƏRLƏR
(Münafiqlərin) öz dar dünyasında mənfəətçi qaranlıq bir fəlsəfəsi vardır. Məsələn, çox sadə bir məntiqlə xalqın hər kəsin anlayacağı bir məntiqlə “Bu istidə döyüşə çıxmayaq” -deyir. Onsuz da istidə döyüşə çıxılmayacağını hər kəs bilər, amma özünü gözə soxaraq sanki özü kəşf etmiş kimi söyləyir. Peyğəmbər (s.ə.v) istidə çıxılıb-çıxılmayacağını bilmir? Öz geri zəkasına görə guya Peyğəmbər (s.ə.v)-ə ağıl verib haşa Peyğəmbər (s.ə.v)-i xəcalətli edəcək. Peyğəmbər (s.ə.v)-in o qədər asan bir şeyi düşünə bilməyəcəyini haşa vurğulamaq istəyir. İnsanların gözündən salmağa çalışır, haşa. “Peyğəmbərin buna ağlı kəsmədi” demək üçün edir. Demək istədiyi budur. Sonra o özünü qurtarıcı və dürüst olaraq da göstərir. Baxın əxlaqsızı görürsünüz? İki cür alçaqlıq edir. Özünü qurtarıcı və dürüst göstərir, yəni “mən müsəlmanların mənfəətini düşünürəm. İstidə onlar həlak olmasın. Acı çəkməsinlər deyə mən bu yaxşılığı edirəm. Bu xatırlamanı edirəm” -deyir.
Münafiq çox şeytanidir. Özünü ucaltmaq və üstün göstərmək məqsədindədir. Peyğəmbər (s.ə.v)-i də xəcalətli etməyi qarşısına məqsəd qoyur. Çünki onda mübarizə eşqi yoxdur. O gələcəyini, dünyasını, rahatçılığını düşünür. Peyğəmbər (s.ə.v), islamın yayılmasını, islamın hakim olmasını, müsəlmanların rahat olmasını, təhlükəsizlik içində olmasını, zəngin olmasını düşünür. O murdar, eqoist münafiqsə öz iyrənc mənfəətlərini düşünür. Onun üçün həm Peyğəmbər (s.ə.v)-ə düşmənlik etməyə çalışır, həm də ətrafında olan kəslərə yaltaqlıq etməyə qalxır və üstünlüyünü vurğulamağa çalışır. Amma bunu, axmaq bir üsulla edir. Məsələn “evim açıqda qalıb” -deyir. İnsanları ən çox vuracaq olan nədir? Ana, ata, ailəsidir. İnsanların zəif yerindən yaxınlaşır. Peyğəmbər (s.ə.v) hər kəsin evinin açıq qaldığını bilməz?
MÜNAFİQLƏR ETDİKLƏRİ O QƏDƏR ƏXLAQSIZLIĞA BAXMAYARAQ ÖZLƏRİNİ DÜRÜST, TƏMİZ ÜRƏKLİ, YAXŞILIĞIN SİMVOLU OLARAQ GÖRƏR
Münafiqlərin qaranlığa çox ehtiyacı olar. Bir yerə gedər, şeytanla trans halına girər, şirk başında olduğu üçün də müstəqil bir varlıq olduğunu düşünərək Allahın orada onun etdiyi şeytanlıqlarını görmədiyini düşünər. Və işin qəribə tərəfi budur ki, münafiq həmişə “yaxşılıq edən adam” mövqeyindədir. Münafiqlər həmişə təmiz ürəkli, dürüst, haqsızlığa uğrayan, Peyğəmbər (s.ə.v)-i də həmişə onları haqsızlığa uğradan mövqeyində göstərən alçaqlardır. Baxmayaraq ki, Peyğəmbər (s.ə.v.) həmişə islamın mənfəətini, qurtuluşunu, xeyirini düşünürdü.
Hər münafiq çox ağıllı, çox dürüst, çox yaxşı olduğu qənaətindədir, bu çox qəribədir. Və özünü yaxşılığın simvolu olaraq görər. Halbuki davamlı alçaqlıq, əxlaqsızlıq edər. Münafiq həm də Allaha və Peyğəmbər (s.ə.v)-ə qarşı qəzəblidir. Peyğəmbər (s.ə.v)-i qısqanar, həsəd edər. Allahın ona verdiyi nemətləri, imkanları onun əlindən almağa çalışar. Peyğəmbər (s.ə.v)-in dincliyini pozmağa, onu narahat etməyə çalışırdılar. Sevdikləriylə əlaqə qurmasına maneə törətməyə çalışıb, dinc yaşamasına maneə törətməyə çalışırdılar. Öz fikrincə Peyğəmbər (s.ə.v)-i qorxutmağa çalışırdılar. Xəbər kanallarını bağlamağa çalışırdılar. Tənqid etməyinə maneə törətməyə çalışırdılar.
MÜNAFİQİN MƏQSƏDİ MÜSƏLMANLARIN BİR AN ƏVVƏL DAĞILMASIDIR. ÇÜNKİ ÖZÜ GEDƏ BİLMƏDİYİ ÜÇÜN MÜSƏLMANLAR DAĞILDIĞINDA GEDƏ BİLƏCƏYİNƏ İNANAR
Onun üçün müsəlmanları dağıtmağın ən etibarlı yol olduğuna inanar. Mən getmədən əvvəl müsəlmanları dağıdım, hamımız birlikdə getmiş olaq məntiqindədir. Onun üçün münafiqin hiyləgərliyi, alçaqlığı təsvir ediləcək kimi deyil. Quran münafiqlərin bu çirkinliklərini, alçaqlıqlarını çox zəngin bir izahatla izah etmişdir.
MÖMİN DİGƏR MÖMİNİN XOŞBƏXTLİYİNDƏN XOŞBƏXT OLAR. MÜNAFİQ MÖMİNİN SEVİNCİNDƏN İZTİRAB ÇƏKƏR VƏ HƏMİŞƏ ƏDALƏTSİZLİK OLDUĞUNU İDDİA EDƏR
Məsələn, Peyğəmbər (s.ə.v) bir şeylər gətirir imkanlar daxilində orada möminlərə nemətləri paylayır. “Mənə niyə vermədi?” -deyir Qardaşım minlərlə adamsınız hər kəsə verəcək deyil ki. Mömin digər möminin xoşbəxtkiyindən xoşbəxt olar. Münafiq isə əxlaqsızlıq edir. Möminin sevincindən sevinc hissi keçirməz. Möminə verildiyi üçün iztirab çəkər. Bunu ədalətsizlik olaraq göstərib Peyğəmbər (s.ə.v)-i öz fikrincə çətin vəziyyətə soxmağa çalışır və sistemin işləmədiyini vurğulamağa çalışır. Min bir müxtəlif əxlaqsızlığı eyni anda tətbiq etmiş olur. Peyğəmbər (s.ə.v)-in verdikləri hamıya çatmayacağı aydındır. Mömin qardaşına bir şey verildiyində mömin sevinməlidir. Niyə mənə vermədin dediyində, Peyğəmbər (s.ə.v)-i ədalətsizliklə günahlandırmış olur və beləcə fitnə çıxarmış olur. Və eləcə o hədiyyənin verəcəyi sevinci də ortadan qaldırmağa çalışır.
MÜNAFİQ MÖMİNLƏRİ ÜZMƏYƏ ÇALIŞARKƏN MÖMİNLƏR DAHA SAĞLAM, DAHA BƏRƏKƏTLİ, DAHA ZƏNGİN HALA GƏLƏR. MÜNAFİQLƏR ÇÖKƏR, MÖMİNLƏR HƏMİŞƏ GÜCLƏNƏR
Möminlərin sevinməsini, möminlərin dinc olmasını, şən olmasını ortadan qaldırmaq münafiqin əsas məqsədidir. Yəni bunu şeytanın təhriki ilə edər. Münafiqlər mübarizə dağılsın, müsəlmanlar zəifləsin deyə müsəlmanları gərgin və çətin bir mühitdə buraxmaq istəyər. Amma bunu edə bilməz, Allah ona bəlanı verər. Onlara həmişə xəstəliklər, dərdlər gələr. Allah onları çürüdər, içlərini də yandırıb-qovurar. Möminlərə də bu şəfa olaraq gələr. Mömini üzməyə çalışar, mömin isə daha yaxşı hala gələr, daha sağlam, daha bərəkətli, daha zəngin olar. Allah münafiqləri əzmək, acı çəkmələri üçün möminə gənclik, bərəkət, sağlamlıq, yaxşılıq, gözəllik verər.
Allah onları çökdürər, mömini genişlədər. Möminə sağlamlıq, səhhət verər, amma bu gizli bir qanundur. Münafiq buna için-için yanar. Münafiq bundan çox iztirab çəkər, amma mane ola bilməz. Çünki tam istədiyinin tərsi olar. Məsələn, Peyğəmbərimiz (s.ə.v) uşaq kimi gənc idi. Vəfatında da, məsələn, saçında ağ belə yox idi, beş-on ağ saç teli olardı. Amma, təbii ki, Peyğəmbərimiz (s.ə.v) saçlarına qara boya istifadə edirdi. Niyə? Münafiqləri qəzəbləndirmək üçün edirdi. Allah münafiqləri, kafirləri qəzəbləndirmək üçün onu həmişə gənc saxlamışdı, çox gözəl xanımlar verdi, həmişə zənginlik, bərəkət verdi. Münafiqlər için-için yanırdılar.
MÜNAFİQLƏRLƏ ƏLAQƏDAR AYƏLƏR BÜTÜN MÜSƏLMANLARA XİTAB EDƏR. MÜNAFİQ İNANMADIĞI ÜÇÜN TƏSİRLƏNMƏZ. MÜSƏLMAN AYƏNİ ÖZ ÜSTÜNƏ GÖTÜRƏRƏK OXUYAR
Münafiqlərə aid ayələr çoxdur. Müsəlman əgər “bu mənə xitab etmir” desə harama girər. Hər ayə müsəlmana xitab edir. Oradakı ayələr bütün müsəlmanlara xitab edir, münafiq inanmadığı üçün təsirlənməz. Mömin isə təsirlənməlidir. Ona görə müsəlman münafiqlərə aid çoxlu sayda olan ayələri oxuyarkən öz üstünə götürərək oxumalıdır. Əksi olmaz. “Müəyyən bir qrupa, müəyyən bir cəmiyyətə bu ayələr məni maraqlandırmaz” desə harama girər. “Mənə xitab edir” deyərək öz üstünə götürərək oxumalıdır. Ayədə özündə olan münafiq əlaməti görürsə, ondan özünü təmizləməlidir. Narahat olmalıdır. Narahat deyərkən, yəni özünü tənqid etməlidir. “Məni maraqlandırmaz” dediyində küfr düşüncəsi olmuş olur, elə olmaz.
ƏGƏR İNSAN MÜNAFİQ, ŞİRK, XƏSTƏLİK ƏLAMƏTLƏRİNİ ÖZÜNDƏ AXTARIB DÜŞÜNMÜRSƏ, CƏNNƏTLİK OLDUĞUNU İDDİA ETMİŞ OLAR, HƏR BİRİNİ ÖZ ÜZƏRİNDƏ DÜŞÜNMƏLİDİR
Müsəlmanların 99,99 %-i bilərək və ya bilməyərəkdən şirk içindədirlər. Hamımıza xitab edir. Onun üçün ibrət götürərək dinləyəcəyik. Birbaşa özümüzdə olduğunu düşünərək izah edəcəyik. Bir başqasında deyil, birbaşa özümüzdə olduğunu düşünərək izah edəcəyik ki, şəfa alaq. Əksi halda çox böyük səhv olar. Çünki özünü müstağni görmüş olduğu üçün: “Mən güclüyəm məndə heç bir şey yoxdur, şirk də yoxdur, münafiq əlaməti də yoxdur, heç bir şey yoxdur” -deyər. Mömin: “Mən bunun içində ola bilərəm bundan xilas olum. Bu xitab, bu təhlükə mənə aiddir, mən bu təhlükəyə qarşı tədbir görüm” -deməlidir.
“Məndə şirk də yoxdur, münafiq əlaməti də yoxdur, ürəyimdə xəstəlik də yoxdur” -demək müstağni görməyin ən inkişaf etmiş halıdır. Yaxşı bu halda cənnətliksən? Bu fikir özünü cənnətlik olduğunu hesab etməkdir. Bu halda imtahana gərək qalmamış olur, cənnətlik olmuş olur. Mömin ürəyində xəstəlik ola biləcəyini də düşünməli, münafiq ola biləcəyini də düşünməli, müşrik ola biləcəyini də düşünməlidir. Ayələrin özünə xitab etdiyini düşünüb, ona görə özünü müalicə edəcək. Bunların hamısını, yəni şirki, ürəkdə xəstəlik olmasını, münafiq əlamətini rədd etdiyində o cənnətlik müsəlman olmuş olur. Yoxsa əksi halda o üsluba görə günahsız olmuş olur. Elə olmaz.