QURANDA AÇIQ HÖKM VAR, ZÜLM ÜÇÜN AND İÇİLMƏZ
Adam öldürmək üçün and içilməz. Oğurluq üçün and içilməz. Quranda açıq hökm var, zülm üçün and içilməz. Halalı haram etmək üçün, haramı halal etmək üçün and içilməz. O and onsuz da etibarsızdır, hökmü yoxdur. Elə and olar? Adam deyir: “Mən bu insanları öldürəcəyəm və bunu gizləyəcəksən”. O da and içir, o and etibarsız olar, elə and olmaz. O and onsuz da haramdır. Haram and etibarlı olmaz. Şeytandan Allaha sığınıram. Bəqərə surəsi 224-cü ayədə Allah deyir: “Bir də andlarınızı bəhanə edərək;” Andını bəhanə edir. Ayənin hökmü açıqdır. “Andlarınıza bəhanə edərək Allahın adını yaxşılıq etmənizə, Allahdan qorxmanıza və insanlar arasında sülh yaratmanıza dair bir maneəyə çevirməyin”.
Çünki “mən and içdim” deyib Allahı maneə edir. Allah: “Bu haramdır, bunu etməyin” deyir. “… yaxşılıq edəcəksənizsə, çəkindirəcəksənizsə, mən bir kərə and içdim deyib Allahı maneə etməyin” -deyir. Çünki Allah: “Mən belə bir şey demərəm” deyir. Yəni “Andla məni maneə halına gətirməyin” -deyir. Bu hərəkət haramdır. “Allah eşidəndir, biləndir”. Nəhl surəsi, 94-cü ayədə Allah deyir: “Andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin”. Zərbə vurmaq üçün and içilər? Bu zərbə təxribatçılıq deyil? “Andlarınızı aranızda hiylə vasitəsinə çevirməyin”. Yəni fitnə üçün and içməyin “sonra sağlam basan ayaqlarınız sürüşər və (insanları) Allah yolundan döndərdiyinizə görə əzabı dadarsınız”. Başlarına gələnləri görürsünüz. “… və (insanları) Allah yolundan döndərdiyinizə görə”, Allahın yolundan necə döndərir?
Adama adam öldürdürsən. Allahın yolunda adam öldürmək haramdır. O zaman Allah deyir ki: “O zaman əzabı dadarsınız. Sizin üçün axirətdə də böyük bir əzab hazırlanar”. [Nəhl surəsi, 94]. Tək dünyada bəlanızı tapmaqla qalmazsınız, ayrıca axirətdə də bəlanızı verəcəm deyir.
Nəhl surəsi 92; “İpliyini möhkəm əyirdikdən sonra (onu) açıb sökən qadın kimi olmayın. Bir camaat digər bir camaatdan (sayca və malca) daha çox olduğu üçün andlarınızı aranızda hiylə vasitəsinə çevirirsiniz”. Yəni məsələn, Türkiyə birləşmiş olması çox gözəldir. Allah: “Sən təxribatçılıq edirsən, ayrı-ayrı ayırırsan” deyir. Ayə çox mənalıdır. “İpliyini möhkəm əyirdikdən sonra (onu) açıb sökən qadın kimi olmayın”. Yəni andlarınızı, insanları Allahın yolundan saxlamaq üçün istifadə etməyin deyir. Ayələr çox açıqdır.
RİSALƏ-İ NURDAN ŞƏRHLƏR
Bədiüzzaman Səid Nursi: “İmanlı millət. Qəhrəman ordu”. deyir. “Həqiqət halı anlayacağı” deyir. “Rəvayətlərdən, dəccal komitəsinin oyununu pozacağı aydın olur” deyir. Bədiüzzaman deyir ki; “Çox qəribədir. 700 il müddətində islamiyyətin və Quranın əlində şərəf-şüar, barik-əsa bir almaz qılınç olan türk millətini və türkçülüyü, müvəqqəti islamiyyətin bir qisim şəairanə qarşı istimal (istifadə) etməyə çalışar. Lakin müvəffəq ola bilməz, geri çəkilər. Qəhrəman ordu düzümünü dəccalın əlindən qurtarar” deyə rəvayətlərdə aydın olur” deyir. Demək ki, dəccal orduya əl atacaq.
Bədiüzzaman deyir ki; “Onlar yaxşı bilsinlər və titrəsinlər ki, səs-küyü cavabsız buraxmarıq. Çünki Risalə-i Nur əsərlərində haqq və həqiqəti gördük, öyrəndik və inandıq. Türk gəncliyi yatmır. Bu qəhrəman İslam Türk milləti, başqa bir dövlətin boyunduruğu altına girə bilməz”.
Bədiüzzaman: “Fədakar müsəlman türk gəncliyi sahib olduğu təhqiqi iman qüvvətiylə vətənini satdırmaz. Dindar cəngavər Türk milləti və imanlı cəsur Türk gəncliyi qorxmaz” -deyir. Bədiüzzamanın gözəlliyini görürsünüz? Bedizüzzaman: “Çox qəribə dövrdür” -deyir. “Yeddi yüz il müddətində islamiyyətin və Quranın əlində şərəf-şüar, barika-asa bir almaz qılınc olan Türk millətini” Bedizüzzamanın Türk millətini necə təriflədiyini görürsünüz? Kürddür deyirlər. Baxsana nə deyir?
Yeddi yüz il müddətində islamiyyətin və Quranın əlində şərəf-şüar, barika-asa bir almaz qılınc olan Türk millətini və türkçülüyü, müvəqqəti islamiyyətin bir qisim şəairinə qarşı istimal etməyə çalışar! Lakin müvəffəq olmaz, geri çəkilər. Qəhrəman ordu, düzümünü dəccalın əlindən qurtarar deyə rəvayətlərdən aydın olur”. Demək ki, hal-hazırda orduya bir dəccal müsəllətliyi var və yaxasını qurtarmağa çalışır, inşaAllah.
Bədiüzzaman: “Şəairi islamiyəyə və siyasəti islamiyəyə zərbə vuranlar on iki, on üç, on dörd, on altı il ərzində böyük zərbələr yeyəcəklər. On altı deyə mənə xəbərdarlıq edildi” -deyir. Görəsən 2016-cı iləmi işarə edir? Çünki on iki deyir, bu hərhalda 12 Sentyabra işarə edir. On altı da 2016-cı ilə işarə etmiş ola bilər. Təbii ki, axtarmaq, baxmaq lazımdır. “Əvvəlki məsələnin əksinə olaraq, geniş dairədə baş verən o hadisə və böyük camaatlara gələn o yumruqları, kiçik bir dairədə şəxslərə gələcək yumruqlar surətində məna vermişdim ki, tam eynilə iki dairədə, həm kiçik, həm böyük, on iki il sonra dünyanı tərk etdiyi kimi, böyük dairədə də onun kimi dəhşətli camaatlar on iki, on üç, on dörd, on altı tarixlərində eyni yumruqları yedilər və yeyəcəklər deyə xəbərdarlıq edildi” -deyir.