A9 TV, 26 aprel 2015 Xoş söhbətlər
Xeyr! Şübhəsiz ki, bu (Quran), bir nəsihətdir. (Əbəsə surəsi, 11)
Allah Qurandan başqa heç bir şeyə diqqət çəkmir. İnsanların bu mövzuya fikir verməmələri çox təəccüblüdür. Allah Qurandan başqa bir şeyə diqqət çəkmirsə, başqa kitab yoxdur. Başqa məsul olduğumuz bir qanun yoxdur.
Kim istəsə, qoy onu düşünüb ibrət alsın. (Əbəsə surəsi, 12)
Amma düşünməlidir. Deməli, düşünməyi də bizə Allah verəcək.
O (Quran), “şərəfli-üstün” səhifələrdədir. (Əbəsə surəsi, 13)
Baxın, ancaq Quran.
Qoy ölsün kafir insan! O necə də nankordur! (Əbəsə surəsi, 17) Allah deyir.
(Allah) Onu nədən yaratdı? (Əbəsə surəsi, 18)
Allah onu nütfədən yaratdı və müəyyən bir ölçüdə formalaşdırdı. (Əbəsə surəsi, 19) Məhz bu ölçü, bir möcüzədir. O ölçünün ucu-bucağı yoxdur. Hər yerdə özünü göstərən bir ölçüdür. Hər yerdə qızıl nisbət var.
Sonra onun yolunu asanlaşdırdı. (Əbəsə surəsi, 20)
Sonra onu öldürüb qəbirə yerləşdirdi. (Əbəsə surəsi, 21)
İstədiyi bir zaman onu dirildəcəkdir. (Əbəsə surəsi, 22)
Bir də insan, yediyinə bir baxsın. (Əbəsə surəsi, 24) Allah hər şeyə diqqət çəkir, düşünməyi istəyir.
Sonra yeri çat-çat yardıq; (Əbəsə surəsi, 26)
Beləcə onda taxıl bitirdik, (Əbəsə Surəsi, 27) Toxumlar, yüz minlərlə növ toxum var. İnsanlar düşünsə. Hər biri bir-birindən mükəmməldir. Bəzisi balaca tikanlı, bəzisi yumru, bəzisi yığılmış şəkildədir. Toxumlar mükəmməl estetikanın tətbiq olunduğu, öz ayrı dünyası olan, mükəmməl yaradılışda olan canlılardır. Böcəklər kimi onlar da bir canlı qrupudur. Yəni bir yumurta kimi toxum. Bir quşun yumurtası kimi, bu da bitkinin yumurtasıdır. Elə düşünün.
Şeytandan Allaha sığınıram. And içirəm özünü qınayan nəfsə! (Qiyamət surəsi, 2) Özünü tənqid edir, məsələn səhv edəndə “Sən səhv etdin” deyir. Yalan danışanda “yalan danışdın” deyir. “Orada sən dürüst olmadın” deyir. İnsanın vicdanı həmişə özünü tənqid edəcək. Məsələn, indi mən burada otururdum, “Söhbət edim” dedim. Nəfsimə əmr verdim və söhbətə başladım. Amma nəfsə qalsa nə istəyər? Etmək istəməz. Boş işlərlə məşğul olmaq istəyər. Davamlı nəfsə cavab veririk.
(Hucurat surəsi, 11) Öz nəfslərinizi (öz-özünüzü) alçaltmayın. Özünü alçaldacaq bir şey etməsi. Yəni özünü pis mövqeyə soxması. Özünün dəyərsiz olduğunu, ağılsız olduğunu, zalım olduğunu iddia edib buna inanması. Halbuki, buna qarşı müqavimət göstərəcək. Buna inanıb təslim olmayacaq. Məsələn, həqiqətən, bir anormal tərəfi olur, onu söyləyir, lakin onu tətbiq edir. O səndə var, yaxşı, sən ona qarşı mübarizə edəcəksən, ondan xilas olacaqsan. “Mən cahiləm, mən bilmərəm” deyir. Məlumatı artır. “Mən” deyir “Qısqancam”. Qaldır qısqanclığını, özünü öyrət. Və yaxud qorxaq olduğunu söyləyir. O zaman cəsur ol.
Üzümlər, yoncalar, (Əbəsə surəsi, 28)
Zeytunlar, xurmalar, (Əbəsə surəsi, 29)
Boyları bir-biriylə yarışan və iç-içə girmiş ağaclı bağçalar. (Əbəsə surəsi, 30)
Meyvələr və otlaqlıqlar, (Əbəsə surəsi, 31)
Sizə və heyvanlarınıza bir fayda (əmtəə) olmaq üzrə. (Əbəsə surəsi, 32) O zaman Allah gördüyümüz hər şeyi düşünməyimizi istəyir. Məsələn, insanlar “toxum” deyib keçir. Toxumlar o qədər zəngindir ki, məsələn, paxla toxumları vardır, uşaqların bağçada düzülməsi kimi yan-yana düzülərlər, hamısı ayrı yataqlarındadır. Yataqları da pambığa oxşayan bir şeylə dəstəklənilmişdir. Onlara göbək bağı olan bir yer var, oradan da onlara qida axır. Sonra o açıldığında onların hamısı bir qaba qoyulur və quruyur. Paxla quruduqda canlı qalır. Mərcimək canlı qalır. Noxud canlı olur. Bişəndə ölər. Məsələn, yonca toxumları, hər növ toxum araşdırıldığında tək-tək hamısının bir-birindən mükəmməl olduğu görünər. O kiçik bədənində bitkinin bütün xüsusiyyətlərini daşıyır. Və ondan sonrakı meydana gələcək nəslin də bütün xüsusiyyətlərini daşıyır. Orada qeyd olunmuşdur.
Bütün ağacların toxumları balacadır. Amma meydana gələn ağac inanılmaz dərəcədə böyükdür. Yüz minlərlə meyvə verir. Toxumuna baxırıq, toplu iynə başı qədərdir.
(“Hocam, maddənin əslini bizlərə açıqlayın. Bizlər ölüb yuxumu görürük?” tamaşaçı mailinə cavab olaraq)
Əlbəttə, bir növ ölüyük. Və diriləcəyik. Onsuz da baxan anlayır. Çox çətinliklərlə dolu bir yuxudur. Oyanan kimi, “Oh dünya varmış” deyir. Bəzi insanlar yazda yorğun-arğın yatır. Səhər pəncərəni açır, işıqlı ətraf, Günəş, aydınlıq, hava da gözəldir. Dərhal əlini üzünü yuyub küçəyə çıxır. Ölüm də elə pərdəni açan kimi işıl-işıldır; amma əlbəttə ki, mömin üçün.
(“Federativ quruluş, güc və gəlir bölgüsünü daha ədalətli etməzmi?” tamaşaçı mailinə cavab olaraq)
Edər, amma Türkiyəni də bölər. Parça-parça edər. O zaman sən pul üçün vətəni parçalamış olarsan.
Mövhumatçı zehniyyətdə qadına dəyər verilməz
Qadınlara gətirdikləri qadağalara bax. “Küçəyə baxsa” deyir, “qadın küçədən, böyük bir ehtimalla özünə bir dost, bir sevgili tapacaq və zina edəcək. O zaman pəncərə divarla bağlanılmalıdır” deyir. Bu necə bir nifrətdir? Bu gözəl varlıqları belə sadistcə və mərhəmətsizcə əzmə düşüncəsi haradan çıxır? Bunu sizə şeytan təlqin edir. Şeytan ürəklərinə vəhy edir. Səsi haramdır deyə qadınlar danışa bilmir. Ətirdən istifadə etməyə qoymurlar. Qaşını aldırmağa qoymurlar. Yəni dünyada nə qədər əziyyət varsa, hamısını edir. “Gülməyəcək” deyir. Sən bu insanı psixoloji tərəfdən də, maddi tərəfdən də öldürməyə çalışırsan. Dünyanın ən gözəl varlıqlarını məhv edirsən.
Mövhumatçılar Quranı kafi görmürlər
Allahın Kitabdakı hökmünü qeyri-kafi görürlər. Məsələn, namaz Quranda açıqlanıb. Qeyri-kafi görür, namaza yenə əlavələr edir. Oruc, Quranda qeyri-kafi görür, oruca da əlavələr edir. Hər şeyə əlavə edir. Amma mənfəətiylə zidd düşsə, bu dəfə də çıxardır. “Bu ayə nəsh edildi, bu ayənin hökmü qaldırıldı” deyə. Maraqlarına uyğun gəlmədiyində. Və yaxud hədislə nəsh edir.
Şeytan dini çətinləşdirir, insanlar bu şəkildə dindən uzaq qalırlar. İslam dinini hazırda dünyada ən qorxunc din halına gətirdilər. Həyatı öldürən, həyatın bütün estetik gözəl istiqamətlərini ortadan qaldıran, dəhşəti əmr edən, qanı əmr edən, həyatı məhv edən bir sistem olaraq göstərirlər.
“Allah sizə çətinlik diləməz, asanlıq diləyər” deyir. Şeytandan Allaha sığınıram. Allah “Hz. İbrahimin dini kimi asandır” deyir.
İslam çoxdan dünyaya hakim olardı. Qadınlara edilən bu işgəncələrə, əziyyətlərə görə hakim olmur. Quranda olmayan əziyyətə görə. Quranda olmayan hökmlərə görə.
(“Qadınları döyün deyə neçə ayə var?” tamaşaçı mailinə cavab olaraq)
Qadınları döyün deyə bir ayə yoxdur. “Uzaqlaşdırın” var. Yəni Allah “əvvəl nəsihət verin, xəbərdarlıq edin” deyir, “dinləməzlərsə yataqlarınızı ayırın deyir. Əgər yenə dinləməzsə, evdən uzaqlaşdırın”. Yəni əlaqəniz qalmasın. “Əgər yenə olmursa, boşanın”. Boşanmadan əvvəl də vasitəçi yaradın, hakim heyəti qurun. Hakimlər cəhd göstərsinlər. Amma buna baxmayaraq, evliliyiniz davam etməyəcəksə, o zaman boşanın deyir. Döymək deyə bir hökm yoxdur.
(“Dinə həddindən artıq bağlı olan bəzi insanların Atatürkü niyə sevmədiklərini bilmək istəyirəm” tamaşaçı mailinə cavab olaraq)
Bizim uşaqlığımız da da elə idi. Atatürkə, haşa, dəccal deyərdilər. Gördük ki, ona dəccal deyənlərin özləri əsl dəccaldırlar. Əksəriyyətnin dəccal olduğunu anladıq. Atatürk nə edib? Dini özünə qaytarıb. Mövhümata qarşı çıxıb. Bu sayədə indi rahat danışa bilirik. Atatürk olmasaydı, buranın Suriyadan, İraqdan heç fərqi olmazdı, daha da betər olardı.