İnsan doğulduğu andan etibarən daima dırnaqları uzanar, kəsilər, təkrar uzanar, təkrar kəsilər. Və ölənə qədər də bu fiziki hadisə davam edər. İnsan alışdığı üçün bunu məqbul qarşılayar. Halbuki, “mənim qaşım da uzanır, amma müəyyən bir boyda dayanır, əslində dırnağımın daima uzanması üçün heç bir səbəb yoxdur. 50, 60, 70 il necə bitməz-tükənməz şəkildə bədənim belə bir qərar alır ki, dırnaqlarımı kəsdiyim halda həmişə uzanır?” deyə düşünməz. Ya da tam tərsinə, insanın qaşı da saçı kimi daima uzana bilərdi və sağlamlıq baxımından da, estetik baxımdan da həmişə qısaldardı. Ancaq belə bir şey olmaz. Hətta dünya üzərindəki 7 milyarda yaxın insanın heç birində -xüsusi xəstəlik vəziyyətləri xaric- alışmış olduğumuz sistemin xaricində bir fərqlilik görülməz.
İnsan belə dərin düşündüyündə bunların heç birinin təsadüfən meydana gələ biləcəyini iddia edə bilməz. Ülfətdən xilas olub dünyanı ağıllı bir baxış bucağıyla qiymətləndirdiyində, Allahın varlığına iman etməsi üçün ətrafında milyardlarla dəlil olduğunu görər. Baxdığımız hər nöqtə, Allahın varlığının, ucalığının dəlilləriylə doludur.
Bu mövzuda başqa bir nümunə vermək lazım olsa, körpə doğulduqdan müəyyən bir müddət sonra diş çıxarmağa başlayar. Bir müddət sonra o diş tərpənər və düşər. Yerinə insanın bütün həyatı boyunca istifadə edəcəyi daha möhkəm köklərə sahib dişlər çıxar. Ancaq bu, sonra davam etməz. İnsan düşünsə, bunun nə qədər alışılmamış bir vəziyyət olduğunu dərhal görə bilər. Ancaq ülfətin şiddətindən bəlkə də belə bir şeyi həyatı boyunca heç ağlına belə gətirməz.
Allah diləsə dünya həyatında heç acizlik yaratmaya bilərdi. Ancaq Allah dünyada bir tərəfdə “acizlik elmini”, bir tərəfdə də acizliyi ortadan qaldıracaq “çarə elmini” yaratmışdır. Məsələn, xəstəlik bir acizlikdir və eyni zamanda təkbaşına möcüzədir. Çünki Allah dilədiyi təqdirdə, insan heç xəstə olmaya bilər. İnsan xəstəlikdən əvvəl necə sağlamdırsa, Allah diləsə, insanın bu vəziyyətini ölənə qədər davam etdirər. Ancaq Allahın adətullahındakı hikmətlər səbəbiylə insanın həyatı bu şəkildə inkişaf etməz. Yer üzündə yüzlərlə xəstəlik növü vardır. İnsanın beyni bu mövzuda da ülfətə açıqdır. “Hər insan xəstələnər” kimi təlqinlə düşünən insanlar, xəstəliklə birlikdə qarşılaşdıqları acizliklərin yaradılmasındakı hikmətləri gərəyi kimi fərq etməzlər. Bunu fərq etməyən bir insan, Allahın, acizliyin qarşılığında yaratdığı çarələrin möcüzəliyini də idrak etməz. Çünki insanın qarşılaşdığı xəstəliklər bir möcüzədir, amma o xəstəliklərin yaxşılaşmasına vəsilə olan dərmanlar daha böyük bir möcüzədir.
Kiçik bir həbin insanı yaxşılaşdıra biləcəyinə inanmaq, cəmiyyətdəki düşünməmədən qaynaqlanan məşhur təlqinin bir nəticəsidir. Təbii ki, Allah, insanların yenidən sağlamlıqlarına qovuşa bilmələri üçün dərmanı vəsilə edər. Ancaq insanı xəstəlikdən ayağa qaldıran kiçik bir dərman deyil. İnsana xəstəliyi verən də, yaxşılaşdıran da Allahdır. Şəfanı verənin Allah olduğunu unudub, dərmanlardan mədət ummaq, ülfətdən qaynaqlanar. Doğulduğu andan etibarən, nə vaxt bir yeri ağrısa, bir çətinliyi olsa dərhal “bir dərman alaram, dərhal keçər” təlqiniylə hərəkət edən bir insan, “bu kiçik dərman necə olur ki, 60-70 kiloluq bir insan bədənini yatağa salan bir xəstəliyi yaxşılaşdıra bilər?” deyə düşünməz. Bu səbəbdən də hər an, hər saniyə yaşadığı, açıqca gördüyü iman dəlillərini, Allahın möcüzələrini fərq etməyəcək bir şüur qapalılığı içində yaşayar.
“O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir.” (Şuəra surəsi, 78-80)
Şübhəsiz ki, ülfətdən qaynaqlanan bu vəziyyət, bəzi insanların iman etmələrinin, bəzi insanların da imanda dərinləşmələrinin önündəki ciddi bir əngəldir. Ülfətdən xilas olmaq Allahın izniylə şüur açıqlığına vəsilə olar. Şüuru açıq, sağlam düşünən bir insan isə, hadisələri hikmətləriylə düşünə biləcək bir ağıla sahib olar. Belə bir insan hara baxsa, Allahın yaratmasındakı gözəllikləri, təfərrüatları, möcüzəvi istiqamətləri görər və bunlardan həm çox zövq alar, həm də imani dərinlik qazanar.
Ülfəti qıra bilmənin əhəmiyyətli bir yolu, insanın materialist zehniyyətin illərlə evdə, küçədə, qəzetlərdə, televizorlarda ona aşıladığı səbəblərə bağlı düşünmə təlqinini bir kənara buraxmasıdır. Hər şeyi, sanki dünyada o an yaradılmış və hər şeyi ilk o an tanıyırmış, görürmüş kimi açıq bir şüurla qiymətləndirməsidir. Belə bir insan qarşılaşdığı heç bir incəliyi vərdiş gözüylə qiymətləndirməyəcək və hər şeydən dərin bir həyəcan duyacaq. Quranda möminlərin dünya həyatında özləri üçün yaradılan hər bir tədərrüat üzərində dərin düşündükləri və bu şəkildə Allahın böyüklüyünü, sonsuz gözəllikdəki yaratma sənətini, qulları üzərindəki sonsuz rəhmət və şəfqətini daha yaxşı qavradıqları bildirilir:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!” (Ali- İmran surəsi, 191)