Header

Ülfət necə qırılar? -2-

Aa4a

Sadəcə texniki alətlərin varlığı belə insana Allahın varlığını düşündürməsi baxımından çox əhəmiyyətli bir vəsilədir. Allah insanı, dünyanın bağlanılacaq bir yer olmadığını anlaması; daima axirətə yönəlmə ehtiyacında olması və daha başqa bir çox hikmətlə aciz və ehtiyac içində yaratmışdır. Ancaq hər bir acizlik də, əslində bir möcüzədir. Bu acizliklərlə birlikdə, insanların ehtiyaclarını aradan qaldıran, acizliklərini həll edən vəsaitləri yaradan da Allahdır. İnsan bir körpənin doğumuna şahid olduğunda, Allaha iman etməsə də bunun həqiqətən möcüzəvi bir hadisə olduğunu düşünə bilər. Ancaq bir dırnaq qayçısı, iman etmədiyi üçün bu insanda eyni həyəcanı meydana gətirməz. Hər gün hamamında gördüyü, müəyyən zaman aralıqlarında istifadə etdiyi, dərhal hər əczaxanada satıldığına şahid olduğu, hətta zaman keçdikcə paslanıb köhnəldiyi üçün zibilə atdığı bu cür sadə bir vəsaiti Allahın yaratdığını düşünməyə bilər. Quranda insanların ətraflarındakı iman dəlillərini gördükləri halda, qavramadıqları belə bildirilmişdir:

“Göylərdə və yerdə neçə-neçə əlamətlər (nişanələr) vardır ki, insanlar onların yanından üzlərini çevirib keçərlər.” (Yusif surəsi, 105)

Halbuki, dırnağı uzadan, dırnağın kəsilməsi üçün lazımlı aləti yaradan Allahdır. Dünyada insanın dırnağı uzanmasa, dırnaq qayçısının nə olduğunu da bilmərik. Kimsənin də ağılına belə bir vəsaitəyə ehtiyac duyacağı gəlməz. Ancaq Allah dırnağı uzanacaq şəkildə var edər.

İnsanlarda dırnağı kəsmək üçün bir alətə ehtiyac yaradar. Sonra bir adama o lazımlı alətin necə olacağını və necə düzələcəyini ilham edər.

Allah imtahanın bir gərəyi olaraq səbəblərlə yaratdığı üçün bu mərhələlər olar. Yoxsa Allahın bu mərhələlərə ehtiyacı yoxdur. Allah insanları, hər şeyin Allahdan olduğuna, Allahın hər şeyi yaradan tək güc sahibi olduğuna iman edirlər mi, yoxsa ana bətnindəki körpəni hüceyrələr yaradır, binanı mühəndis tikir, pomidoru toxum meydana gətirir şəklində dayaz düşünüb, səbəblərə ilahlıq verib (Allahı tənzih edirik), ülfətlə qiymətləndirirlər mi deyə insanları sınayar. Allah onsuz da sonsuz elmiylə hər şeyi bilir. Kimin iman edəcəyini, kimin iman etməyəcəyini, hamısını bilir.

Bütün bunlar təkcə insanların sınanması üçündür. Uca Rəbbimiz sonsuz rəhmətini, qullarına olan şəfqət, mərhəmət və diqqətini insanın həyatının hər təfərrüatında təcəlli etdirir. Rəbbimizin yaratmasındakı bu gözəllikləri görə bilən möminlər, Allahın izniylə axirətdə bütün bu acizliklərdən təmizlənmiş olaraq yaradılacaqlar.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313