CƏHƏNNƏMİN VARLIĞI QƏTİ HƏQİQƏTDİR
İnsanların bir hissəsi, xüsusi ilə gənclər; “Alovlar, zəncirlər. Müəyyəndir ki, bunlar insan xəyalının yaratdığı şeylərdir” deyir. Yaxşı, sən burda baxırsan, Yaxın-Şərqdə; hər yerdə zəncirlər, qəfəslər var. Bu hər yerdə həyata keçirilir. İnsanlar qəfəsdə yanır. Göydən, havadan bombardman olur. Dağıntılar, xarabalıqlar içində milyonlarla insanlar yaşayır. Sən deyirsənki; “Belə bir şey olmaz.” Amma olur, dünyada görürsən. Bunu edən kimdir? Allahdır. “Bunu axirətdə də edəcəyəm” deyir. Amma, cəhənnəmin hamısı belə deyildir. Cürbəcürdür. Bəziləri baxımsız, kirli məhəllələr şəklindədir, bəzilərində də od vardır. Bəzisində soyuq vardır. Bəzisində sadəcə səssizlik vardır, bəzisində isə qışqırıqlar vardır. Əsas məqsəd, orada küfrü narahat edən bir şəraitdir.
İMAN ƏHLİ DİRİDİR, CƏHƏNNƏM ƏHLİ İSƏ ÖLÜ OLARAQ YARADILIR
Əgər bir insan iman əhlidirsə, Allahın diləməsi ilə qorxmasın. “Mən varam”, “Məni Kim yaratdı?” deyirsə, əgər, Allahdan qorxacaq gücə sahibdirsə, Allah iman əhlini yandırmaz. Bu qədər deyim başa düşsünlər. Cəhənnəm əhli necə məxluqatdır? Onu başa düşə bilməzlər. Cəhənnəm əhli ölü olur.“Gözləri var, amma görə bilməz”deyir, Allah. Diri insanın gözü görə bilməz mi?“Qulağı var, eşidə bilməz”deyir, Allah. Yəni, qulağının var olduğunu qəbul edir Allah, amma,“eşidə bilməzlər”deyir.“Qəlb gözləri də kordur”yəni, “daxili düşüncə gücü-o da yoxdur” deyir.“Onlar heyvanlar kimidir”deyir. Heyvanların şüuru bağlıdır axı,“onlar hətta heyvandan daha da aşağıdırlar”deyir.“Siz onları diri zənn edərsiniz, amma ölüdür onlar”deyir. Burada başa düşülməyəcək bir vəziyyət var mı? Çox açıq izah edir Allah.
Allah, Qafur və Rəhimdir, mərhəmətlidir. Mömin olan, Allahdan qorxan bir insan cəhənnəmə girə bilməz.Allahdan qorxan insan lazım olanları edər onsuz. İkinci bir ehtimal ola bilməz. Onsuz, onlar mömin yaradılır.
“Sən onlara baxdıqda bədən quruluşları xoşuna gəlir, danışanda onların dediklərinə qulaq asırsan. Halbuki, onlar divara söykədilmiş dirəklər kimidirlər.”(Münafiqun surəsi, 4) Bax, çox qəti ifadədir. “Boş taxta dirəklər, içi də boş” deyir, Allah.
(Əraf surəsi, 179)“Andolsun,”and verir Allah,“cəhənnəm üçün cinlərdən və insanlardan çox sayda varlıq yaratdıq (hazırladıq). Qəlbləri vardır, amma, bununla qavrayıb-anlamazlar, gözləri vardır bununla görə bilməzlər, qulaqları vardır, bununla eşidə bilməzlər. Bunlar heyvanlar kimidir, hətta daha da aşağıdırlar. Elə bunlar qafil olanlardır.”Bax, “hazırladıq” nə deməkdir? Yəni, doğulmadan əvvəl hazırdır bunlar. Dünya yaradılmadan əvvəl hazırdır, mənası budur. Bax, dünya yaradılmadan əvvəl bu varlıqlar yaradılmışdır. Nə üçün yaradılıb? Cəhənnəm üçün yaradılıb. Kimlərdən? İnsanlardan və cinlərdən.
Məsələn, möminlərə,“Siz dünyaya gəldiyiniz vaxt dünyanın harasında olursanız olun bir araya gətirərik sizi”deyir, Allah. Əgər, mömindirsə, onsuz da bir araya yığışırlar onlar. Məsələn, Rusiyanın bilmirəm hansı şəhərinin hansı qəsəbəsindədirsə, Allah onu götürüb möminlərin arasına gətirir. Yəni, taleyi o cür olur.
(Nəhl surəsi, 21)“Onlar ölüdürlər – diri deyillər və nə vaxt dirildiləcəklərini də bilmirlər.”Bax, onsuz da, onlar heç bir zaman dirilə bilmirlər.“Nə vaxt diriləcəklərinin şüuruna çata bilməzlər”dən qəsd olunur bu. Heç bir zaman dirilmir, cəhənnəmdə də ölüdür onlar. Sonsuza qədər ölüdürlər. Ölü olduğu üçün boş-boş danışır. Allah bir şey soruşduqda mənasız-mənasız danışır, onun üçün Allah danışdırmır. Onun üçün Allah, “Səsinizi kəsin, danışmayın, susun deyir” deyir. Müsəlmanların narahat olmaması üçün. Çünki həmişə danışırlar. Çox boşboğazdırlar. Axirətə heç cür inanmırlar “Peşmanlıqlarını gizləyərlər” deyir. Gözucu baxırlar, orada hələ də eqoistlik edirlər.
“Yuxuya tərk edildiyimiz yerdən bizi kim dirildib oyatdı?”deyirlər. Təəccüblənirlər. O hissə normaldır yəni, o sualı vermələri. Çünki həqiqətən yatdıqları yerdən oyanırlar. Olduqları məkanı da başa düşə bilmirlər. Öldü mü? Ölmədi mi? Sonra başa düşürlər. Sonra“Təəssüf, bizə o xəbərdar edicinin çağırdığı vaxt. Vəd edilən, nəzərdə tutulan gündür bu, biz öldük. Axirətdir, din günüdür bu, biz hadisəni indi qavradıq, başa düşdük”deyirlər.
“Kaş ki, Kitabımız bizə verilməsəydi, o ölüm hər şeyi bitirib sonlandırsa idi” deyirlər. Heç yaşamaq istəmirlər. Həmişə bunu söyləyirlər. Amma ölü olduğu üçün söyləyir.
Bunun sirri o qədər qarışıq deyil, insanlar Qurana əməl etsinlər, Allahı sevsinlər, Allahdan qorxsunlar bir şey olmaz.
KÜFRÜN ÜZÜNDƏKİ QARANLIQ VƏ ZİLLƏT BİR MÖCÜZƏDİR
“O gün, elə üzlər vardır ki, üzləri zillət içindədir, elə üzlər də vardır ki, üzləri parıldayar”deyir, Allah.
Parıldayar, nurlu, nəşəli. Zillət içində olan küfr, burada da zillət içində olur. Çoxu elədir. Məsələn, bax, PKK-nın görünüşü, həmişə zillət surətlərində, həmişə kirlidir görüntüləri. Kürd qardaşlarımız nifrət edir, üzlərinə baxdıqlarında, çox qəribə pisdir görüntüləri. Halbuki, onu bir taktika olaraq, əli-üzü düzgün bir PKK-lı edə bilərdilər. Amma, qurtula bilmirlər, taktiki olaraq belə edə bilmirlər. Hamısı at oğrusu kimi əcaib pisdir görüntüləri. Mehmetcik nur kimi olur, parıldayır üzü. Quzu kimidirlər. Arada dağlar qədər fərq var. Ölçü fərqi olur. Mehmetciyin nuru ilə, PKK-nın üzündəki o qaranlıq görüntüsü yəni, cəhənnəm əhli görüntüsü, şeytan görünüşündədirlər.
(Yunis surəsi, 27) “Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür.”Pis adamların üzünün belə qapqara olması bir möcüzədir. Bir zillət və pislik üzlərində həmin an görülür. Möminlərdə də bir quzu təmizliyi olur. Çox təmiz olurlar. Məsələn; heyvanlar, quzular… Allah onun üçün deyir; “heyvandan daha aşağıdırlar” deyə. Quzular məsumdurlar, çox tərbiyəlidirlər.
ALLAH YUXUNU, ÖLÜMÜ DƏRK ETMƏYİMİZ ÜÇÜN YARADIR
Həmişə ölüb-ölüb dirilirik. Bu da eynisidir məhz, insan dirilib oyanır; “Mən burada niyə yatırdım?” deyir. Onsuz sistem birbaşa bu şəkildə, yəni yuxudan oyanmağa görədir. Amma, müsəlman hər yerdə çox rahat olur. Allaha təvəkkül etdiyi üçün, güvəndiyi üçün, axirətdə də diriləndə son dərəcə rahatdır. Məsələn; möminlər qiyaməti sevinc içində seyr edirlər. Cəhənnəmin sevinc içində seyr edilməsi nə deməkdir? Möcüzədir bu. Küfrün üz rəngi ağappaq olur, saçları ağarır qorxudan, sərxoş olurlar, danışa bilmirlər. Allah;“Siz onları sərxoş zənn edərsiniz, halbuki, sərxoş deyildirlər”deyir.“Danışa bilməzlər”deyir qorxunun şiddətindən. Amma, möminlər təkbir gətirir, Allahı anır, Allaha həmd edir, sevinc və nəşə içində olurlar qiyaməti seyr edərkən. Arada fövqəladə bir fərq vardır.