Hz. Əlidən izah edildiyinə görə, bir kəs ondan Hz. Mehdini soruşdu. Hz. Əli: “O (Hz. Mehdi (ə.s)) axır zamanda çıxacaq. İnsanların “Allah” dedikləri üçün ölümə məhkum ediləcəkləri bir zamanda gələcəkdir” – deyə cavab vermişdir. Sonra da: “ALLAH ONUN ƏTRAFINDA HEÇ BİR ŞEYDƏN QORXMAYAN VƏ HEÇ BİR MƏNFƏƏT ÜÇÜN SEVİNMƏYƏN BİR BİRLİK MEYDANA GƏTİRƏCƏK”- demişdir. (Sıddık Rasan Xan, əl-İzan, səh. 128) |