A9 TV, 28 May 2015 Xoş Söhbətlər
Allah çox əhatəli imtahan edir
Elə adi bir imtahan vermir. Ciddi bir imtahan var, ciddi bir təhsil var. Sırf imtahan deyil, adı imtahandır, özü təhsildir.
Fəcr surəsi, 27-30 : “Ey mutmain (təmin olunmuş) nəfs, Rəbbinə, məmnun edici və məmnun edilmiş olaraq dön. Artıq qullarımın arasına gir. Cənnətimə gir.”
Məsələn, bir şey olur, səbir edirik. Amma səbri mərhələ-mərhələ daha gücləndiririk, daha inkişaf etdiririk. Bu nədir? Təhsildir. Haraya təhsildir? Cənnətə təhsildir. Allah bir ovuc mömini seçir, burada öyrədir. Birbaşa getdiklərində hz. Adəm (ə.s)-ın mövqeyi olur. Yəni olmur. Təhsil olduğunda baş yerinə gəlir. Şəxsiyyət yerinə gəlir, nemətin qiyməti bilinir.
“…Sizə orada (dünyada), öyüd ala bilənin öyüd ala biləcəyi qədər ömür vermədikmi?…” (Fatir surəsi, 37) deyə Allah bildirir.
Həqiqətən, verilən müddət çox yaxşıdır. Tövbə üçün də yaxşıdır, təhsil üçün də. Amma mənim gördüyüm qədərilə 30 yaşa qədər insanda çox da bir şey yoxdur. O bir yetkinliyə hazırlıq olur. 40 yaşından sonra yetkinlik başlayır. Daha dərin düşünmə başlayır. Əslində insan gözündə böyüdür, gözəl əxlaq, səbir gözəl şeylərdir. Gözdə böyütsə, insan səbirdə çox çətinlik çəkər. O zaman dözməlidir. Dözüm ayrı, səbir ayrıdır. Səbir zövqlə edilən ibadətdir. Rahatlıqla edilən ibadətdir. Allah gözəl bir imtahanla sınayır. Eyni zamanda gözəl bir təhsildir. Sonunda yetkinlik olur. Nəzakət olur, cənnət əxlaqına uyğun bir şəxsiyyət olur.
Ölüm müsəlman üçün asandır
Mənim anladığım, ölüm, müsəlman üçün çox da çətin bir şey deyil. Birdən yuxudan ayılma şəklində olur. Allah “asan” deyir, tam asanlıq mənasında söyləyir, yarım asan deyə söyləməz. Məsələn, adam bir az əziyyət çəkirsə, onun adı asanlıq olmaz. Sıfır çətinliyə asanlıq deyilir. Quranın üslubuna görə. Sıfır çətinlik. Sıfır çətinlik necə olar? Dayanarkən birdən pərdə açılar, irəliləyərsən. Səni əhatəyə alıb götürərlər. Buna asanlıq deyərlər. Amma oyanma şəklində. Nə qaşınma qalar, nə başında ağrı qalar, nə aclığın, nə yuxusuzluğun, nə yorğunluğun, hər şey bir anda müsbət olur. Bədənin üstündəki mənfi gücün hamısı gedir. Birdən müsbət olursan. Amma, əlbəttə, Allah bunu əvvəldən göstərsə, bütün dünyaya verilən əmək hədər gedər. Bir insanda imtahan qalxarsa, Allahın ədalətinə görə bütün ədalət yanmış olur. Allah elə bir şeyə icazə verməz. Yoxsa insan ölümün necə olduğunu görmək istəyər, məsələn cənnətdən bir yer görmək istəyər, cəhənnəmi… Allah Peyğəmbər (s.ə.v)-ə cəhənnəmi göstərib. Amma Peyğəmbər (s.ə.v) üçün bu da çox çətindir. Çox qorxar, çox əziyyət çəkər. Peyğəmbər (s.ə.v)-də də, maşaAllah ürək varmış, yeddi qat aləmə gedirsən, Meraca qaldırılırsan, kim dözə bilər. İnsan nə olar, mən düşünə bilmirəm. Heç fütur vermir.
İmanlı bir insanın varlığı bir birlik üçün böyük şeydir
Peyğəmbərimiz (s.ə.v)-in imani gücü səhabəni coşdurub. İmanlı bir insanın insanlar içində olması böyük bir şeydir. Ona görə şeyxləri sevərlər; təriqət şeyxlərini. İmanları güclü olduğu üçün, ətrafındakı insanlar elə gördükləri üçün. Məsələn, Əbdülqadir Gilani imanı çox güclü idi, onu çox sevirdilər. Bir də Əbdülqadir Gilanidə kəramət çox olurdu. Hz. Əli (r.ə) də öz cənazəsində cənazə namazını qıldırır. Amma eynisidir. Cənazəni daşıyır, onsuz da bunu edən çox az insan vardı. Bilirsiniz, Hz. Əli (r.ə)-in cənazəsi gizlidir, gizləyiblər. O dövrdəki müşriklərin azğınlığına bax. Cənazəyə bir şey edəcəklər deyə cənazə gizlidir. Əhli Beytə etdikləri əziyyətə bax.
Allah nemətinin ayrı-ayrı təqdir edilməsini istəyir
Onsuz da möcüzələr dünyanın hər tərəfində var. Amma onu düşünmək bir az vaxt aldığı üçün insanlar tənbəl olurlar, düşünməyə vaxt ayırmaq istəmirlər. Bir şeyi düşünüb, qısa düşünüb bitirmək istəyirlər. Amma bir az diqqətini toplayıb mövzular izah edilincə ağlayacaq hala gəlirlər, çox təəccüblənirlər. Allahın sevdiyi budur, bu qədər möcüzə yaradır, adam maraqlanmırsa, onu niyə cənnətdə yaratsın? Bu dünyada maraqlandırmırsa, axirətdə də maraqlandırmaz. Burada milyonlarla, milyardlarla, trilyonlarca möcüzə yaradır, saymaqla bitəcək kimi deyil. Allah nemətin təqdirini istəyir, sənətinin görülməsini, sənətinin fərqli-fərqli təqdir edilməsini istəyir. Allah, “qruplara ayıraraq izah etsəniz, yenə bitirə bilməzsiniz” deyir.
İctimai həyat və din ayrı deyil, din hər yerə hakimdir
Allahı sevmək həm zövqlüdür, həm bərəkətlidir, həm də ürəyə bir asanlıq, rahatlıq verər. Bərəkəti tez görülər. İnsanın həyatındakı nizam, intizamdan özünü göstərər. Amma Allah gerçək mənada dindarlığı nəzərdə tutur. Yoxsa bir ictimai həyatı var, bir də kənardan din, belə bir şey yoxdur. İctimai həyat deyə bir şey olarmı? Din hər yerə hakimdir. Hər şeyinə hakimdir, ictimai həyat nə deməkdir. Bebekə gəzməyə gedərsən, Allahın razılığı ona hakimdir. Bebekdə düşünərsən; bu binalar bu qədər köhnəlib, hər yer köhnəlib, ibrət götürərsən. Hər şey ölümə doğru gedir, deyəcək. Təfəkkür edəcək.
“Sizə verilən hər şey, yalnız dünya həyatının bərbəzəyidir. Allah Qatında olan isə, daha xeyirli və daimidir…”(Qəsas surəsi, 60)
Dünya həyatının bəzəyi var, amma yarımçıqdır. Allah onu nəzərdə tutur. Mənim etdiyim daha mükəmməldir. Çünki burada əziyyət var, çətinliklər var. Heç bir şey yoxdursa, dəri qaşınar, bir şey olmazsa başı ağrıyar, yorular. Məsələn, qalxar beli ağrıyar, kürəyi ağrıyar, xüsusi olaraq yaradılar. Yuxusu gələr, əldən düşər, sonu yoxdur.
“Dünya həyatı çox qısadır, amma inkar edənlər çox uzunmuş kimi yaşayırlar. Allah belə bildirir: “Ömür onlara (heç bitməyəcəkmiş kimi) uzun gəldi.”(Ənbiya surəsi, 44)
Onların fikrində həmişə o var. Səhv etdiklərindən biri də odur. Evlənəcək, uşaqları olacaq. Böyük bir ailədir. Sonra da hamısından soruşduğumuzda daha dünənmiş kimi deyir. Belə təzə olub, daha dünənmiş kimi deyir. Onu zamanında düşünəcəkdin. On il bir il kimi keçir. Göz açıb bağlayana qədər on il keçir. Dünyaya ehtirasla bağlanmaları da əzab-əziyyətli ehtirasdır. Ağlamalar, inləmələr, əsəb pozğunluqları, sinir dərmanları. Onların içində bir ehtirasdır.
(Allah ayədə: “Onların nə malları, nə də övladları səni təəccübləndirməsin. Allah bunlarla, bu dünyada onlara əzab vermək və onların kafir olaraq canlarının çıxmasını istəyir.” (Tövbə surəsi 85) deyə buyurur.
Amma Allah çox xəbərdar edir. Quranın haradasa 80%-i bu xəbərdarlıqlara ayrılıb. Adamlar vecinə almır. Allah bəhanələri qalmasın deyə təkrar-təkrar vurğulayır.
“Allah ayədə, “De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allahdan başqa hansı məbud onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar yenə üz çevirirlər” (Ənam surəsi, 46) deyə buyurur.”
Axirətdə də mənim gözüm vardı, nə oldu mənə deyir. İnanmırsan. Mutasiya ilə olduğuna inanırsan. Mutasiya ilə olduğunu düşün. Mutasiyaya inanırsan, elə olar. Allah ona onu göstərir. Çünki göz çox möcüzəvidir. Sən mutasiya ilə, fövqəladə bir şeylə oldu deyirsən. Fövqəladə bir şey onu etməz. Fövqəladə bir şey səni kor edər. Ayaq üstə dayana bilmir. Mutasiya səni ayaq üstə dayanmayacaq hala salır. Mutasiya ancaq korluq, karlıq yaradar. Mövcud sistemi yox edər. Başqa bir şey olmaz.
(“Yəhudilər tərəfindən vəd edilmiş torpaqlar haradadır?” Tamaşaçı sualına cavab olaraq)
Yəhudilər tərəfindən vəd edilmir. Tövratda Allah vəd edir. Türkiyənin cənub-şərqi daxil, Məkkə, Mədinə də daxil, Kiprin böyük hissəsi, Misirin mərkəzinə qədər çox böyük bir bölgə vəd edilmişdir. Kimə vəd edilmişdir? Hz. Mehdi (ə.s)-a. Buralara hakim olacaqsan deyir. Yəni İbrahim (ə.s)-ın nəslinə. İsrail (ə.s)-ın nəsilinə. Yaqub (ə.s)-ın nəsilinə. Yəni Mehdi (ə.s)-a.
Bu əsrdən başqa hakimiyyət üçün vaxt yoxdur
Allah “And olsun, biz Zikrdən sonra Zəburda da: “Şübhəsiz, ərzə saleh qullarım varis olacaq” deyə yazdıq” (Ənbiya surəsi, 105) deyə bildirir.
İndi Allahın vədi üçün olan vaxt indi bitdi. Qiyamətə yüz illik bir zaman var. Bu əsrdən başqa hakimiyyət üçün vaxt yoxdur. Onun üçün masonluq artıq qərarını vermək üzrədir, Məbəd Cəngavərləri də, Sanhedrin də qərar vermək üzrədir, dərin dünya dövləti də qərar vermək üzrədir. Çünki əks halda dünya tamamilə çökəcək. Artıq İslam Birliyinin vaxtı gəldi. Mehdi (ə.s)-ı gözləyirdilər. Onlar onun yerini bilirlər. Bizə Məbəd Cəngavərlərinin ən böyük idarəçisi gəldi, “Dünyada qeyri-adi bir insan olduğunda o bizə bildirilər” dedi. “İstanbulda elə biri var, çox əhəmiyyətlidir” dedi. “Çox əhəmiyyətli biri var, o bizə bildirildi” dedi. “Onsuz da İstanbul bizim min illik kitablarımızda bildirilir” dedi.
İnkarçıların ürəyi Qurana qarşı pərdələnmişdir
Allah “Quran oxuduğun zaman səninlə axirətə inanmayanlar arasında görünməz bir pərdə çəkdik.” (İsra surəsi, 45) deyir.
İstədiyin qədər oxu, istədiyin qədər izah et, beyni yalnız Qurana qarşı kilidlənir. Məsələn, bir fəlsəfə kitabı oxusam anlayar. Roman oxusam anlayar. Amma Allah bir möcüzə olaraq, yalnız Qurana məxsus olaraq deyir, pərdə çəkdik, anlamaz deyir. Məsələn, Kafkadan oxuyum anlayar. Həm də çox yaxşı, tez anlayar. Amma indi Quran oxusam anlamaz. Pərdəyə görədir. Bu, Quranın bir möcüzəsidir. Çox küfrü zəkası olur, amma Quranı anlaya bilmir.
“Münafiqlər Peyğəmbərin (s.ə.v)-in yanından ayrıldıqlarında “o, bir az əvvəl nə söylədi?” deyirlər. O, çox mənalıdır.
(İsra surəsi, 46) “Və onların ürəklərinin üzərinə, onu qavrayıb anlamalarına maneə törədən örtüklər,” Bax, qavramağa da imkan olmur. Qavraya bilmir. Düşünür, qavraya bilmir. Bu, möcüzədir. Bir də anlaya bilmir. Tibb kitabı izah etsən, mükəmməl anlayar, amma Quranı anlaya bilmir.
“…Qulaqlarına da ağırlıq qoyduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər” “Aman aman” deyir. “Mənə izah etmə, dinləmək istəmirəm” deyir. Amma boş bir mövzu açaq. Əlini yanağına qoyub diqqətlə izləyər. Yalnız Qurana dözə bilmir. Məsələn, heç bir əsərdən, heç bir kitabdan qaçmaz. Boş bir mövzudursa heç qaçmaz. Məsələn, 1900-cü illərdəki futbol tarixini izah edəcəyik desən, səhərə qədər həyəcanla dinləyər.
(“Hocam, səmimiyyətimizi və imanımızı artırmaq üçün nə etməliyik?” Tamaşaçı sualına cavab olaraq)
Həmişə bundan qorxurlar. Səmimi olun, vicdanınızı rahat buraxın, Allahın sizə verdiyi iman o qədərdir, qədərinizdəki odur. Həyəcan keçirməyə ehtiyac yoxdur.
Ayə şərhləri
“(O müşriklər ki,) Öz dinlərini təriqətlərə ayırmış”—məzhəblərə, hissələrə ayırmış —”və özləri də parça-parça olublar; ki, hər qrup öz əlindəkiylə öyünüb sevinməkdədir.” (Rum surəsi, 32)
Allah: “Çox mükəmməl bir yoldayıq, ən yaxşı bizik deyərlər”.
(Rum surəsi, 6) “(Bu,) Allahın vədidir; Allah vədindən geri dönməz. Ancaq insanların çoxu bilməzlər.”
Çoxu nə deməkdir? 50%-dən çoxu.
(Nəhl surəsi, 42) “Onlar səbir edənlər və Rəblərinə təvəkkül edənlərdir.”
Səbir etmək və təvəkkül etmək. Allahın iki sevdiyi, bəyəndiyi əxlaqdır. Təvəkkül nə deməkdir? Deməli, mömin böyük hadisələrlə qarşılaşacaq, təvəkkül edəcək. Səbir edəcək və təvəkkül edəcək. Məsələn, həyəcanlanmır, kədərlənmir, qorxmur.
(Ənkəbut surəsi, 60) “Öz ruzisini daşıya bilməyən nə qədər canlı vardır ki, ona və sizə Allah ruzi verir. O, eşidəndir, biləndir.”
Məsələn, uşaq öz ruzisini daşımaz. Allah ona anasından hazır gətirər. Məsələn, ağac yerindən tərpənə bilməz. Onun ruzisini Allah verər. Çünki acizlik içindədir. Bitkilər, otlar ruzisini həmişə olduğu yerdən alırlar.
(Rum surəsi, 4) “Bundan əvvəl də, sonra da əmr Allahındır. Və o gün möminlər sevinəcəklər.” Əbcədi 2010 edir.