Vərdiş etmək mənasını verən ülfət, bəzi insanların həyatlarında sahib olduqları və ya gördükləri varlıqlardakı qüsursuz təfərrüatları, möcüzələri, gözəllikləri və bunların Uca Allahın bənzərsiz elmi və sənəti olduğunu qavramalarını əngəlləyən bir pərdə kimidir.
Din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə insanların etdiyi ən böyük səhvlərdən biri, diqqətlərini bir mövzu üzərində cəmləyib dərin düşünməyə vaxt ayırmamalarıdır. Bunun səbəbi isə gün boyu bütün diqqətlərini yaşadıqları kiçik hadisələrə vermələridir. Beləcə, zehinlərini bunlarla yoraraq, zamanlarının böyük bir hissəsini bu düşüncələrlə sərf etmiş olarlar.
Əksərən evləri, işləri, məktəbləri ya da ailə içi hər hansı bir mövzu ilə məhdud olan düşüncələrə bütün vaxtlarını sərf edən bu kəslər zamanla, yalnız ilk dəfə qarşılaşdıqları bir vəziyyət qarşısında gözəllikləri və möcüzəlikləri fərq edib təsirlənə biləcək hala gələrlər. Şübhəsiz bir insanın evi ya da ailəsiylə əlaqədar hər hansı bir mövzuya vaxt ayıraraq bu mövzu üzərində düşünməsi gözəl bir davranışdır. Ancaq burada nəzərdə tutulan bir insanın dünya həyatının aldadıcı tərzinə qapılaraq ətrafındakı yaradılış dəlilləri və Allahın sonsuz elminin dəlilləri qarşısında reaksiyasız qalmasıdır.
Dünyaya nemət gözü ilə baxmaq
Bu xəta içərisində olan bir insan, ilk dəfə qarşılaşdığı bir yaradılış dəlili qarşısında təsirlənə bilər. Hətta bu, qısa bir müddət də olsa, daha dərin düşünməsinə və gördüyü şeyi araşdırıb analiz etməsinə vəsilə ola bilər. Ancaq bir müddət sonra gözəlliklərə qarşı bəslədiyi ilk andakı həyəcanını və həssaslığını itirərək, gördüyü şeyə qarşı vərdişlik yaranmağa başlayar. Hətta bir az daha müddət keçincə bunlar özünə “sıradan”, “cansıxıcı” gəlməyə başlayar. Eyni şəkildə həyatı boyunca şahid olduğu bir çox vəziyyəti, hər gün gördüyü “adi” hadisələr olaraq qəbul edər və bunlara “vərdiş etmiş”, “onsuz da olmalı olan” hadisələr olaraq qiymətləndirər. Halbuki, insanın həyatı boyunca gördüyü hər şey, şahid olduğu hər vəziyyət Allahın xüsusi olaraq yaratdığı, çox hikmətli hadisələrdir. Allah insanı saysız gözəlliklər və möcüzələrlə əhatə etmişdir və hər birinin ardında bir çox xeyir və hikmət gizlidir. Bədiüzzaman Səid Nursi də bu həqiqəti bu sözləri ilə dilə gətirmişdir:
“Ülfət və adat və vahid (cansıxıcı) pərdələri altında möcüzəvi həqiqətlər gizlənər. Bu kainatı idarə edən Zat (Allah), hər şeyi nizam və mizan (nizam və tarazlıq) içində mühafizə edir. Nizam və mizan isə; elm ilə hikmət və iradə ilə qüdrətin təzahürüdür (ortaya çıxmasıdır). Hər şeyin sənətində nəhayət dərəcədə (ən üst dərəcədə) intizam (uyğunlaşma) olması göstərər ki; nəhayətsiz (sərhədsiz) bir hikmət ilə iş görülür”. (Sözler I, səh: 77)
Bədiüzzamanın da ifadə etdiyi kimi, həyatın hər anına hakim olan nizam və qüsursuzluqda böyük bir sənət və hikmət vardır. Ancaq bunu yalnız iman edənlər, Allaha qəlbən yönələnlər və hadisələrə hikmət gözü ilə baxanlar gərəyi kimi təqdir edə bilərlər. Belə bir insan, baxdığı hər şeyi Allahın yaratdığı nemət olaraq gördüyündən, üzərində ülfət və qəflət pərdəsi meydana gəlməz. Hər birinə qarşı bitib-tükənmək bilməyən bir həyəcan və coşğu duyar.
Ülfəti nələr meydana gətirər?
İnsanların hadisələri ülfətlə qiymətləndirmələrinə səbəb olan bəzi ünsürlər vardır. Bunlardan biri, insanların mənəviyyata deyil, maddəyə əhəmiyyət vermələridir. Necə ki, Ustadın: “Hər şeyi maddiyyatda axtaranların ağılları gözlərindədir. Göz isə mənəviyyatda kordur.” sözləri bu həqiqəti bizlərə bir daha xatırladır.
Məsələn, bir tibb fakültəsi tələbəsinin qarşısına anatomiya dərsi üçün ilk dəfə ölü bir insan bədəni gətirildiyində olduqca təsirlənər. Gördüyü cəsədin bir müddət əvvəl həyat dolu, şən, gözləri işıl-işıl parlayan, bəlkə də gələcəyə dair bir çox planı olan, danışan bir insan ikən, indi cansız bir bədən olaraq qarşısında yatmış olmasını heyrət və təəccüblə qarşılayar. Bəlkə həm öz, həm də yaxınlarının ölümlərini düşünər. Dünya həyatının gəlib keçici olduğunu, ölümün tez və ya gec hər kəsin başına gələcək qaçınılmaz bir həqiqət olduğunu anlayar. Ölümlə birlikdə bir zamanlar dəbdəbəli və heybətli olan bədənin, böyük bir sürətlə çürüməyə başlaması, üzünə baxıla bilməyəcək, yanında dayanıla bilməyəcək bir hala gəlməsi onu çox düşündürər. Ancaq əgər insan bütün bunları iman gözü ilə dəyərləndirmirsə, hadisənin üzərindən keçən müddət və görülən ölü bədənlərin sayının artması insanda vərdiş və düşüncə zəifliyi meydana gətirər. Bu cür təəccüblü bir mühit belə, düşünülmədiyi zaman, bir müddət sonra adi qarşılanmağa başlanar.
Yaşanan hər an nemətdir
Ülfəti meydana gətirən bir başqa səbəb isə, Allahın qullarına olan rəhməti səbəbiylə, nemətlərini hər an eyni mükəmməllikdə və kəsilməz yaratmasıdır. Qəflət içindəki bəzi insanlar, həyatlarını davam etdirmələrini təmin edən saysız neməti özlərinə bağışlayanın və özlərini hazırladığı bənzərsiz sistemlər vasitəsiylə qoruyanın rəhmət sahibi Uca Allah olduğunu gözardı edərlər. Ətraflarını tamamilə əhatə etmiş olan yaradılış dəlilləri üzərində düşünməzlər. Allah bu həqiqəti bir ayəsində belə bildirmişdir:
“Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, (insanların çoxu) onların yanından üz çevirib keçirlər.” (Yusif surəsi, 105)
İnsanların gündəlik həyatlarında ayədə bildirildiyi şəkildə, vərdişlə qiymətləndirdikləri başqa bir çox mövzu vardır. Məsələn, insan hər gün ayağının altındakı damarlarının üzərinə ortalama 70-80 kiloluq bir təzyiq tətbiq edərək basar, ayağının üstündə tullanar. Ancaq ayaqlarda olan incə damarların heç biri əzilməz, çatlamaz.
Milyardlarla fərqli yaradılış
Bəzi insanlar hər gün yanlarında gördükləri bir çiçəyin qapqara, palçıqlı bir torpaqdan, necə olub da xoş ətirli bir qoxuyla, rəngarəng və tərtəmiz çıxdığını, yəni torpağın hər şeyi çürüdərkən bitkiyə necə olub da həyat verdiyini heç düşünməzlər.
Ya da insan küçədə gedərkən yüzlərlə, minlərlə insan görər. Heç biri bir başqasına bənzəməz. Hətta barmaq uclarındakı izlərinə qədər bir-birindən fərqlidir. Ülfət içərisində olan insanlar, Allahın minlərlə ildir, milyardlarla insanı bir-birindən tamamilə fərqli yaratdığını da heç düşünməzlər.
Bütün bu nümunələr Allahın varlığını, gücünü, ağlını, sənətini göstərən dəlillərdən yalnız bir neçəsidir. İnsanın isə düşünməsini əngəlləyən səbəbləri ortadan qaldıraraq, səmimi və ürəkdən hər an Allaha yönəlməsi, Allahın yaratdığı hadisə və varlıqların hikmətləri üzərində düşünərək üzərindəki ülfət pərdəsini qaldırmaları lazımdır. Bir ayədə Allahın qulları üzərindəki rəhməti belə bildirilmişdir:
“Sizə verilən nemətlərin hamısı Allahdandır. Sonra sizə bəla gəldiyi zaman ancaq Ona yalvarırsınız. ” (Nəhl surəsi, 53)
“Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, (insanların çoxu) onların yanından üz çevirib keçirlər.” (Yusif surəsi, 105)