ÜLFƏTƏ QARŞI ALLAHA DUA ETMƏK LAZIMDIR

 

Şeytan, insanda Peyğəmbər (s.ə.v)-in möcüzəsinə qarşı, ülfət yaradar. Yəni normal qarşılamaq duyğusu yaradar. Ülfət çox təhlükəlidir. Müsəlmanın ən çox üstündə dayanacağı şeylərdən biri odur. Məsələn, hüceyrənin quruluşunu araşdırır, heyrətdən nəfəsi kəsilir. Amma beyninin arxasında böyük bir ülfət dalğası o gələn məlumatı, daima əmər, yox edər. Ülfət fəlakətli bir şeydir. Məsələn, Peyğəmbər (s.ə.v)-ın möcüzəsini eşidir. Gözləri dolur, heyrətlənir. Ülfət onu bir anda udub yox edər. İnsanın ülfət meyli vardır. Ülfətə müqavimət göstərmək lazımdır.

 

Peyğəmbərlər ülfətə heç bir şəkildə aman verməzlər. Məsələn, hz. İsa Məsih (ə.s)-ın xüsusiyyətidir. Çox kəskin ağılla nəyisə analiz edir. Ülfət gəldiyində, ülfət onun beynində təsiredici olmur. Ülfət o məlumata zərər verə bilmir. Alışqanlıq, yəni normal qarşılamadır. Ona qarşı Allaha dua edilməlidir. ”Ya rəbbim, məni ülfətdən qoru. Möcüzəvi məlumatın təsirediciliyini ürəyimə, ruhuma hakim et. İmanıma vəsilə olan bu dəyərli məlumatı ülfətlə yox etməkdən məni qoru.”

 

Təbii ki, ülfət bəzi şeylərdə faydalı olar. Məsələn, insan acı hadisə ilə qarşılaşar, özünə görə; təvəkkül edər. Bəzi insanlar təvəkkül etməzlər, amma bir müddət sonra ülfət yaranar. Ülfətlə artıq o ağrı-acıdan narahat olmaz. Və yaxud onu narahat edən nəsə olar. Ülfət yaranar, artıq ona qarşı müqavimət qazanar. Amma möcüzəvi məlumata qarşı ülfət fəlakətdir. Buna çox diqqət yetirmək lazımdır.

 

Məsələn, böyrək qanda olan atomu, molekulu tək-tək tanıyır. Elektron mikroskop  atomu və molekulu göstərmir, insan görə bilmir. Hüceyrənin gözü, burnu, əli, qolu yoxdur; heç bir şeyi yoxdur. Böyrək hüceyrəsi gəlir qanda insanın zərərli olan maddələrinə baxır, ”Bunlar zərərlidir. Mən bunları götürürəm. Faydalı olan qalsın” deyir. Qardaşım, yüzlərlə, minlərlə faydalı molekul var. Yüzlərlə, minlərlə də faydasız molekullar var. Necə ayırd edirsən? Gələr-gəlməz anlayar. ”Sən mənə faydalısan, keç. Sən ammonyaksan, sən faydasızsan. Səni atıram.” deyir. ”Sən? Başqa bir molekul, mənə yaramaz. Bu? Faydalı, sən keç.” Bu fövqəladə bir şeydir. Və biz gecə-gündüz yatarkən də, yeriyərkən də bədənimizdə bu proseslər gedir. Səssiz-sədasız, gecəli-gündüzlü səbirlə bu təmizləmə əməliyyatını edir. İndi bu, insanın Allaha tam mənasıyla, kamil mənada iman etməsinə vəsilə olacaq bir məlumatdır. Amma ülfət bunun üzərinə çökdü mü ağıl gedər. Bir anda dağılar gedər. Ülfət bu məlumatı əmər, yox edər.

 

Ülfətin bu istiqamətdən faydası ola bilər: Allah qorxusundan həlak olmamaları üçün Allah tərəfindən insanlara verilmiş bir xüsusiyyətdir. Çünki normal halda insan, Allahın varlığından, Allah qorxusundan həlak olar, Allah əsirgəsin. Ölər, yəni qaldıra bilməz. Lakin Allah bunu ülfətlə rahatlaşdırır. Ülfətlə insanın üzərindən bu şey gedər. Daha sakit olmasını təmin edər. Yəni insana sinir dərmanı kimidir.  Ülfət psixoloji sakitləşdirici kimidir.

 

 HÖRMƏTLİ ADNAN OKTARIN HƏDİS AÇIQLAMASI

Hz. Əli (r.ə) deyir ki: “Axırzamanda mənim soyumdan bir övladım çıxacaq. Onun rəngi ağ qırmızı qarışığıdır. Geniş qarınlıdır, baldırları böyük, çiyinləri dik və genişdir. Kürəyində Peyğəmbər (s.ə.v)in kürəyindəki ləkəyə bənzəyən bir iz vardır.” Peyğəmbərimiz (s.ə.v)-də olduğu kimi bir xal vardır. “Bayrağını yellədiyi zaman onun üçün şərq və qərb arasındakı hər yeri işıqlandıracaq və qulların ağıllarını ələ keçərəcək.” İnsanların ağıllarını ələ keçərəcək. Bayrağı da televizor ekranlarıdır. Çünki deyir ki: “Bu bayrağın xüsusiyyəti, şərq və qərb arasındakı hər yeri işıqlandıracaq.” İşıqlıq verən bir bayraq necə olar? Şərq və qərb arasındakı hər yeri işıqlandırdığına görə televizor olar inşaAllah. Və bu bayraq dünyanın hər yerində olar.

Buradakı ifadədə hər kəsin evində var. Və evləri işıqlandıran bir bayraqdır. Demək ki, bayraq bəlkə də mehdiyyətin ruhunu simvolik izah edən bir televizor kanalıdır, yaxud bir internet saytıdır. Buna işarə edir. Bayrağın yellənməsi də o hərəkətliliyinə diqqət çəkir. Yəni bayraq genişliyində bir ekran. Və orada da bir hərəkətlilik var. “Hər yeri işıqlandıracaq.” deyir. O zaman hər evə girən, hər evdə olan işıqlı və hərəkətli olan bir bayraqdır. Televizoru bu şəkildə təsvir etmiş. “Və qulların ağıllarını ələ keçərəcək.” Yəni beyinlərini ələ keçərəcək. Təbliğ edəcək. “Ürəyi dəmir parçası kimi olmayan heç bir mömin qalmayacaq.” İmandan ürəyi elə güclənər ki, dəmir parçası kimi olar. “Allah Mehdiyə qırx nəfərin güc-qüvvətini vermişdir. Ürəyinə və qəbirinə rahatlığın dolmadığı heç bir meyit qalmayacaq.” Ölülərin də ürəkləri rahatlayacaq, deyir.