İçeriğe geç

Hörmətli Adnan Oktarın yeni izahları (12 iyul 2016)

 

CƏNNƏT ŞƏRABI DÜNYADA BİLİNƏN ŞƏRAB DEYİL, HALAL OLAN CİNSİLİK DƏ CƏNNƏTDƏ VARDIR. ALLAH NEMƏT OLARAQ VERMİŞDİR

 

Cənnətdə şərab olduğu açıqca ayədə var. Bildiyimiz şərab deyil, cənnət şərabıdır. Qadınlar da var, cinsilik də var. Halal olan bir gözəllikdir cinsilik, yəni nemətdir. Allah onun üçün xüsusi olaraq bədəndə sistem yaradır, qadında və kişidə zövq alacaqları şəkildə yaradır. Bu bir həqiqətdir. İnsanlar onsuz da elə törəyir, Allah onu vəsilə edir, deyilmi? Cinsiliyi vəsilə edir. Bütün insanlıq o şəkildə çoxalır. Bunun nəyini inkar edirlər mən bunu anlamıram. “Vay vay vay bir də axirətdə varmış” filan deyir, dəhşətə qapılır. Dünyada onsuz da istəmir. Axirətdə heç istəmir. Bütün nemətlər dünyada da, axirətdə də müsəlmanlarındır.

Cənnət şərabının bildiyimiz şərabla əlaqəsi yoxdur. Yəni spirtli bir şey deyil. Dadını heç kimin bilmədiyi, insanın ruhunda dərin təsir oyadan gözəl bir içkidir. Dünyada şərab haramdır. Çünki, içində metil spirti var. Bədəni zəhərləyər, qoxusu murdar, nəfəsdə diksinmə verici bir qoxu meydana gətirər və bədəni korlayar. Metil spirti ağlı, beyni, qaraciyəri darmadağın edər, zəhərdir. Ona görə Allah haram etmişdir.

Cənnətdə və dünyada seks vardır, cinsilik vardır, halalıyla olsa nemətdir və gözəllikdir. Bunda qorxacaq bir şey yoxdur. Bütün insanlıq seks nəticəsində meydana gəlir, cinsilik nəticəsində meydana gəlir. Yəni əgər bu səhv bir şey olmuş olsaydı, dünya tarixinin ilk başlanğıcından bu yana seks tətbiq edilməzdi, cinsilik tətbiq edilməzdi və yaşamazdı. Quranda da Allah bunun halal olduğunu, nemət olduğunu söyləyir. “Sizə sizdən yoldaşlar yaratdım, qarşılıqlı rahatlayasınız deyə” deyir. Deməli rahatlaşdırıcı gözəl bir şeydir, elə deyilmi? Allah ayədə, “Qadınlarınız sizin tarlanızdır” –deyir. “İstədiyiniz kimi onlarla cinsi əlaqədə olun” -deyir.

Sad surəsi 50-52: “qapıları onlar üçün açılmış Ədn bağları. Onlar orada taxtlara dirsəklənmişdirlər”. “Dirsəklənər” demir “dirsəklənmişdirlər”, yəni bitmiş. “…çoxlu-çoxlu meyvələr və cənnətə məxsus şərab istəyirlər”. Yəni mənə şərab gətir deyir gətirirlər. Meyvə gətir deyir gətirirlər. Hurilərə, qılmanlara söyləyirlər onlar da götürüb gətirirlər. Yəni sanki buradakı restoranlardakı ofisiantlardan necə istəyirsənsə onun kimi. “Onların yanında gözlərini ərindən çəkməyən həmyaşıd qadınlar vardır”.

“Qapıları onlar üçün açılmış Ədn bağları. Onlar orada taxtlara dirsəklənmişdirlər”, kreslolara dirsəklənirlər. “…çoxlu-çoxlu meyvələr və cənnətə məxsus şərab istəyirlər”. Hər cür meyvədən gətizdirir və şərab da, cənnət şərabı istəyir. “Onların yanında gözlərini ərindən çəkməyən həmyaşıd qadınlar vardır”. Halalı xanımlar var, amma təkcə yoldaşından təsirlənir, yəni Allahın hikməti, bir möcüzə olaraq başqa heç kimdən təsirlənmir. Yalnız yoldaşını cazibədar görür. Digərlərini yalnız gözəl insan olaraq görür. Allah elə bir güc vermiş.

 

  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan Oktar Allah artmaq axirət axırzaman ayə Bədiüzzaman bənzəmək camaat cənnət darvinizm deyil din dünya dünya hakimiyyəti düşünmək dəccal elm fikir gözləmək günəş hadisə hakim olmaq haqq Hud surəsi 109 Hz. Mehdi (ə.s) hz. İsa (ə.s) Hz Musa hökm etmək hədis Həyat ibadət ifadə etmək incil inkar edənlər inkarçılar internet inşaAllah istəmək izah Kitab əhli küfr Kəhf surəsi mehdiyyət Mehmet Əli Qaya mömin möminlər Mömünlər mühit münafiq müsəlman müsəlmanlar nemət Nur surəsi 31 Nur surəsi 55 peyğəmbərlər qiyamət Quran quran əxlaqı reallaşmaq risalə risalə-i nur sevgi sevinc sistem sona çatmaq sözlər sülh Səid Nursi tanımaq texnologiya Tövrat Türkiyə təbliğ təfsir Təkamül vəsilə Xurafat xurafatçılar yaymaq yaşamaq yer yəhudi zalım zühur zühur etmək zülm çalışmaq çıxış əlaməti çətinlik İmam Rəbbani İman İslam İslam birliyi İslam əxlaqı Şeytan əbcəd ədalət əlamət əxlaq

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz