Header

Hörmətli Adnan Oktarın yeni izahları (13 mart 2015)

Aa4a

ALLAH SEVGİSİ OLANDA, ALLAH QORXUSU OLANDA, ALLAH EŞQİ OLANDA HƏR ŞEY GÖZƏL OLUR

Əsas məsələ, əsas xüsusiyyət Allahı ürəkdən sevmək və ona ürəkdən iman etməkdədir. Dünya ucsuz-bucaqsız kainatda bir toz kimidir. Biz isə toz içərisində tozdan daha kiçiyik. Amma, hamısına hakim olan Allahdır; heç yatmır, biz isə yatırıq. Biz xəstələnirik, ölürük. O, əsla, nə xəstələnir, nə ölür. O, Ucsuz-bucaqsız kainatda, bütün atomlara hakimdir. Allahın gücü çox böyükdür.

Allahın böyüklüyünü təqdir edə biləcək ağıla, diqqətə və iradəyə sahib olmaq çox önəmlidir. Kainatdakı hər hansısa bir maddə; məsələn, kükürdün içərisində bir aləm var. Kainatın ilk yaradılışından bəri fırlanır. Enerjisi ölmür. İnsan ölür, amma atom ölmür. Həm də müntəzəm və böyük bir enerji ilə. Atom xəstələnə bilməz, xərçəng ola bilməz; xora ola bilməz, qarnı ağrıya bilməz. Rəbbinə təvəkkül edib dərviş kimi dayanmadan fırlanır. Nə qədər? 15 milyard ildən bəri. Nə edirsən et, dağlar-daşlar bir-birinə qarışır, hər yan yanıb kül olur və o yenə də fırlanmağa davam edir, vecinə belə deyil onun. MaşaAllah, Allahın verdiyi qüvvətə bax!

Allahı haqqı ilə sevmək çox önəmlidir, ən böyük mövzu budur. Diqqəti Allaha yaxşı yönəltmək, ucalığını yaxşı başa düşmək, böyüklüyünü yaxşı başa düşmək və çox sevmək. İnsan kimi deyil, Allah qəzəblənir buna. Allahın-başa düşməyiniz üçün söyləyirəm-xoşuna gəlməz o. Allah ayədə: “Allahın qədrini haqqı ilə təqdir edə bilmədilər” deyir. Məhz bu Allahın xoşuna gəlməməsidir. “Bu qədər nemət verirəm, bu qədər gözəllik verirəm, Məni təqdir etməlisiniz.” Edə bilmir insanlar. Allah onun üçün, “insan zalım və cahildir” deyir. “Zaluma və cəhula” deyir. Allah onların nankör olduğunu söyləyir. Nankör, zalım və cahil olmaqdan Allaha sığınmaq lazımdır.

Aa5a
  • Share on Facebook
  • Share on Pinterest
  • Share on Threads
  • Share on X
  • Share on WhatsApp
  • Share on Tumblr
  • Share on Telegram
  • Share on Reddit
  • Print this Page
  • Email this Page
Əsas səhifə

Axtarış

Kateroqiyalar

  • Adnan Oktar deyir ki
  • Ateist masonlar və səhvləri
  • Axırzaman, Hz. Mehdi və Hz. İsa
  • Ayə təfsiri
  • Digər inanç və fəlsəfələrə baxış
  • İman həqiqətləri və yaradılış möcüzələri
  • Kitab Əhli və Peyğəmbərlər
  • Maddənin ardındakı sirr
  • Peyğəmbərlər tarixi
  • Quran əxlaqı və təfəkkür
  • Tarix, siyasət və strategiya
  • Türk-İslam Birliyi
  • Təkamül nəzəriyyəsinin süqutu

Etiketlər

Adnan OktarAllahartmaqaxirətaxırzamanayəBədiüzzamanbənzəməkcamaatcənnətdarvinizmdeyildindünyadünya hakimiyyətidüşünməkdəccalelmfikirgözləməkgünəşhadisəhakim olmaqhaqqHud surəsi 109Hz. Mehdi (ə.s)hz. İsa (ə.s)Hz Musahökm etməkhədisHəyatibadətifadə etməkincilinkar edənlərinkarçılarinternetinşaAllahistəməkizahKitab əhliküfrKəhf surəsimehdiyyətMehmet Əli QayamöminmöminlərMömünlərmühitmünafiqmüsəlmanmüsəlmanlarnemətNur surəsi 31Nur surəsi 55peyğəmbərlərqiyamətQuranquran əxlaqıreallaşmaqrisalərisalə-i nursevgisevincsistemsona çatmaqsözlərsülhSəid NursitanımaqtexnologiyaTövratTürkiyətəbliğtəfsirTəkamülvəsiləXurafatxurafatçılaryaymaqyaşamaqyeryəhudizalımzühurzühur etməkzülmçalışmaqçıxış əlamətiçətinlikİmam Rəbbaniİmanİslamİslam birliyiİslam əxlaqıŞeytanəbcədədalətəlamətəxlaq

Muhur

Bu saytda olan bütün yazıları, saytı qaynaq göstərmək şərti ilə
müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz

Logo 313